UEFA nın əməkdaşı Tovuza gəldi, qərar verməyib getdi
Icma.az, Footbal-plus portalına istinadən məlumat yayır.
UEFA dünən Tovuz şəhər stadionuna təftiş edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb:
“UEFA stadion inspektoru Skott Struthers, AFFA-nın İnfrastruktur Departamentinin direktoru Fuad Cəfərov və Futbol İnfrastruktur Layihələri şöbəsinin rəisi Sabir İsmayılov klubumuzun nümayəndələri ilə birlikdə Tovuz şəhər stadionuna baxış keçirib. 4 saatdan çox davam edən baxış zamanı stadionun UEFA-nın 2-ci kateqoriya tələblərinə uyğunlaşdırılması ilə bağlı mühüm məqamlar müzakirə olunub. Yekunda stadionun bu kateqoriyaya yiyələnməsi üçün tələb olunan şərtlər, həmçinin yerinə yetirilməli tapşırıq və tövsiyələr klub nümayəndələrinin diqqətinə çatdırılıb. Daha sonra keçirilən iclasda stadionun beynəlxalq standartlara tam cavab verməsi üçün görüləcək işlər ətrafında geniş fikir mübadiləsi aparılıb. Stadionumuzda həyata keçirilən yenidənqurma və təkmilləşdirmə işləri müsbət qiymətləndirilib”.
Yəqin ki, sizdə yazılandan yekun qərarın necə olduğunu bilmədiz. Biz də bilmədiyimizə görə “Turan Tovuz”un mətbuat katibi Süleyman Tağıyevlə əlaqə saxladıq:
“Təftiş ümumi vəziyyətə baxış keçirmək üçün olub. Tamamlanmaq üzrə olan işlər raportda göstərilib. Hansısa rəsmi qərar verilməyib. Gecə-gündüz çalışırıq ki, işləri vaxtından əvvəl bitirək”.
MÜZƏFFƏR QULUZADƏ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:166
Bu xəbər 26 May 2026 19:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















