Icma.az
close
up
RU
Ucuz hədiyyə, ŞOK endirim... Saxta linkləri necə tanıyaq? Mütəxəsis açıqlayır

Ucuz hədiyyə, ŞOK endirim... Saxta linkləri necə tanıyaq? Mütəxəsis açıqlayır

News24 portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Son zamanlar "YouTube" , "Instagram" və "Telegram" kimi məşhur sosial şəbəkə platformalarına qarşı kiberhücumların sayı artıb. Hücumların məqsədi istifadəçilərin şəxsi məlumatlarını ələ keçirmək, hesabları nəzarətə götürmək və ya maddi zərər vurmaqdır. Bəs bu kimi kiberhücumların qarşısını necə almaq olar?

Mövzu ilə bağlı News24.az-a açıqlama verən kibertəhlükəsizlik üzrə mütəxəssis Fərid Əmirov qeyd edib ki,  bu hücumlar “sosial mühəndislik” hücumları adlanır: 

"Sosial şəbəkədə yayılan saxta hədiyyə kampaniyaları insanların etibarından sui-istifadə edir. Sosial şəbəkə platformalarının gündəlik həyatın ayrılmaz hissəsinə çevrilməsi fırıldaqçılar üçün də əlverişli mühit yaradıb. Saxta kampaniyaların əsas məqsədi istifadəçilərin psixologiyasından yararlanmaqdır. “Asan qazanc” istəyi, “qorxu” hissi və “təcililik təzyiqi” kimi üsullarla insanları aldatmağa çalışan fırıldaqçılar onları saxta linklərə yönləndirir və şəxsi məlumatlarını ələ keçirirlər".

Mütəxəssisin sözlərinə görə, insanlara brend adı altında cəlbedici hədiyyələr və ya endirimlər vəd edilir, linkə daxil olduqda isə dizayn baxımından rəsmi səhifəyə çox oxşayan, əslində isə saxta olan sayt açılır:

 "Burada ad, telefon nömrəsi, sosial şəbəkə şifrəsi və hətta bank kartı məlumatları tələb olunur. Nəticədə insanların hesabları ələ keçirilir, kartlarından pul oğurlanır, məlumatlar kiber cinayətkarların bazasına düşür, cihazlarına isə zərərli proqramlar yüklənir".

Fərid Əmirov qeyd edib ki, Azərbaycanda da bu kimi hallara tez-tez rast gəlinir:

"Bəzən market və tanınmış brend adı altında kupon kampaniyaları, bəzən isə “pulsuz telefon hədiyyəsi” elanları ilə istifadəçiləri aldadırlar. "WhatsApp" üzərindən yayılan “endirim linkləri” və ya “bu linkdən daxil ol, 50 GB internet qazan” tipli mesajlar əslində "malware" (zərərli proqram təminatı) yükləmək üçün hazırlanır.

Mütəxəssislər bildirib ki, istənilən linkə daxil olmadan əvvəl onun ünvanını yoxlamaq vacibdir:

"Rəsmi şirkətlər heç vaxt kart məlumatı və ya SMS kodu tələb etmir. Əgər bir təklif həddindən artıq cazibədar görünürsə, böyük ehtimalla saxtadır. İnsanlar özləri maariflənməli, yaxınlarını da bu risklər barədə xəbərdar etməlidirlər. Çünki əsas təhlükə texnologiyada deyil, insanın aldanmasındadır". 

"Sosial şəbəkə platformalarında yayılan saxta kampaniyaların qarşısını almaq üçün həm dövlət qurumlarının, həm də platformaların nəzarəti gücləndirilməlidir. Kiberhücumlara qarşı effektiv mübarizə yalnız texniki deyil, həm də sosial maarifləndirmə tədbirləri ilə mümkündür", - deyə mütəxəssis qeyd edib.

Xeyrənsə Piriyeva

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:214
embedMənbə:https://news24.az
archiveBu xəbər 09 Sentyabr 2025 18:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see317

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see299

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see296

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see291

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see278

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see277

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see256

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see253

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see250

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see243

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see242

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see235

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see229

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see218

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see214

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see210

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see201

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see192

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri