Rusiyada daha bir təşkilat terrorçu təşkilatlar siyahısına salındı
Icma.az, Qafqazinfo portalına istinadən məlumatı açıqlayır.
Rusiyada “Batal-Hacı Belxoroyevin ardıcılları icması” (“Batalhacılar”) terrorçu təşkilatların vahid federal siyahısına daxil edilib.
“Qafqazinfo” xəbər verir ki, bununla bağlı məlumat Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) rəsmi saytında dərc olunub.
Qeyd edək ki, oktyabrın 14-də Rusiya Ali Məhkəməsi sözügedən icmanı terrorçu təşkilat kimi tanıyaraq ölkə ərazisində fəaliyyətini qadağan edib.
FTX-nin iddiasına görə, təşkilatın 2024-cü ildə Moskva vilayətindəki “Crocus City Hall” konsert zalında törədilən terror aktına, eləcə də Rusiya Silahlı Qüvvələrinin Radiasiya, Kimyəvi və Bioloji Müdafiə Qoşunlarının rəisi, general-leytenant İqor Kirillovun qətlinə aidiyyəti var.
Rusiya xüsusi xidmət orqanı, həmçinin təşkilatı 2009-cu ildə “Nevski Ekspress” qatarının partladılmasında və 2004-cü ildə İnquşetiyada dövlət qurumlarına hücumlarda iştirak etməkdə ittiham edir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:42
Bu xəbər 27 Noyabr 2026 23:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















