Icma.az
close
up
RU
Uitkofun missiyası: Trampın nümayəndəsi Bakıya niyə gəlib? Ehtimallar

Uitkofun missiyası: Trampın nümayəndəsi Bakıya niyə gəlib? Ehtimallar

Azvision saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Xüsusi nümayəndənin səfəri haqqında heç bir rəsmi açıqlama yoxdur. İsrailin “The Jerusalem Post” qəzeti yazır ki, Uitkof Azərbaycan-ABŞ-İsrail üçtərəfli münasibətlərini müzakirə etmək üçün Bakıya gəlib. Söhbət nədən gedir?
Martın 5-də İsrailin baş naziri Binyamin Netanyahunun ofisi bildirmişdi ki, İsrail Azərbaycanın da daxil olduğu üçtərəfli əməkdaşlıq formatı yaratmaq üçün ABŞ ilə danışıqlar aparır. “Azərbaycan İsrailin Qafqaz regionundakı vacib tərədaşıdır. Ölkələrin münasibətləri təhlükəsizlik, ticarət, texnologiya və enerji sektorlarını əhatə edir”,- məlumatda deyilirdi.
Bundan bir neçə gün sonra milli missiyalar naziri Orit Strok isə hökumətin qarşısındakı çıxışında Azərbaycan-İsrail əlaqələrini “qarşılıqlı maraqlara və uzunmüddətli dostluğa əsaslanan unikal münasibət” adlandırmışdı. Xanım Strokun sözlərinə görə, İsrail Azərbaycan və ABŞ ilə münasibətləri möhkəmləndirməkdə davam edəcək və buna mane olmaq istəyənlərlə qəti şəkildə mübarizə aparacaq.
Bundan sonra İsraili və yəhudi diasporunu təmsil edən onlarla məşhur ravvin ABŞ prezidenti Donald Trampa məktub yazaraq Azərbaycanı “İbrahim sazişi”nə daxil etməyə çağırdılar. Onlardan biri - Birləşmiş Ərəb Əmirliklərinin baş ravvini Əli Abadi Trampın kürəkəni Cared Kuşnerə yaxınlığı ilə tanınır. O, həmçinin, “İbrahim sazişi”nin müəlliflərindən biridir. Bu məktub mediada diplomatik dairələrdə böyük rezonans doğurmuşdu.
“İbrahim sazişi” - Trampın birinci hakimiyyəti dövründə - 2020-ci ilin avqust-sentyabr aylarında ABŞ-nin birbaşa vasitəçiliyi ilə İsraillə 4 müsəlman ölkəsinin (Bəhreyn, BƏƏ, Mərakeş, Sudan) arasında imzalanmış ikitərəfli sənədlərdir. Bu sənədlərlə həmin ölkələr İsrailin müstəqilliyini tanıyaraq, onunla diplomatik əlaqələr qurmağa başladılar. Sazişin həm ərəblərin, həm də yəhudilərin müqəddəs saydığı İbrahim peyğəmbərin (Avraam) şərəfinə adlandırılması iki xalqın yaxınlığını vurğulamaq məqsədi daşıyırdı.
Azərbaycan diplomat-ravvinlərin təşəbbüsü ilə bağlı hələ ki heç bir mövqe bidirməyib. Rəsmi Bakının belə ehtiyatlı davranmasını başa düşmək olar. Çünki hazırda İsraillə olan dostluğu rəsmiləşdirmək bir müsəlman ölkəsindən xüsusi cəsarət tələb edir. Görünür, İsrailin rəsmiləri və din xadimləri də Azərbaycanı məhz cəsarətli ölkə kimi tanıdıqları üçün açıq şəkildə belə təkliflər səsləndirirlər.
Məsələnin iqtisadi tərəfi də var: Martın 17-də SOCAR-ın nümayəndə heyəti İsrailə səfər edəcək. Məqsəd bu ölkənin “Tamar” qaz yatağında 10% paya sahib olmaq, eyni zamanda İsrailin sahil zolağında iki böyük enerji layihəsi həyata keçirmək haqqında sənədləri imzalamaqdır. Layihədə bp-nin də iştirak edəcəyi gözlənilir.
Bütün bunlardan sonra cənab Uitkofun Bakıya səfərində məqsədlərdən birinin həqiqətən də İsrail-Azərbaycan-ABŞ üçtərəfli münasibətlərini müzakirə etmək olduğu istisna deyil. Mİllİyyətcə yəhudi olan Uitkof Trampın həm yaxın dostu, həm də Yaxın Şərq ölkələri üzrə ən etibarlı elçisidir. Əslində Moskva onun ənənəvi marşrutundan xeyli kənarda yerləşən ünvandır. O, bir qayda olaraq İsrail və ərəb ölkələrilə münasibətlər üzrə “ixtisaslaşıb”. Ona görə, Bakıya da bu istiqamətdə danışmaq üçün gəldiyini düşünmək məntiqli olardı.
Diqqəti çəkən həm də bu hadisələrin ABŞ-İran münasibətlərinin yenidən gərginləşməyə başlaması fonunda baş verməsidir. Tramp adminstrasiyası İranla bağlı siyasətini hələ tam müəyyən etməyib. Amma başa düşmək çətin deyil ki, Ağ Evin yeni sahibi Tehranla danışıqlarda hansı tonu seçəcək. İsrail hakimiyyəti ABŞ-nin yeni adminstrasiyasından maksimum sərt kurs gözlədiyini gizlətmir və İrana qarşı istənilən planda baş rolu oynamağa hazır olduğunu bəyan edir. Bu fonda təbii, Azərbaycan cənab Netanyahunun təklif etdiyi üçlü formata ehtyatlı yanaşacaq.
Martın 12-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun iranlı həmkarı Abbas Ərağçi ilə telefon danışığı bu mənada ayrıca maraq doğurur. İstisna deyil ki, tərəflər rəsmi açıqlamada göstərilən məsələlərdən savayı, haqqında danışdığımız məqamları da müzakirə ediblər. Hazırda Azərbaycan birbaşa danşmağı bacarmayan İran ilə ABŞ arasında vasitəçi rolunu da çox yaxşı yerinə yetirə bilər.
Vüsal Məmmədov
AzVision.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:146
embedMənbə:https://azvision.az
archiveBu xəbər 15 Mart 2025 18:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see197

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see168

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see160

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see155

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see151

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see150

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see148

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see142

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see141

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see138

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see137

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see137

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see137

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see135

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see134

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see133

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see132

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see132

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see130

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri