“Uitkofun vəzifədə qalması Trampın reytinqinə mənfi təsir edəcək...”
Icma.az xəbər verir, Adelet.az saytına əsaslanaraq.
“Donald Trampın xüsusi nümayəndəsi Rusiyanın lobbiçiliyini edirmiş. ABŞ prezidentinin xüsusi nümayəndəsi S.Uitkofla Rusiya prezidentinin köməkçisi Y.Uşakovun telefon danışıqları deşifrə olunub. Məlum olub ki, ABŞ geosiyasi maraqlarına zərbə vuran 28 maddəlik sülh planı S.Uitkofla Rusiya Dimitriyev hazırlayıb”.
Adalet.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.
Onun sözlərinə görə, Donald Trampın xüsusi nümayəndəsi S. Uitkofun bir neçə dəfə Moskvaya səfəri və V.Putinlə görüşü fonunda tərəflər arasında "isti" münasibətlər formalaşıb:
“S.Uitkof Rusiyanın agenti kimi Vaşinqtonda iş aparıb. S. Uitkof Ukrayna ilə bağlı danışıqlardan kənarlaşdırılacaq. Onun bir neçə dəfə Rusiya səfərindən sonra ABŞ-Ukrayna arasında böhran yarandığı aydın görünürdü. Axırıncı dəfə V.Zelenskinin ABŞ səfirini nəticəsiz baş tutmasında S.Uitkofun Moskvada "ayı" xidməti idi. Görünür, S.Uitkof neçə milyon dollar qarşılığında Rusiyanın Ag Evdə lobbiçiliyini edirmiş. Artıq S.Uitkofun vəzifədə qalması, D.Trampın reytinqinə mənfi təsir edəcək. Demokrat senatorlar bundan istifadə edib, D.Trampı tənqid edəcək. Həmçinin Respublikaçılar arasında fikir ayrılıqları dərinləşəcək”.
Vasif ƏLİHÜSEYN
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:49
Bu xəbər 26 Noyabr 2025 14:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















