Icma.az
close
up
RU
“UĞUR Estetik Mərkəzi 777”nin araşdırılması ilə bağlı hüquq mühafizə orqanlarına müraciət edilib

“UĞUR Estetik Mərkəzi 777”nin araşdırılması ilə bağlı hüquq mühafizə orqanlarına müraciət edilib

Bizimyol saytından alınan məlumata görə, Icma.az bildirir.

Azərbaycan Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi tərəfindən vətəndaşların həyat və sağlamlığına real təhlükə yarada biləcək hallarla bağlı daxil olan müraciətlər əsasında araşdırmalar aparılır və qanunvericiliyə uyğun olaraq plandankənar yoxlamalar həyata keçirilir.

Bu barədə Səhiyyə Nazirliyindən bildirilib.

Sosial şəbəkələrdə yayılan videogörüntülərdə adı hallanan Abdullayeva Gülbədə Əlqismət qızının adı Səhiyyə Nazirliyinin Tibb işçilərinin vahid reyestrində mövcud deyil və tibbi fəaliyyətlə məşğul olmaq səlahiyyəti yoxdur.

Daxil olan sorğularda əməliyyatın "Dost Estetik Mərkəzi"ndə keçirildiyi bildirilir. Digər müraciətdə isə həmin şəxsin “UĞUR Estetik Mərkəzi 777” adlı müəssisədə çalışdığı qeyd olunur. Hər iki müəssisə tibb müəssisəsi deyil və müvafiq tibbi fəaliyyət göstərmək üçün lisenziyaları yoxdur.

“Dost Estetik Mərkəzi”nin adı Analitik Ekspertiza Mərkəzinin özəl tibb müəssisələrinin bazasında, eləcə də Dövlət Vergi Xidmətinin Vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumat bazasında mövcud deyil.

Araşdırma zamanı müəyyən edilib ki, sahibkar Xəyalə Aydın qızı İsmayılovaya məxsus “UĞUR Estetik Mərkəzi 777” lisenziya olmadan tibbi fəaliyyət göstərir. Yoxlama zamanı kosmetoloji xidmətlər göstərilən, tibbi avadanlıqlarla təchiz edilmiş otaqlarda pasiyent qəbulu və prosedurların icrası faktları aşkarlanıb. “UĞUR Estetik Mərkəzi 777” ilə bağlı AEM tərəfindən 2023-2025-ci illər ərzində dəfələrlə plandankənar yoxlamalar aparılıb, aşkar edilən pozuntularla bağlı ümumilikdə 5 inzibati protokol tərtib edilərək Azərbaycan Respublikasının “İnzibati Xətalar Məcəlləsi”nin 210.1-ci maddəsi üzrə cərimə olunması barədə qərar qəbul olunub.

Göstərilənlərlə yanaşı, müəssisə lisenziya olmadan fəaliyyətini davam etdirdiyindən, Səhiyyə Nazirliyi tərəfindən hüquq-mühafizə orqanları qarşısında vəsatət qaldırılaraq Xəyalə Aydın qızı İsmayılovaya məxsus “UĞUR Estetik Mərkəzi 777” müəssisəsinin qanunsuz fəaliyyətinin araşdırılması ilə bağlı müraciət edilib.(marja)

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:159
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 20 Avqust 2025 13:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see273

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see196

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see188

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see183

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see163

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see158

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see158

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see154

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see146

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see144

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see141

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see139

“Rubio dövrü: ABŞ Dövlət katibi Tramp administrasiyasında ən nüfuzlu məmura çevrilib“ BBC

09 Yanvar 2026 22:05see134

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see134

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see133

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see133

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see130

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see129

Dembele PSJ nin təklifini rədd etdi daha yüksək məbləğ istəyir

10 Yanvar 2026 01:11see126

“Ayntraxt” “Borussiya” matçında 6 qol

10 Yanvar 2026 01:42see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri