Uçuş zamanı çaxnaşma anı: Qapını açmağa çalışan sərnişini lentlə bağladılar
Gununsesi portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Amerika Hava Yollarına məxsus Milwaukee-dən ABŞ-ın Dallas-Fort-Uort şəhərinə uçan təyyarədə qorxulu anlar yaşanıb.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, uçuş zamanı sərnişin təyyarənin qapısını açmaq istəyərkən digər sərnişinlər və kabin heyəti tərəfindən lentlə bağlanaraq zərərsizləşdirilib.
Aqressiv mövqe sərgiləyən sərnişin kabin heyəti üzvünə yaxınlaşaraq “Mən bu təyyarədən təcili enməliyəm” deyərək qapıya doğru istiqamətlənib. Sərnişinin getdikcə aqressivləşdiyi və kabin heyəti üzvünə zərər verdiyi bildirilib. Bunun üzərinə kabin heyətinin çağırışı ilə digər sərnişinlər hərəkətə keçib.
Sərnişin hadisə anını belə izah edib:
“Onu arxadan qucaqlayıb yerə yıxdıq. Kabin heyəti onların əllərini, dizlərini və ayaqlarını lent və plastik qandallarla bağladılar”.
Bu sayədə sərnişin təxminən 30 dəqiqə nəzarətdə saxlanılıb.
Orxan Saffari
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:109
Bu xəbər 22 Noyabr 2024 13:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















