Icma.az
close
up
RU
Hind Okeanında təyyarədə panika: Sərnişin qapını açmağa çalışdı

Hind Okeanında təyyarədə panika: Sərnişin qapını açmağa çalışdı

Bizimyol saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

İndoneziyanın Bali Adasından Avstraliyanın Melburn şəhərinə gedən sərnişin təyyarəsi, uçuş zamanı bir sərnişinin təyyarə qapısını açmağa çalışması nəticəsində geri dönmək məcburiyyətində qalıb.

Bizimyol.info "trthaber"ə istinadən xəbər verir ki, hadisə barədə, aşağı qiymətli hava yolu şirkəti "Jetstar" tərəfindən çərşənbə günü verilən açıqlamada qeyd edildi.

Hava yolu şirkətinin açıqlamasına görə, 31 mart bazar ertəsi gecəsi baş verən məlumatda bildirilir ki, təyyarədə olan bir sərnişin Hind Okeanı üzərindən uçan təyyarənin qapısını zorla açmağa çalışıb və heyətə qarşı aqressiv davranışlar sərgiləyib.

Təyyarə heyəti sürətlə hərəkət edərək vəziyyətə müdaxilə edib və pilot təhlükəsizlik səbəbindən Baliyə geri dönmək qərarı alıb. Sərnişin, enişdən sonra yerli təhlükəsizlik qüvvələri tərəfindən təyyarədən çıxarılıb.

Sosial mediada paylaşılmış bir videoda, təyyarənin arxa hissəsində yerləşən bir qadının qapı qolunu qaldırmağa çalışdığı, lakin xəbərdarlıq sistemi işə düşdükdən sonra heyətin hadisəyə sürətlə müdaxilə etdiyi görüntülənib.

Uçuş izləmə saytı "Flightradar24" məlumatlarına görə, təyyarə qalxışdan təxminən bir saat sonra Hind Okeanında geri dönərək Baliyə yönəlib.

Hava yolu şirkəti, təyyarədə nə qədər sərnişin və heyət olduğunu dəqiq şəkildə açıqlamasa da: "Müştərilərimizin və komandamızın təhlükəsizliyi ən böyük prioritetimizdir. Bütün heyətə bu vəziyyətə göstərdikləri sürətli və peşəkar reaksiya üçün təşəkkür edirik", - deyə qeyd edib.

Hava yolu şirkətləri son illərdə təyyarələrdə artan aqressiv sərnişin hadisələrinə qarşı daha sərt tədbirlər görməyə başlayıb. Keçmişdə təcili çıxış qapılarını açmağa çalışan, kabin heyətinə hücum edən və ya uçuş zamanı zorakılıq göstərən sərnişinlər səbəbindən təyyarələr marşrutlarını dəyişdirmək məcburiyyətində qalıb.

Keçən il, bir sərnişin uçuş zamanı təyyarə qapısını açmağa çalışaraq bir kabin əməkdaşının yaralanmasına səbəb olmuş, digər sərnişinlərin müdaxiləsi ilə zərərsizləşdirilib. 2023-cü ildə isə bir sərnişin, "Asiana Airlines"a məxsus bir təyyarənin təcili çıxış qapısını enişdən az öncə açmış, hadisənin ardından hava yolu şirkəti "Airbus A321" tipi təyyarələrində təcili çıxış qapısı yaxınındakı oturacaqların satışını dayandırmışdı.

Havacılıq orqanları, bənzər hadisələrin qarşısını almaq üçün qaydaları daha da sərtləşdirir və təyyarə içində narahatlıq yaradan sərnişinlərə qarşı cəza tədbirlərini artırır.

Qadir, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:176
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 01 Aprel 2025 14:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see287

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see284

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see269

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see260

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see260

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see258

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see252

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see246

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see244

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see235

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see227

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see221

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see221

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see218

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see212

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see208

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see207

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see206

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see198

Alimlər diabetin müalicəsi üçün yeni hədəf müəyyən edib

31 Oktyabr 2026 07:34see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri