Icma.az
close
up
RU
Trampın yaxın adamı Bakıya niyə gəlib?

Trampın yaxın adamı Bakıya niyə gəlib?

Tribuna portalından verilən məlumata əsasən, Icma.az bildirir.

ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvü, senator Stiv Deynsi Azərbaycan Prezidenti İlham Əliyevlə görüşmək üçün Bakıya gəlib. O, sabiq Prezident Donald Trampın ən yaxın tərəfdarlarından biri hesab olunur.

Tribunainfo.az xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu sosial şəbəkə hesabında paylaşım edib. O bildirir ki, 1984-cü ildən Respublikaçılar Partiyasının üzvü olan Stiv Deynsi 2012-ci ildə Nümayəndələr Palatasına, 2014-cü ildə isə Senata seçilib. Bundan əvvəl ABŞ-ın aparıcı texnoloji şirkətlərində çalışıb. Tramp ötən il prezidentliyə namizədliyini irəli sürdükdən sonra onu Konqres üzvləri arasında ilk dəstəkləyən məhz Stiv Deynsi olub. Bu səbəbdən Tramp, xüsusilə xarici və təhlükəsizlik siyasətində onun imkanlarından istifadə edir.

Politoloq qeyd edir ki, senator Deynsi Rusiya-Ukrayna müharibəsinin başlanmasından sonra Kiyevə səfər edən ilk konqresmen olub. O, Rusiya hərbçilərinin Buça şəhərində törətdikləri qətliamla yerindəcə tanış olub və bu hadisədən sonra Prezident Vladimir Putinin sərt tənqidçilərindən birinə çevrilib. Senator, eyni zamanda, Ukraynaya hərtərəfli hərbi dəstəyin qatı tərəfdarlarından biridir.

Bəs senatoru Bakıya gətirən səbəblər nələrdir?

Elxan Şahinoğlu bir neçə əsas məqama diqqət çəkir:

1.Sülh danışıqları – Senator, Azərbaycan-Ermənistan arasında sülh sazişinin imzalanması prosesi ilə maraqlanıb. Böyük ehtimalla, Vaşinqtonun bu prosesdə oynaya biləcəyi rol onun diqqət mərkəzində olub.

2. Rusiyanın təsir imkanları – ABŞ Konqresini narahat edən əsas məsələlərdən biri Rusiyanın Cənubi Qafqaza təsir imkanlarının artmasıdır. Deynsinin bu mövzu ilə bağlı da Azərbaycan rəsmilərinin mövqeyini öyrəndiyi ehtimal edilir.

3. Azərbaycan-İsrail münasibətləri – Stiv Deynsi Azərbaycan-İsrail əməkdaşlığının mövcud vəziyyəti ilə maraqlanıb.

E. Şahinoğlunun fikrincə, Vaşinqton Azərbaycan-İsrail əməkdaşlığından məmnundur. Əsas məqsəd bu əməkdaşlığın ABŞ Konqresində daha geniş anlaşılmasını təmin etmək və nəticə etibarilə Azərbaycana qarşı tətbiq edilən məşhur “907-ci düzəliş”in ləğv olunmasına nail olmaqdır.

“Əlbəttə, bir senatorun səfəri ilə bu məsələ dərhal həll olunmayacaq. Ancaq Bakıda mühüm görüşlər keçirən Stiv Deynsi geri döndükdən sonra Azərbaycanla əməkdaşlığın ABŞ üçün əhəmiyyətini həmkarlarına anlatmağa çalışacaq”, – Elxan Şahinoğlu vurğulayıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:254
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 29 May 2025 17:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see307

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see282

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see281

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see272

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see271

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see263

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see262

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see259

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see252

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see245

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see232

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see231

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see221

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see216

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see214

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see213

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see210

Gecə tərləmələri hansı hallarda ciddi xəstəliyin əlaməti ola bilər? HƏKİM AÇIQLADI

30 Oktyabr 2026 12:14see198

Qışda sağlam qalmaq üçün bunlara diqqət EDİN

30 Oktyabr 2026 10:18see197

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri