Icma.az
close
up
RU
Uğurlu və qürurlu təqdimat

Uğurlu və qürurlu təqdimat

Bizimyol saytından alınan məlumata görə, Icma.az bildirir.

Prezident İlham Əliyev yenə də ənənəyə sadiqliyini göstərdi: hər ilin əvvəlində olduğu kimi, dövlət başçısı 2026-cı ilin başlanğıcında da yerli televiziyalara müsahibə verdi. Prezidentin media mənsubları ilə görüşünə moderatorluq edən tanınmış jurnalist Mir Şahin Ağayev, təbii ki, haqlı çıxdı: həmişəki tək bu müsahibə də hadisəyə çevrildi və deyildiyi kimi, strateji gündəm yaratdı. Bu gündəmin mövzularına dair Prezident çox maraqlı və önəmli bəyanatlar verdi. Həmin bəyanatları (hamısını olmasa da, ən mühümlərini) mümkün olduğu qədər yazılarımızda qısa da olsa, şərh etməyə çalışacağıq. Ancaq bu yazıda Prezidentin işlətdiyi bir ifadə, bir fikir üzərində ayrıca dayanmaq istərdim.

Moderator 2025-ci ili obrazlı deyimlə, illərin "8 noyabrı" adlandırdırdı: 2025-ci il 8 avqustda baş tutmuş Vaşinqton görüşlərini, imzalanan sənədləri hərbi qələbənin davamı və belə desəm, diplomatik analoqu kimi dəyərləndirdi. Prezident də bu suala çox geniş və dərin təhlillə cavab verdi və Vaşinqton razılaşnalarının tarixi hadisə olduğunu bir daha vurğulamış oldu.

Nədir bu tarixilik?!

Əvvəla, 30 ildən çox davam edən Ermənistan-Azərbaycan müharibəsinə son qoyuldu. Bu, tarixdə öz izlərini, Azərbaycan xalqının yaddaşında və həyatında dərin yaralar açmış bir müharibədir

Burada ən önəmli məqam budur (Prezidentin təhlilindəm də bu bir daha aydın olur) ki, müharibəni Azərbaycan başlamasa da, Azərbaycan bitirdi. Müharibəni başlamaq asandır, bitirmək çətindir - bu, öz yerində. Bir də müharibə başlayan tərəflə onu bitirən tərəfə tarix eyni qiyməti vermir. Bu mənada Azərbaycanın aldığı-alacağı qiymət mühümdür; müsbətdir. Bundan başqa müharibəni bitirən və sülhün təşəbbüsçüsü olan tərəfin daha bir özəlliyi də burada qabarıq görünür: müharibədə tərəflərdən biri qalib gəlir, sülh isə hər iki tərəfin, hətta bütövlükdə bölgədəki bütün xalqların istədiyi və gözlədiyi qələbədir.

İkincisi, Prezident deyir ki, biz - Azərbaycan xalqı, dövləti olaraq sülh şəraitində yaşamağı, bunun nə demək olduğunu öyrənirik. Həmin fikirləri bir daha diqqətinizə çatdırıram. Prezident deyir: "2025-ci ildə Ermənistan-Azərbaycan müharibəsinə siyasi nöqteyi-nəzərdən son qoyuldu və artıq biz bir neçə aydır ki, sülh şəraitində yaşayırıq. Sülh şəraitində yaşamaq nə deməkdir, bunu öyrənirik. Çünki müstəqillik əldə ediləndən sonra, hətta ondan da əvvəl Azərbaycan xalqı və dövləti müharibə şəraitində yaşamışdır..."

Bu, çox maraqlı, həm də, ağrılı psixoloji bir nüansdır: Azərbaycan və Ermənistan, bu ölkələrin xalqları hələ müstəqil dövlətlərini yaratmazdan, müstəqil olmazdan qabaq müharibənin içində yaşayıblar; bir dövlətin, bir xalqın müharibədə necə yaşadığını, daha doğrusu, necə salamat qalmağa çalışdığını Azərbaycan öz nümunəsində - öz faciəli təcrübəsindən öyrənib. Hazırda, Prezidentin də dediyi kimi, Azərbaycan işğala, dağıdıcı müharibəyə son qoyandan sonrakı dövrü - postmüharibə dövrünü yaşayır. Ermənistan isə, görünür, işğalçılıq etmədən - qonşuların torpaqlarına iddia irəli sürmədən, fürsət düşən kimi qonşuların torpaqlarını işğal etmədən, özünə və ətrafındakılata zərər vurmadan yaşamağı "məşq edir".

Azərbaycan, sadəcə, sülh şəraitində yaşamağı öyrənmir, həm də və bəlkə daha çox öyrədir. Azərbaycan nəinki Ermənistana, eləcə də, hazırda dünyadakı 60-dan çox münaqişə və müharibələrdə üzbəüz dayanan, bir-birinin qanını tökən tərəflərə vuruşmaqdan çox, barışmağın dərsini verir. Azərbaycanla Ermənistan müharibə şəraitində 30 il yaşayıb, sülh şəraitində isə bir neçə aydır yaşayır, ancaq bu gün Ermənistana Azərbaycan üzərindən tranzitlə taxıl ötürülür, Azərbaycan özü Ermənistana neft məhsulları ixrac edir.

Cəmi bir neçə ay ərzində sülh şəraitində yaşamağın göstərdiyi, vəd etdiyi faydalarla otuz illik dağıntı, işğal, qan və göz yaşları müqayisə olunursa, nəticə nə olur, bilirsiniz.

Dünən işğala məruz qalmış ölkə dünənki işğalçı ölkənin xalqına öz xoş məramını təkcə sözdə deyil, həm də əməldə göstərir.

Bəli, dünən Ermənistan Azərbaycan xalqına məxsus olan torpaqlara əlini uzatmışdı, ancaq bu gün Azərbaycan həmin ölkənin xalqına ehtiyac hiss etdiyi anda... əl uzadır. Fərqə baxın! Bu, ən böyük dərs deyilmi?!

Azərbaycan prezidenti: "Biz, sadəcə, Ermənistan dövləti ilə deyil, bütövlükdə erməni xalqı ilə sülh bağlamaq istəyirik" deyəndə bu gün əsası qoyulan prosesi nərərdə tutmuşdu.

"Biz sülh şəraitində yaşamaq necə olur, bunu öyrənirik" deyəndə Prezident çox incə, mühüm məqama toxunmuş (əslində çox nadir bir missiyanın təşəbbüsünü irəli sürmüş) olur: Azərbaycanın və Ermənistanın xalqları sülh içində yaşamağı sülh dövlətlərin sazişi imzalamasından daha əvvəl təcrübə edir. Məlumdur ki, paraflanmış saziş var, hələ imzalanmayıb, yəni qüvvəyə minməyib. Başqa sözlə, Azərbaycanla Ermənistan arasında sülh sazişin özündən əvvəl qüvvəyə minib. Ölkələr var, onların arasında heç saziş yoxdur, amma sülh var. Elə ölkəlır də var, aralarında heç bir sülh yoxdur, amma saziş var. Prezident İlham Əliyevin başçılığı altında bölgədə aparılan unikal sülh diplomatiyası belə bir strateji hədəfə yönəlib: elə etmək lazımdır ki, saziş sülhü deyil, sülh özü sazişi diqtə etsin. Məhz ikinci halda keçmiş rəqiblər arasında barışıq səmimiyyəti yaranır. Bax, bu, Azərbaycan diplomatiyasının çox incə və mühüm özəlliyidir. İkinci özəllik isə dövlətlərarasında sülhün, xoş münasibətin özlüyündə məqsəd kimi qalmamasıdır. Dövlətlər, xalqlar, mədəniyyətlər arasında səmimiyyət həm də onların bir-birindən faydalanmasına imkan açmalıdır. Azərbaycan Prezidentinin vizyonu belədir: qonşu olmaq, dost olmaq, hətta qardaş xalqlar olmaq son məqsəd deyil. Qonşu qonşu ilə,dost dostla, qardaş qardaşla iqtisadi tərəfdaşlıq edəndə, ticarət edəndə, bundan faydalanıb, daha da yaxşı qonşuluğa, daha da səmimi dostluğa, daha da əziz qardaşlığa addım atırlar.

Azərbaycan 2020-ci ildə hərbi qələbə qazandı, öz bütpvlüyünü və ərazisinə sahibliyini tam bərqərar etdi. Bəlkə kimsə düşünə bilər ki, elə bu da az deyil, kimsəni çəkib öz bataqlığından çıxarmaq lazım deyil, taleyin ümidinə buraxmaq olar. Özü öz yolunu seçib getsin.

Amma yox!

Azərbaycan bölgədə elə sülhün təməlini qoymaq istəyir ki, onun bıhrəsini hər kəs, hətta keçmiş işğalçı dövlət də görə bilsin. Bu, diplomatiyada müdrikliyin pik nöqtəsidir. Təkcə bu, Azərbaycan xarici siyasətinin tarixi səmimiyyətidir. Haqqında danışdığımız müsahibə bunu bir daha bizim və dünyanın diqqətinə təqdim etdi. Uğurlu və qürurlu bir təqdimatdır. Başqa nə demək olar!

Yazıçı-publisist, əməkdar jurnalist Bahəddin Həzi

Bahəddin Həzi,

Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:140
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 06 Yanvar 2026 19:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Müharibənin yenidən güclənmə ehtimalı yüksəkdir AÇIQLAMA

21 İyul 2026 17:42see326

Duginin türk dostu Ankaraya 17 ölkədən nümayəndə yığıb, “4 lü ittifaq” düzəldir?..

20 İyul 2026 22:14see324

İran XİN: Milli maraqlarımız nəzərə alınarsa, ABŞ ilə danışıqların bərpası mümkündür

21 İyul 2026 00:42see237

Göz yaşları içində sona çatan böyük hekayə

21 İyul 2026 11:03see233

“Sabah”ın rəqibi Bakıya uçuş üçün 150 min avroyadək xərc çəkib in İCMALI

21 İyul 2026 13:06see218

Haluk Levent işi nə görə saxlanılan Oğuzhan Uğur həbs edilib

21 İyul 2026 03:59see218

İlham Əliyev Mixael Harmsla görüşdü

20 İyul 2026 22:45see200

Sevimli şokolad brendlərinin arxasındakı milyarderlər

21 İyul 2026 00:50see187

Azərbaycanda cərimə balları silindi Sonra isə...

20 İyul 2026 23:40see181

Bu gün Azərbaycanda Milli Mətbuat Günüdür

22 İyul 2026 00:01see166

Roma dan Premyer Liqa klubuna 3 cü rəsmi təklif 47 milyon avro + bonuslar

20 İyul 2026 22:57see165

ABŞ İsrailə təzyiq göstərmək imkanlarını araşdıracaq Tramp

22 İyul 2026 00:09see165

ABŞ da benzinin orta qiyməti yenidən bahalaşdı

21 İyul 2026 03:50see164

3 yaşlı körpə təkərin altında qalaraq ölüb...

21 İyul 2026 03:19see163

Sabah ın KuPS matçıöncəsi son məşqi FOTOLAR

20 İyul 2026 23:30see163

Cinsi əlaqədən sonra sidiyə getmək niyə tövsiyə olunur?

20 İyul 2026 23:10see160

Azərbaycanda bu peşələrə tələbat ARTIR 8 aya iş sahibi olmaq mümkün olacaq

22 İyul 2026 12:33see158

Qurban Qurbanov Zaqrebdə media önünə çıxacaq

21 İyul 2026 00:34see155

Makronun əsas rəqibinə kiberhücum X hesabı sındırıldı

22 İyul 2026 02:06see151

BƏƏ sahillərində gəmi naməlum mərmi ilə vurulub

20 İyul 2026 21:34see150
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri