UEFA Mahir Emrelinin çıxış etdiyi klubu cərimələdi
Azpolitika.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin çıxış etdiyi Polşanın "Rakuv" klubu böyük məbləğdə cərimələnib.
"AzPolitika" xəbər verir ki, bu barədə UEFA İntizam Komitəsi qərar çıxarıb.
Ekstraklasa təmsilçisi UEFA Konfrans Liqasının III təsnifat mərhələsində İsveçin "Hammarbü" komandasına qarşı keçirdiyi oyunda yaşananlara görə ziyana düşüb.
Avropa futbol qurumu "Rakuv"a pirotexniki və digər vasitələrdən istifadəyə görə cərimə kəsib. Klub buna görə 60 000 avro ödəməli olacaq.
Polşa komandasına iki il sınaq müddəti verilib. Bu hal yenə təkrarlanarsa, avrokuboklardakı növbəti ev matçında B1 və B7 sektorlarına azarkeşlər buraxılmayacaq. "Rakuv" sözügedən qarşılaşmada ictimai keçidlərin bağlanmasına görə isə 8 000 avro cərimələnib.
Xatırladaq ki, görüş qolsuz yekunlaşıb. Tərəflər arasındakı cavab matçı bu gün, Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:121
Bu xəbər 13 Avqust 2026 15:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















