Icma.az
close
up
RU
Uçot dərəcəsi sabit qaldı Deputat və ekspertdən REAKSİYA

Uçot dərəcəsi sabit qaldı Deputat və ekspertdən REAKSİYA

Modern.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan Mərkəzi Bankı (AMB) aprelin 23-də uçot faiz dərəcəsi ilə bağlı qərarını açıqlayıb. Mərkəzi Bankın İdarə Heyəti uçot dərəcəsini 7,25%, faiz dəhlizinin aşağı həddini 6,25%, faiz dəhlizinin yuxarı həddini isə 8,25% səviyyəsində dəyişməz saxlayıb.

Modern.az mövzu ilə bağlı Milli Məclisin deputatı Vüqar Bayramovla və iqtisadçı ekspert Eyyub Kərimli ilə həmsöhbət olub.

Vüqar Bayramov bildirib ki, Mərkəzi Bank uçot stavkası ilə bağlı qərar qəbul edən zaman mövcud makro iqtisadi vəziyyət, eyni zamanda infilyasiya səviyyəsi və bir sıra digər xarici faktorları nəzərə alır:

“Nəzərə alsaq ki, infilyasiya səviyyəsi Mərkəzi Bankın proqnozlaşdırdığı diapazonda dəyişir, makro iqtisadi sabitlik də davam edir, bütün bunlar AMB tərəfindən uçot dərəcəsi ilə bağlı qərar qəbul edilən zaman mövcud vəziyyətə uyğun olaraq dərəcələrin dəyişdirilməməsinə gətirib çıxarır. Bizim də uçot stavkası ilə bağlı yanaşmamız ondan ibarətdir ki, bütövlükdə AMB-nin uçot stavkasının daha aktiv şəkildə həm kredit faizlərinə, həm də bank sektoruna təsirləri müşahidə olunsun. Çünki biz praktiki olaraq Mərkəzi Bankın uçot faiz dərəcəsinin son dövrlər dəyişməz saxlanılmasına baxmayaraq kredit faizlərində artımlar müşahidə edirik. Depozitlər üzrə dividentlərdə artım var. Bütün bunlar ondan xəbər verir ki, Mərkəzi Bank uçot faiz dərəcəsinin daha təsirli alətə çevrilməsi ilə bağlı işlərin daha sistemli şəkildə həyata keçirilməsi, bu istiqamətdə islahatların daha da dərinləşməsinə ehtiyac var”.

Eyyub Kərimli bildirib ki, uçot dərəcəsinin dəyişməsi monetar və fiskal siyasətin əsas idarəedici rıçaqlarından biridir:

“Bu baxımdan hesab edirəm ki, uzun müddətdir ölkədə uçot dərəcəsinin sabit saxlanması həm infilyasiyanın dərəcəsini tənzimləyir, həm də ölkədə pul tədavülünün həcmini tənzimləyir. Bu digər tərəfdən də həm manatın sabitliyinə təsir göstərir, həm ölkədə iqtisadi aktivliyin səmərəliliyini artırır. Bu baxımdan hesab edirəm ki, AMB uçot dərəcəsinin sabit saxlanılmasında həm də ölkədə infilyasiya tərəddüdlərinin qarşısını almağa çalışır və iqtisadi sabitliyin davam etməsinə öz töhfəsini verir”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:229
embedMənbə:https://modern.az
archiveBu xəbər 23 Aprel 2025 18:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see324

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see292

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see292

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see282

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see281

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see273

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see272

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see269

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see264

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see257

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see242

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see240

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see232

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see225

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see223

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see223

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see221

Gecə tərləmələri hansı hallarda ciddi xəstəliyin əlaməti ola bilər? HƏKİM AÇIQLADI

30 Oktyabr 2026 12:14see208

Qışda sağlam qalmaq üçün bunlara diqqət EDİN

30 Oktyabr 2026 10:18see207

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see206
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri