Icma.az
close
up
RU
Üçtərəfli görüş! “Qardaşlıq, əməkdaşlıq və yeni imkanlar...” Deputatla MÜSAHİBƏ

Üçtərəfli görüş! “Qardaşlıq, əməkdaşlıq və yeni imkanlar...” Deputatla MÜSAHİBƏ

Bakivaxti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Azərbaycanın xarici siyasətində Türk dövlətləri ilə münasibətlərin inkişafı daim prioritet istiqamətlərdən biri olub. Türk dünyasının böyük bir ailə olduğunu vurğulayan Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, əsas hədəf Türk Dövlətləri Təşkilatını gücləndirmək və onu qlobal arenada önəmli aktora çevirməkdir. Bu siyasət fonunda türkdilli ölkələr arasında artan əməkdaşlıq, yüksək səviyyəli görüşlər, imzalanan sənədlər və yeni təşəbbüslər xüsusi əhəmiyyət kəsb edir.

Bu mövzu ətrafında Bakıvaxtı.az olaraq Milli Məclisin deputatı Vüqar Rəhimzadə ilə söhbətləşdik.

Müsahibəni təqdim edirik.

– Azərbaycan xarici siyasətində türk dövlətləri ilə əlaqələrin yeri və əhəmiyyəti barədə nə deyə bilərsiniz?
– Azərbaycanın xarici siyasətində türk dövlətləri ilə əlaqələrin inkişafı prioritet məsələlər sırasındadır. Dövlət başçımız İlham Əliyev dəfələrlə vurğulayıb ki, bizim əsas siyasətimiz Türk Dövlətləri Təşkilatını gücləndirməkdir. Bu, böyük coğrafiyadır, böyük ərazidir, böyük hərbi gücdür, iqtisadiyyatdır, təbii sərvətlərdir, nəqliyyat yollarıdır, gənc və artan əhalidir. Ən əsası isə bizi birləşdirən ortaq kök, soy, dil və dindir. Bundan güclü birlik ola bilərmi? Əlbəttə ki, yox. Məqsədimiz bu təşkilatı qlobal arenada mühüm güc mərkəzinə çevirməkdir. Buna ancaq birlikdə nail ola bilərik.

– Bu kontekstdə son dövrlərdə həyata keçirilən səfərlərin əhəmiyyətini necə qiymətləndirirsiniz?
– Tarixi zəfərimiz türk dövlətləri ilə həmrəyliyin daha da möhkəmlənməsinə səbəb oldu. Hazırda yeni dünya nizamı formalaşır və bu proses türk dövlətlərini birliyə çağırır. Qarşılıqlı səfərlərin intensivliyi, əməkdaşlıq formatlarının genişlənməsi, imzalanan sənədlər buna sübutdur. Dövlət başçımız İlham Əliyevin Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun dəvəti ilə bu ölkəyə işgüzar səfəri, orada keçirilən təkbətək və geniş tərkibdə görüşlər, həmçinin Azərbaycan, Türkmənistan və Özbəkistan arasında yüksək səviyyəli görüş çox mühüm məqamlardır.

– Azərbaycan və Türkmənistan arasındakı münasibətlərin tarixi kökləri, təməli var, hər ötən gün bu münasibət yüksələn dinamika ilə inkişaf edir... 
– Bəli, Azərbaycan-Türkmənistan əlaqələri qədim tarixə malikdir. Hər iki xalq eyni kökə, mədəniyyətə, ortaq ənənələrə sahibdir. Dil və din eyniliyi də bizi birləşdirir. Hətta SSRİ dövründə də iqtisadi və mədəni əlaqələr mövcud idi. Müstəqillikdən sonra isə bu münasibətlər daha da inkişaf etdi. Ölkələrimiz arasında diplomatik münasibətlər 1992-ci ildə quruldu, 1999-cu ildə Türkmənistanın Bakıda, 2002-ci ildə isə Azərbaycanın Aşqabadda səfirliyi fəaliyyətə başladı.

– Son görüşlərdə liderlərin verdiyi mesajlar nədən ibarət idi?
– Görüşlərdə hər iki tərəf xalqlarımızın qardaşlıq münasibətlərini xüsusi vurğuladı. Cənab Prezident İlham Əliyev qeyd etdi ki, türkmən və Azərbaycan xalqları sözün əsl mənasında qardaşdırlar və əsrlər boyu bu hisslərlə yaşamışlar. Hər iki ölkə müstəqillik dövründə böyük uğurlara imza atıb. Səfərlər isə təkcə ikitərəfli münasibətlərə deyil, bütün bölgəyə ciddi mesaj verir.

– Azərbaycan, Türkmənistan və Özbəkistan arasında keçirilən üçtərəfli görüşün əhəmiyyətini necə qiymətləndirirsiniz?
– Bu, çox tarixi bir görüş idi. Prezident İlham Əliyev də qeyd etdi ki, Azərbaycan, Türkmənistan və Özbəkistan Şərqlə Qərbi, Şimalla Cənubu birləşdirən mühüm geosiyasi mövqeyə sahibdir. Nəqliyyat-tranzit əməkdaşlığı, Orta Dəhliz, limanların genişləndirilməsi, dəmir yolu layihələri müzakirə edildi. Bu, təkcə ölkələrimiz üçün deyil, böyük region üçün də əhəmiyyət daşıyır.

Vüqar Rəhimzadə, Milli Məclisin deputatı

– Energetika sahəsində əməkdaşlıq barədə nə deyə bilərsiniz?
– Bu istiqamətdə böyük imkanlar var. 2021-ci ildə Azərbaycan və Türkmənistan Xəzərdə yerləşən “Dostluq” yatağının birgə işlənməsi barədə Anlaşma Memorandumu imzaladı. Bu, enerji əməkdaşlığımızı daha da möhkəmləndirdi. İndi isə SOCAR artıq Özbəkistanda fəaliyyət göstərir, kontraktlar imzalanıb. Prezident İlham Əliyev qeyd etdi ki, yaxın illərdə yeni və böyük neft yataqlarının kəşfi ilə bağlı xoş xəbərlər eşidəcəyik.

– Türk dövlətləri arasında mədəni-humanitar əməkdaşlıq istiqamətində hansı yeni təşəbbüsləri qeyd etmək olar?
– Çox mühüm təşəbbüslər var. Məsələn, Prezident İlham Əliyevin Türkmənistana səfəri çərçivəsində Füzuli şəhərində məscid inşası qərarı verildi ki, bu, həmrəyliyin və mənəvi birliyin rəmzidir. Həmçinin Füzuli və Arxadağ şəhərləri arasında qardaşlaşma protokolu imzalandı. Bu, mədəni və humanitar əməkdaşlıq üçün yeni imkanlar açır.

– Son olaraq, gələcək hədəflər barədə nə deyə bilərsiniz?
– Azərbaycan, Türkmənistan və Özbəkistan arasında keçirilən üçtərəfli görüşdən sonra liderlərin bəyanatları qarşıdakı hədəfləri açıq göstərdi. Bu əməkdaşlıq formatı sülhə, tərəfdaşlığa və regional inteqrasiyaya xidmət edir. Qardaş xalqlarımız bir-birinin yanında olaraq həm siyasi, həm iqtisadi, həm də mənəvi baxımdan böyük uğurlara imza atacaqlar.

Əli Hüseynov

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:126
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 25 Avqust 2025 10:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see212

Bazel III standartlarına uyğunlaşdırmaq

09 Yanvar 2026 11:34see206

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see201

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see194

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see190

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see188

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see185

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see177

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see166

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see154

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see151

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see149

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see146

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see144

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see141

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see139

“Mən neftin qiymətini aşağı saldım, bu, hər kəs üçün əladır” Trampdan Venesuela etirafı

09 Yanvar 2026 09:21see139

Qəza, əzab, xəstəlik qaraçılar nasistlərə lənət yağdırıblar və bəziləri ona düçar olub

09 Yanvar 2026 09:20see139

Bir sıra TV və radioların yayımı dayandırılacaq RƏSMİ

09 Yanvar 2026 13:59see138

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri