Icma.az
close
up
RU
Uğurun adı: Gülər Rəhimli! 13 nömrəli məktəbin şagirdi imtahanda fərqləndi

Uğurun adı: Gülər Rəhimli! 13 nömrəli məktəbin şagirdi imtahanda fərqləndi

Turkstan.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bəzən həyat insanın qəlbinə elə bir sevinc bəxş edir ki, onu sözlə ifadə etmək çətin olur. Bu sevinc təkcə bir uğurun deyil, zəhmətin, əzmin, tərbiyənin və inamın bəhrəsi olur. Bu gün belə qürurverici hissləri yaşadanlardan biri də Rəhimli Gülər Elnur qızıdır. Bu bir həqiqətdir ki, təhsildə qazanılan hər bir uğur gələcəyin möhkəm təməli, cəmiyyətin inkişafına verilən dəyərli töhfədir. Bu baxımdan 13 nömrəli məktəbin IX sinif şagirdi Rəhimli Gülər Elnur qızının buraxılış imtahanında əldə etdiyi yüksək nəticə xüsusi qeyd olunmalıdır.

Gülər buraxılış imtahanında 279 bal toplayaraq məktəb üzrə ən yüksək nəticəyə imza atmışdır. Bu göstərici onun dərslərə məsuliyyətli yanaşmasının, davamlı zəhmətinin və biliyə olan dərin marağının məntiqi nəticəsidir.

15 yaşlı Gülər yalnız akademik nailiyyətləri ilə deyil, çoxşaxəli inkişafı ilə də seçilən şagirdlərdəndir. O, musiqi təhsili alır, fortepiano ifaçısı kimi incəsənətə bağlılığını uğurla davam etdirir. Onun daxili dünyası zəngin, qəlbi incə və duyğuludur. Eyni zamanda ciddi, intizamlı, həssas və yüksək mənəvi keyfiyyətlərə malik olması onu müəllimləri və yaşıdları arasında fərqləndirir. Müəllimlərinin rəğbətini qazanan, sinif yoldaşları arasında hörmətlə seçilən Gülər, nümunəvi şagird obrazını özündə cəmləşdirir.

Onun qazandığı bu uğurda müəllimlərinin əməyi danılmazdır. Şagirdin formalaşmasında bilik və təcrübələrini səfərbər edən pedaqoji kollektivə, eləcə də məktəbin rəhbərliyinə çox böyük təşəkkür düşür. Məktəbdə yaradılan sağlam təhsil mühiti belə nəticələrin əldə olunmasına zəmin yaradır. Bu gün Gülərin qazandığı nəticə təkcə bir bal göstəricisi deyil. Bu, gələcəyə açılan işıqlı yolun ilk böyük addımlarından biridir. Qarşıda onu daha böyük zirvələr gözləyir. Əminik ki, bu əzm və istəklə o, gələcəkdə də uğurlarını davam etdirəcək, həm ailəsinin, həm də cəmiyyətin qürur mənbəyi olacaq.

Qeyd olunmalıdır ki, Gülərin əldə etdiyi nailiyyət yalnız bir imtahan göstəricisi ilə məhdudlaşmır. Bu uğur onun gələcək təhsil həyatında daha böyük nəticələrə imza atacağına əsaslı ümid yaradır.

Əziz Gülər, qoy qazandığın hər nailiyyət səni daha da ucaltsın, arzuların gerçəyə çevrilsin. Sənin kimi gənclər gələcəyimizin ən parlaq ümididir. Rəhimli Gülər Elnur qızını bu əlamətdar nailiyyət münasibətilə təbrik edir, ona gələcək təhsil pillələrində yeni-yeni uğurlar arzulayırıq.

Qalib Rəhimli.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:178
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 06 May 2026 10:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see391

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see301

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see282

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see267

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see262

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see256

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see252

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see250

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see248

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see235

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see219

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see211

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see210

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see210

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see208

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see207

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see207

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see201

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see197

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri