Icma.az
close
up
RU
Ucuz avtomobillər satışa çıxarıldı 1550 manatdan başlayır SİYAHI

Ucuz avtomobillər satışa çıxarıldı 1550 manatdan başlayır SİYAHI

Avtosfer portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Dekabrın 23-də dövlət qurumlarının balansında olan 69 nəqliyyat vasitəsi hərraca çıxarılacaq.

Avtosfer.az Əmlak Məsələləri Dövlət Xidmətinə istinadən xəbər verir ki, satışa çıxarılanmaşınlardan 49-u Maliyyə Nazirliyinə məxsusdur.

Siyahıda ən ucuz avtomobil kimi 1998-ci il istehsallı "QAZ 3110" modeli qeyd edilib. Milli Aerokosmik Agentliyinə məxsus bu nəqliyyat vasitəsinin start qiyməti 1550 manatdır. Hərracda təqdim olunan nəqliyyat vasitələri arasında ən bahalı avtomobil isə Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinin balansında olan 2013-cü il istehsallı "Toyota Land Cruiser 200" modelidir. Bu avtomobilin start qiyməti 40 min manat müəyyən edilib.

Hərraca çıxarılan nəqliyyat vasitələri üzrə məlumatlar aşağıdakı kimidir:

Milli Aerokosmik Agentliyinin Təbii Ehtiyatların Kosmik Tədqiqi İnstitutu 1998-ci il istehsallı, 10-AF-910 nömrə nişanlı "QAZ 3110" minik avtomobilini 1550 manat;

"Azəridmanservis" MMC 2006-cı il istehsallı, 99-PJ-754 nömrəli "BMW 730LI" minik avtomobilini 8500 manat;

Gənclər və İdman Nazirliyi 2011-ci il istehsallı, 77-AT-459 nömrə nişanlı "BMW 730" avtomobilini 15 min, həmçinin 2006-cı il istehsallı, 77-AT-437 nömrəli "BMW 730LI" modelini 8600 manat;

Milli İdman Tibb və Reabilitasiya Elmi-Praktiki İnstitutu 2007-ci il istehsallı, 90-AB-687 nömrəli "QAZ 31105-100" minik avtomobilini 2200, eləcə də 2007-ci il istehsallı, 90-AD-687 nömrəli "QAZ 310221-110" avtomobilini 2 min manat;

FHN-in Tibb Xidməti 2006-cı il istehsallı, 10-PF-112 nömrə nişanlı "BMW 525i" minik avtomobilini 10500, həmçinin 2006-cı il istehsallı, 10-PF-065 nömrəli "Nissan Pathfinder" avtomobilini 12 min, 2012-ci il istehsallı, 10-PF-831 nömrəli "Chevrolet Niva"nı 5200 manat;

FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Agentliyi 2006-cı il istehsallı, 10-PF-086 nömrəli "Nissan Pathfinder" modelini 11 min, həmçinin 2008-ci il istehsallı, 90-FH-595 nömrəli "Chevrolet Epica" avtomobilini 5500 manat;

Siyəzən RİH 2008-ci il istehsallı, 53-AC-390 nömrəli "Nissan Teana" avtomobilini 6 min, eləcə də 2005-ci il istehsallı, 53-AA-066 nömrəli "Kia Opirus" modelini 3500 manat;

AZƏRTAC 2011-ci il istehsallı, 10-AA-357 nömrə nişanlı "Hyundai Equus" minik avtomobilini 9500 manat;

Neftçala Rayon Mərkəzi Xəstəxanası 2004-cü il istehsallı, 47-AC-291 nömrə nişanlı "QAZ-322174-32" təcili yardım avtomobilini 5 min manat ( digər 2004-cü il istehsallı "QAZ-32214-32" modeli də hərraca təqdim edilir, lakin start qiyməti açıqlanmayıb) ;

İdman-Konsert Kompleksi MMC 2005-ci il istehsallı, 10-JT-253 nömrəli "İJ 2717-230" yük avtomobilini 1500 manat ilkin satış qiymətləri ilə təqdim edirlər.

Maliyyə Nazirliyi isə ümumilikdə 49 nəqliyyat vasitəsini hərraca çıxarır. Bu avtomobillər arasında "Khazar Peugeot", "Nissan Maxima", "Chevrolet Niva", "Nissan Teana", "Mitsubishi Lancer", "Daewoo Nexia" və digər modellər yer alır. Avtomobillərin buraxılış illəri 2005-2019-cu illəri əhatə edir və start qiymətləri 2 min manatdan 5 min manata qədər dəyişir.

Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsi 2013-cü il istehsallı, 10-AP-599 nömrə nişanlı "Toyota Land Cruiser 200" avtomobilini 40 min manata hərraca çıxarır.

Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində "Korporativ İdarəetmənin Təşkili və Koordinasiya Mərkəzi" publik hüquqi şəxsi 2014-cü il istehsallı, 90-AR-545 nömrəli "Audi A6" minik avtomobilini 19 min manata satışa təqdim edir.

Gəncə Apellyasiya Məhkəməsi 2007-ci il istehsallı, 20-AA-601 nömrə nişanlı "Toyota Avalon" minik avtomobilini 6500 manata hərraca çıxarır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:273
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 21 Noyabr 2025 23:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see396

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see389

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see266

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see247

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see232

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see229

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see223

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see222

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see220

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see204

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see195

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see194

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see192

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see189

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see185

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see184

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see182

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see180

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see179

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri