Icma.az
close
up
RU
Ucuzlaşma olmayacaq Yeganə çıxış yolu AÇIQLANDI

Ucuzlaşma olmayacaq Yeganə çıxış yolu AÇIQLANDI

Olke.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Son günlər kirayə mənzil qiymətləri sürətlə qalxır və bu, xüsusilə tələbələr, gənc ailələr və şəhərə yeni köçən insanlar üçün ciddi problemə çevrilir.

Maraqlıdır, hansı amillər qiymət artımına daha çox təsir göstərir?

Mövzu ilə bağlı Ölkə.az-a açıqlama verən Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc bildirib ki, bu dövrlər mövsümi xarakter daşıyan bahalaşma prosesi baş verir.

Onun sözlərinə görə, çünki hər il 50 mindən çox abituriyent tələbə adını qazanır:

"Bundan sonra tələbələr avqust və sentyabrın ilk ongünlüyündə Azərbaycan Respublikasının Bakı şəhərində olan daşınmaz əmlak bazarına müraciət edir. Xüsusilə də kirayə seqmentinə və kirayə seqmentində mənzil və həyət evlərinin axtarışına start verilir. Bu da hər il qiymətlərdə artım prosesinin baş verməsinə əsas yaradır. Bundan əlavə onu da qeyd edim ki, hazırda daşınmaz əmlak növləri xüsusi biznes maraqları üçün çox cəlbedici olduğuna görə, builki bazar həm mövsümi bahalaşmanı özündə əks etdirir, həm də daşınmaz əmlakın son üç ildə daha da ciddi şəkildə özünü göstərən qiymət artımına təsadüf edir.

Bu da qiymətlərin artımına və eyni zamanda kirayə seqmentində mənzillərin və həyət evlərinin çatışmazlığını meydana gətirir. Son nəticədə tələbat yüksək olduğuna görə, sözügedən istiqamətdə qiymət artımı baş verir".

V.Oruc qeyd edib ki, kirayə mənzil bazarında stabillik sentyabrın ikinci ongünlüyündən sonra baş verəcək:

"Təbii ki, burada qiymətlərin geriyə doğru yenidən ucuzlaşmasını gözləmək sadəlövhlük olardı. Sadəcə müəyyən qədər ajiotaj aradan qalxacaq və qiymətlərin sürətlə artımı dayanacaq. Amma hazırda bu prosesin əksi baş verir. Yəni qiymətlər sürətlə artır və Bakı şəhərində daşınmaz əmlak bazarının kirayə seqmentində çox böyük qıtlıq meydana gəlib.

Bu vəziyyətdən yeganə çıxış yolu dövlət tərəfindən yataqxanaların tikilməsi ilə bağlı təşviq qərarlarının qəbulu, özəl sektor sahibkarlarının bu istiqamətə cəlb olunması və tədris müəssisələrin tələbə şəhərciyi formasında Bakıdan kənara çıxarılmasıdır. Yəni bu proseslər həll olunsa, hər il qarşılaşdığımız ajiotaj aradan qalxacaq. Daşınmaz əmlak bazarının kirayə seqmentində müəyyən stabilləşmə baş verəcək".

Həmidə İbrahimova

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:201
embedMənbə:https://olke.az
archiveBu xəbər 18 Avqust 2025 17:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see358

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see277

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see276

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see274

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see266

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see265

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see263

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see260

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see256

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see241

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see239

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see234

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see231

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see230

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see228

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see210

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see209

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see205

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see205

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri