UEFA nın prezidenti dünya çempionatının 64 komandaya qədər genişləndirilməsi ideyasını tənqid etdi
Icma.az, Sportal.az portalına istinadən məlumat yayır.
UEFA-nın prezidenti Aleksander Çeferin dünya çempionatının 64 komandaya qədər genişləndirilməsi ideyasını tənqid edib.
Sportal.az xəbər verir ki, FIFA-nın 2030-cu ildə keçiriləcək dünya çempionatını turnirin 100 illiyi münasibətilə 48-dən 64 komandaya qədər artırmaq ehtimalını müzakirə etdiyinə dair məlumatlara münasibət bildirən Çeferin "Kicker"ə verdiyi müsahibədə deyib:
"Əvvəldən biz “nə qədər çox komanda – bir o qədər yaxşı” ideyasına skeptik yanaşmışıq, çünki komanda sayı artdıqca keyfiyyət aşağı düşür. Əsas məqsədimiz Avropa futbolunu, federasiyalarımızı və yarışlarımızı qorumaqdır.
İnsanlar deyir ki, guya biz bu genişlənmələri dəstəkləyirik... Mən artıq bilmirəm nə etməliyik. 36 səsdən cəmi 9-nun bizdə olduğu bir şəraitdə bir şeyin qarşısını necə almağın izahını ancaq bir sehrbaz verə bilər. Hər bir mübarizə yorucudur.
48 komandalı formatı qəbul edirik, çünki bu, Avropa futboluna zərər vermir. Amma 64 komanda fikri cəfəngiyyatdır. Biz buna qəti şəkildə qarşıyıq. Turnir çox uzun olacaq, Avropa seçmə oyunları önəmini itirəcək. Və ən əsası, futbolun keyfiyyəti baxımından bu, absurddur".
saytlarin hazirlanmasi
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:85
Bu xəbər 27 May 2025 05:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















