Icma.az
close
up
RU
Uçuş zamanı təyyarənin qapısını açmağa çalışan sərnişin qandalla bağlanıb

Uçuş zamanı təyyarənin qapısını açmağa çalışan sərnişin qandalla bağlanıb

Gununsesi saytından alınan məlumata görə, Icma.az bildirir.

ABŞ-də bir sərnişin uçuş zamanı təyyarənin qapısını açmağa cəhd etdikdən sonra digər sərnişinlər və kabin heyəti tərəfindən saxlanaraq zərərsizləşdirilib.

Gununsesi.info xarici KİV- ə istinadən xəbər verir ki, American Airlines-a məxsus təyyarədə baş verən hadisədə sərnişinin özbaşınalığı digər sərnişinlər və uçuş heyətinin müdaxiləsi ilə dayandırılıb.

Belə ki, sərnişin kabin heyəti üzvünə üz tutaraq: “Mən bu təyyarədən təcili enməliyəm” , –  deyərək təyyarənin qapısını açmağa çalışıb. İctimai təhlükəsizlik hesabatlarına görə, sərnişin getdikcə aqressivləşib və stüardessaya zərər verib.

Sərnişin qapıya doğru hərəkət edərkən kabin heyəti üzvünün çağırışı ilə təyyarədəki digər sərnişinlər müdaxilə edib.

Sərnişinlərdən biri bildirib ki, onu arxadan qucaqlayıb yerə yıxıb, kabin heyətinin gətirdiyi lent və plastik qandallarla əl-diz və ayaqlarını bağlayıblar.

Bu vəziyyətdə sərnişin təxminən 30 dəqiqə nəzarətdə saxlanılıb.

Təyyarə Dallas-Fort Uort hava limanına rahat eniş etdikdən sonra Federal Təhqiqat Bürosu (FTB) və hava limanının təhlükəsizlik qrupları təyyarəyə daxil olaraq sərnişini saxlayıb.

Nəzarətə alınan şəxsin psixi sağlamlığının yoxlanılması üçün ekspertizadan keçirildiyi öyrənilib.

Federal Aviasiya Administrasiyası (FAA) hadisə ilə bağlı araşdırmaya başladığını açıqlayıb. Onların məlumatına görə, pandemiyadan əvvəl də belə ciddi problem olub və indi də “problemli sərnişin davranışı” son illərdə artıb.

American Airlines hadisə ilə bağlı açıqlamasında deyib: “Müştərilərimizin və komanda üzvlərinin təhlükəsizliyi bizim əsas prioritetimizdir: “Bu çətin vəziyyətdə göstərdikləri həssaslığa görə komandamıza və sərnişinlərə təşəkkür etmək istərdik”.

Son zamanlar reyslərdə sərnişinlərlə bağlı insidentlər diqqət çəkib. Keçən ay United Airlines reysinin bir sərnişini başqa bir sərnişinə səbəbsiz yerə vurmaqda günahlandırılmışdır.

Sentyabr ayında isə Frontier Airlines sərnişini stüardessanı boğmağa cəhd etmiş və “hamını öldürəcəm” ,- deyə insanları hədələmişdir.

Federal Aviasiya Administrasiyası (FAA) təyyarələrdə təhlükəsizliyi təhdid edən bu cür davranışlara qarşı sıfır dözümlülük siyasətini tətbiq edir. 2023-cü ildə problemli sərnişinlərə qarşı 400-dən çox tədbir görülüb və ümumilikdə 7,5 milyon dollar cərimə tətbiq edilib.

Günel Həsənova

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:109
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 22 Noyabr 2024 09:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see287

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see261

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see235

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see213

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see205

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see184

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see184

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see178

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see167

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see165

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see160

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see155

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see152

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see151

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see150

İranda ŞOK hadisə Öldü bilinən ağır yaralı plastik torbada 3 gün sağ qaldı

22 Yanvar 2026 17:55see148

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see147

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see147

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see145

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri