FİFA Dünya Kuboku iştirakçılarını 64 komandaya qədər artıra bilər
Yeniavaz saytına istinadən Icma.az xəbər verir.
Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası (FIFA) Dünya Kubokunun 64 komandaya qədər genişləndirilməsi imkanlarını araşdırmaq üçün müstəqil komissiya yaratmağı planlaşdırır.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Sky News” telekanalının jurnalisti Rob Harris “X” sosial şəbəkə səhifəsində məlumat verib.
Harris, məlumatda əldə etdiyi FIFA sənədindən çıxarışlara istinad edir. Orada deyilir ki, komissiya bazar tələbini və bu qərarın sistemli təsirlərini qiymətləndirməlidir.
Müstəqil komissiya avqustun 7-də görüşəcək, FIFA bir həftə sonra məsələ ilə bağlı qərar verəcək və təhlilinin nəticələrini sentyabrın 11-də dərc edəcək.
Qeyd edək ki, 11 iyun - 19 iyul tarixlərində ABŞ, Kanada və Meksikada keçirilən Dünya Kuboku ilk dəfə olaraq 48 komandanın iştirakı ilə keçirilib.
Bu mövzuda digər xəbərlər:FİFA da inqilabi dəyişiklik müzakirədə: 64 komandalıq Dünya Kuboku
24 Sentyabr 2025 11:54
KONMEBOL prezidenti Dominqes FİFA nı dünya çempionatını 64 komandaya qədər genişləndirməyə razı salmaq niyyətindədir
24 Sentyabr 2025 10:42
UEFA prezidentindən dünya çempionatının 64 komandaya qədər genişləndirilməsi fikrinə reaksiya
03 Aprel 2025 21:24
FİFA Dünya Kubokunda iştirakçı sayının 64 ə qədər genişləndirilməsini rədd etdi
25 Sentyabr 2025 11:55
64 komandalı dünya çempionatı ideyasına FİFA prezidentindən dəstək
17 May 2025 11:06
Baxış sayı:144
Bu xəbər 01 Avqust 2026 19:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















