Icma.az
close
up
RU
Mahir Emrelinin çıxış etdiyi klubun baş direktoru: “İndiyədək gördüklərimizdən çox razıyıq”

Mahir Emrelinin çıxış etdiyi klubun baş direktoru: “İndiyədək gördüklərimizdən çox razıyıq”

Idman.biz portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Roma” ilə son yoxlama oyunundan sonra “Kayzerslautern”in baş direktoru Tomas Hengen Almaniya mediasına açıqlamasında komandanın hazırlıq vəziyyəti və gələcək planları barədə danışıb.

İdman.biz xəbər verir ki, heyətində azərbaycanlı futbolçu Mahir Emrelinin də yer aldığı “Kayzerslautern” 35650 azarkeşin qarşısında güclü rəqibə 0:1 hesabı ilə məğlub olub.

Qarşılaşmanın yeganə qolunu 16-cı dəqiqədə qapıçı Yulian Kralın səhvindən sonra "Roma"nın irlandiyalı hücumçusu Evan Ferguson vurub.

Fasilədə əvəzlənən Mahir Emreli ilə yanaşı, komandanın digər yeni transferləri - Simon Asta, Maksvel Gyamfi, Fabian Kunze və Semih Şahin də oyuna start heyətində başlayıblar. Yeni gələnlərdən müdafiəçi Ci-Soo Kim və hücumçu İvan Prtayin isə ikinci hissənin əvvəlində meydana daxil olublar.

Matçdan sonra Tomas Hengen SWR kanalına verdiyi açıqlamada bildirib: "Bizim üçün yaxşı test oldu. Əhəmiyyətli nəticələr əldə etdik. İlk turda necə çıxış edəcəyimiz maraqlıdır”.

"Kayzerslautern" II Bundesliqada yeni mövsümə bu həftənin bazar günü - avqustun 3-də səfərdə "Hannover" ilə oyunla başlayacaq. Komandanın start heyəti böyük maraqla gözlənilir. Hengen komanda daxilində sağlam rəqabətin olduğunu vurğulayaraq qeyd edib:
“Yaxşı rəqabət mühiti var. Hədəfimiz turnir cədvəlində ilk 6 yerə düşməkdir”.

Transfer siyasətinə toxunan klub rəhbəri heyətin hələ tam formalaşmadığını deyib: “Heyət hələ son halını almayıb. Transfer pəncərəsi açıqdır və hər şey mümkündür – kimin gələcəyini və ya gedəcəyini dəqiq bilmirik”.

O, əlavə edib ki, ilk rəsmi oyunlardan sonra mövcud vəziyyəti dəyərləndirib ehtiyac olduqda dəyişiklik edə bilərlər: “İndiyə qədər gördüklərimizdən çox razıyıq, amma lazım olarsa müəyyən korrektələr edəcəyik”.

Hengen hansı mövqelərdə dəyişiklik ola biləcəyi ilə bağlı konkret məlumat verməkdən yayınıb və komanda daxilində güclü rəqabətə diqqət çəkib: “Çətin seçimlər olacaq. Demək olar ki, bütün mövqelərdə iki oyunçumuz var. Ona görə də detalları açıqlamaq istəmirik”.

İdman.biz

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:123
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 29 İyul 2025 14:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see640

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see271

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see245

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see229

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see205

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see198

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see192

“KATV”nin interneti minlərlə insana əzab verir

01 Fevral 2026 07:21see182

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see179

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see176

“Anamı cavanlığımda başa düşmürdüm...” Barat Şəkinskayanın 94 yaşlı qızı

01 Fevral 2026 17:10see162

Müğənni Rüfət Mehdiyevin vəfatından 15 il ötür

01 Fevral 2026 12:11see160

Əl gücünün zəifləməsi nəyə işarə edə bilər?

01 Fevral 2026 05:11see156

Gənclər Fondu süni intellekt üzrə təqaüd proqramı elan edib

01 Fevral 2026 20:04see152

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see149

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see147

Bakıda Gənclər Festivalı keçirilir

01 Fevral 2026 18:31see144

Amerikalı diplomat: ABŞ İranda Liviya ssenarisinin təkrarlanmasını istəmir

01 Fevral 2026 06:07see143

Türkiyənin Ticarət Nazirliyi: Hindistandan idxal rüsumlarının azaldılması planlaşdırılmır

01 Fevral 2026 04:41see139

Bakıda özünü 17 mərtəbədən atan qızın anası DANIŞDI TƏFƏRRÜAT VİDEO FOTO

02 Fevral 2026 05:25see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri