Icma.az
close
up
RU
Ucardakı hadisə sistemli nəzarətsizliyin ağır nəticəsidir

Ucardakı hadisə sistemli nəzarətsizliyin ağır nəticəsidir

Gununsesi portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Yenə səhəri azyaşlının dünyaya uşaq gətirməsi xəbəri ilə açdıq. Ucarda 15 yaşlı qızın ana olması faktı təkcə bir ailənin, cəmiyyətin faciəsi deyil. Bu, sistemli boşluqların, nəzarətsizliyin və vəzifəsinə məsuliyyətsiz yanaşmanın acı nəticəsidir. Bu cür hadisələr baş verəndə məsuliyyət yalnız valideynlərin üzərinə atılmamalıdır. Burada dövlət qurumlarının, xüsusilə Ailə, Qadın və Uşaq Problemləri üzrə məsul strukturların fəaliyyəti ciddi şəkildə sual altına düşür.

Ən böyük problemlərdən biri məktəblərdə davamlı və sistemli monitorinqin olmamasıdır. 1-ci sinfə daxil olan qız uşaqlarının sonrakı illərdə təhsil taleyi izlənilmir. Halbuki, məktəb təkcə təhsil müəssisəsi deyil, həm də sosial nəzarət və erkən risklərin aşkarlanması üçün əsas platformadır. Şagirdin davamiyyəti zəifləyirsə, aylarla dərsə gəlmirsə, bu dərhal siqnal olmalıdır. Belə hallarda məktəb rəhbərliyi, sosial pedaqoqlar və yerli icra strukturları aktiv reaksiya verməlidir. Amma reallıqda bu mexanizmlər ya işləmir, ya da formal xarakter daşıyır.

“Dərsdə olmalı qız niyə aylardır axtarılmayıb?” sualı bu hadisənin mərkəzində dayanır. Bu, təkcə bir məktəbin deyil, bütövlükdə sistemin uğursuzluğudur. Əgər bir uşaq təhsildən kənarda qalırsa və bu, uzun müddət diqqətdən yayınırsa, deməli, məsul şəxslər öz funksiyalarını yerinə yetirmir.

Burada kadr məsələsi də ciddi problemdir. Bu sahədə çalışan bəzi şəxslərin peşəkarlıq səviyyəsi və məsuliyyət hissi yetərli deyil. Uşaq hüquqları kimi həssas sahədə “yerində olmayan kadrların fəaliyyəti” belə ağır nəticələr doğurur. Bu səbəbdən seçim və təyinat prosesləri yenidən nəzərdən keçirilməli, bu sahəyə həqiqətən hazırlıqlı və motivasiyalı mütəxəssislər cəlb olunmalıdır.

Təklif olaraq aşağıdakı addımlar zəruri görünür:

**Məktəblərdə şagirdlərin davamiyyətinə dair real vaxt monitorinq sistemi qurulmalı və itkin davamiyyət halları dərhal araşdırılmalıdır.

**Ailə, qadın və uşaq məsələləri üzrə qurumlarla məktəblər arasında koordinasiya gücləndirilməlidir.

**QHT-lərin məktəblərə daxil olub müstəqil monitorinqlər aparması üçün hüquqi və inzibati maneələr aradan qaldırılmalıdır. Bu, şəffaflığı və hesabatlılığı artırar.

**Risk qrupuna daxil olan uşaqlar üçün erkən müdaxilə proqramları hazırlanmalı və tətbiq olunmalıdır.

**Məktəb psixoloqları və sosial işçilərin rolu gücləndirilməli, onların sayı və səlahiyyətləri artırılmalıdır.

Bu hadisə bir xəbər kimi yox, xəbərdarlıq siqnalı kimi qəbul olunmalıdır. Əgər sistem dəyişməzsə, oxşar halların təkrarlanması qaçılmaz olacaq. Burada əsas məsələ günahkar axtarmaq yox, boşluqları aradan qaldırmaq və uşaqları qoruyan işlək mexanizm qurmaqdır.

Elnurə Abuşova
Ailə və Uşaqlara Sosial Dəstək İB-nin sədri

Gununsesi.info 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:149
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 20 Aprel 2026 15:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see362

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see361

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see353

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see347

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see340

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see330

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see325

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see313

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see312

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see309

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see299

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see297

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see292

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see279

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see277

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see267

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see258

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see244

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see201

Sabunçu rayonunda YAP ın yaradılmasının 34 illiyi münasibətilə ağacəkmə aksiyası keçirilib

20 Noyabr 2026 21:11see201
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri