Ufuk Turganer: Prezident İlham Əliyevin Şimali Kiprə verdiyi dəstək bizim üçün çox önəmlidir
Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Bakı, 13 noyabr, AZƏRTAC
Hər il olduğu kimi, bu gün də Bakıda Şimali Kipr Türk Cümhuriyyətinin ildönümünü (bu dəfə 42-ci) həm rəsmi tədbirlərlə, həm də Azərbaycan xalqı ilə birlikdə qeyd edirik.
AZƏRTAC xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Şimali Kipr Türk Respublikasının Bakıdakı nümayəndəliyinin rəhbəri xanım Ufuk Turganer söyləyib.
“Azərbaycanda olmaq bizim üçün böyük önəm daşıyır. İki ölkə arasında əlaqələr hər il daha da inkişaf edir və biz bu əməkdaşlığın daha da inkişaf etməsi üçün çalışırıq. Ölkəmizin və dövlətimizin suverenliyinin qorunması bizim üçün əsas prioritetdir. Azərbaycanın Prezidenti İlham Əliyevin Şimali Kipr Türk Cümhuriyyətinə verdiyi dəstək çox önəmlidir və buna görə bir daha təşəkkürümüzü bildiririk",- deyə U. Turganer vurğulayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:58
Bu xəbər 13 Noyabr 2025 19:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















