UEFA nın vitse prezidenti Qvardiolanı tənqid etdi
Icma.az, Qol.az portalına istinadən məlumat verir.
UEFA-nın vitse-prezidenti Zbiqnev Bonek “Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiolanın oyun fəlsəfəsini tənqid edib.
QOL.az xəbər verir ki, Bonek bu barədə “Corriere dello Sport”a müsahibəsində danışıb. O, ispaniyalı mütəxəssisin futbola yanaşmasını bəyənmədiyini bildirib:
“Qvardiolaya böyük hörmətim var, amma o, futbola zərər vurub. Onun oyun fəlsəfəsi “sən mənə ötür, mən sənə qaytarım” prinsipinə əsaslanır. Sağ cinaha gedirik, sonra sola qayıdırıq və matçın sonunda 1788 ötürmə edirik. Bu, mənim xoşuma gəlmir. Mən şaquli futbol oynayan, irəli getməyə və qol vurmağa çalışan komandaları sevirəm”.
Bonek İtaliya futbolundan “Latsio” və “Frozinone”ni nümunə göstərərək onların daha çox irəli oynamağa və risk etməyə üstünlük verdiyini vurğulayıb:
"Ən az ötürmə ilə, mümkün qədər sadə şəkildə qol vurmağa çalışan komandaların oyununu bəyənirəm. Ötürmələr az, amma sürətli olmalıdır. Müasir futbolda ləngliyə yer yoxdur. Yavaş futbolçuların artıq şansı qalmayıb. Geriyə ötürmələr isə komandaya zərər verir".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:56
Bu xəbər 14 Noyabr 2026 22:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















