UEFA dan millimizə XƏBƏRDARLIQ
Modern.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
UEFA 19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan millisinə xəbərdarlıq edib.
Modern.az "Report"a istinadən məlumat verir ki, buna yığma üzvü Pərişan Abdullayevanın Avropa çempionatının ikinci seçmə mərhələsinin II turunda, Albaniya ilə matçda (0:4) meydana çıxması səbəb olub.
Birinci seçmə mərhələdə, Estoniya ilə qarşılaşmada (0:3) sarı vərəqə alan oyunçu ikinci tsiklin Şimali İrlandiya ilə ilk görüşündə (0:4) də eyni halla üzləşib. Abdullayeva bu səbəbdən Albaniya ilə oyunda iştirak etməməli idi.
Buna baxmayaraq onun adı sözügedən matç üçün sistemə yüklənib və UEFA nümayəndəsi də bunu təsdiqləyib. Lakin həmin şəxs qarşılaşmadan sonra bunun fərqinə varıb. Sonradan Pərişan Abdullayeva sonuncu turda Monteneqro (1:2) ilə matçın iştirak ərizəsinə salınmayıb və cəzasını həmin görüşdə çəkib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:125
Bu xəbər 04 Aprel 2025 13:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















