Icma.az
close
up
RU
Uçot dərəcəsi sabit saxlanılıb

Uçot dərəcəsi sabit saxlanılıb

Yeniazerbaycan saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Faiz dəhlizi isə genişləndirilib

Mərkəzi Bankın (MB) İdarə Heyətinin qərarı ilə uçot dərəcəsi 6,5 faiz, yuxarı həddi isə 7,5 faiz səviyyəsində sabit saxlanılıb. Faiz dəhlizinin aşağı həddi isə 0,5 faiz bəndi azaldılaraq 5 faiz səviyyəsində müəyyən edilib. Faiz dəhlizinin parametrlərinə dair qərar qəbul olunarkən faktiki və proqnozlaşdırılan inflyasiyanın dinamikası, valyuta bazarında gedən proseslər, bank sektorunun likvidlik mövqeyinin dəyişimi, eləcə də qlobal monetar şəraitdə müşahidə olunan son meyillər nəzərə alınıb. Faiz dəhlizinin aşağı həddinin endirilməsi bank sektorunda izafi likvidlik şəraitində banklararası pul bazarında ticarətin təşviqinə yönəlib. Dəhlizin genişlənməsinin Mərkəzi Bankın pul bazarında iştirak səviyyəsini azaltmaqla bankların öz aralarında daha aktiv əməliyyatlar aparmasına sövq edəcəyi gözlənilir. Faiz dəhlizinin yuxarı həddinin və uçot dərəcəsinin sabit saxlanılması isə inflyasiya gözləntilərinin stabilləşdirilməsinə xidmət edir.

Mərkəzi Bank ehtiyatlarını tarixi maksimuma-15,3 milyard dollara yüksəldib

MB hesab edir ki, ölkədə illik inflyasiya hədəf diapazonu daxilindədir və baza ssenarisi üzrə proqnoz trayektoriyasına uyğun hərəkət edir. 2026-cı ilin avqust ayında 12 aylıq inflyasiya 5,7 faiz təşkil edib ki, bu da iyuldakı analoji göstəriciyə nəzərən 0,1 faiz bəndi aşağıdır. İllik qiymət artımı qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə 7,2 faiz, ödənişli xidmətlər üzrə 5 faiz, qeyri-qida məhsulları üzrə isə 3,7 faiz olub. İllik baza inflyasiya 5,1 faiz təşkil edib. Ortamüddətli dövrdə illik inflyasiyanın hədəf diapazonu daxilində olacağı ilə bağlı proqnoz isə dəyişməz qalır.

Cari ilin ötən dövründə valyuta bazarında təklif tələbi əhəmiyyətli dərəcədə üstələyib. Bu həm nağd, həm də qeyri-nağd seqmentlərdə özünü göstərib. 2026-cı ilin 8 ayında mübadilə məntəqələri tərəfindən nağd xarici valyutanın müştərilərdən alışı satışını 673 milyon dollar üstələyib. Rezident fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsi son 12 ayda 3,7 faiz bəndi azalaraq 2026-cı ilin iyulunda 25,8 faizə enib. Valyuta bazarında tələbin kəskin azaldığı, təklifin isə artdığı şəraitdə Mərkəzi Bank tərəfindən valyuta alışları həyata keçirilib. 8 ayda MB valyuta ehtiyatlarını 32,9 faiz artılaraq 15,3 milyard dollara yüksəldib. Bu, Mərkəzi Bankın valyuta ehtiyatları üzrə tarixi maksimum səviyyədir.

İnflyasiya təzyiqlərinin artacağı gözlənilmir

Azərbaycanın xarici sektor göstəriciləri də əlverişli hesab edilir. Gömrük statistikasına görə, 2026-cı ilin yanvar-avqust aylarında ölkənin xarici ticarətində 10,4 milyard dollar məbləğində müsbət saldo qeydə alınıb. İlkin məlumatlara görə, yanvar-avqust aylarında pul baratları üzrə saldo 751 milyon dollar təşkil etməklə ötən ilin müvafiq dövrünə nəzərən 74,1 faiz  artıb. Cari ildə qlobal enerji qiymətlərinin yüksəlməsi, eləcə də qeyri-neft-qaz əmtəə və xidmətlər ixracı üzrə müsbət meyillərin davam etməsi ilə əlaqədar 2026-cı ilin sonuna cari əməliyyatlar hesabının profisiti üzrə proqnozunun artım istiqamətində dəyişməsi ehtimalı gözlənilir.

Mərkəzi Bankın proqnozlarına görə, inflyasiya üzrə risk balansında əhəmiyyətli dəyişiklik müşahidə edilmədiyindən qiymət indeksi bazarında sabitlik hökm sürəcək. Doğrudur, qlobal geosiyasi qeyri-müəyyənlik fonunda enerji və ərzaq qiymətlərinin artması, eləcə də bu artımın əsas ticarət tərəfdaşlarından daxili qiymətlərə ötürülməsi riski qalır. Bu ötürülmənin dərəcəsi digər amillərlə yanaşı, manatın nominal effektiv məzənnəsinin dinamikasından asılı olacaq. Mərkəzi Bankın növbəti aylarda inflyasiya proqnozlarının dəyişmə ehtimalı da məhz bu risklərin reallaşma miqyasına bağlıdır. Ancaq mövcud fiskal və pul siyasəti şəraitində daxili tələbin inflyasiya təzyiqlərini artıracağı gözlənilmir.

Cari ilin qalan dövründə də faiz dəhlizinə dair qərarlar inflyasiya proqnozu, əsas makroiqtisadi göstəricilərin dinamikası, valyuta bazarında gedən proseslər və bank sektorunda likvidliyin dinamikası nəzərə alınmaqla qəbul ediləcəkdir. Qlobal mühitdəki qeyri-müəyyənlikləri və onların daxili iqtisadiyyata ötürülmə intensivliyini nəzərə alaraq bundan sonra da makroiqtisadi göstəricilər üzrə proqnozlar bir neçə ssenari əsasında nəzərdən keçiriləcək.

E.CƏFƏRLİ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:176
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 24 Sentyabr 2026 11:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see760

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see497

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see293

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see280

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see268

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see264

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see262

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see257

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see244

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see230

Fransanı NATO dan çıxarmaq istəyir

08 Noyabr 2026 03:56see222

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see218

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see218

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see217

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see212

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see212

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see211

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see203

Slovakiyada Zəfər Günü təntənəsi

08 Noyabr 2026 06:49see194

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri