Ukrayna Almaniya vasitəsilə qaz idxalına başlayıb
Newscenter.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Ukraynanın "Naftoqaz" şirkəti Almaniya vasitəsilə mayeləşdirilmiş təbii qaz idxalına başlayıb.
Newscenter.az TASS-a istinadən bildirir ki, bu barədə şirkət Telegram kanalında məlumat verib.
Şirkətin baş direktoru Sergey Koretski açıqlamasında bildirib ki, Almaniyada yenidən qazlaşdırmadan sonra Naftogaz Polşa vasitəsilə Ukraynaya qaz çatdıracaq:
"Bu resurs artıq fevral ayından bəri sistemimizdə mövcuddur. Bizim üçün bu, sadəcə yeni bir istiqamət deyil. Bu, etibarın və tərəfdaşlarımızla əlaqələndirilmiş işin nəticəsidir".
Qeyd edək ki, Ukraynada qaz qıtlığı, Kiyevin "Qazprom"la müqaviləni yeniləməkdən imtina etməsi səbəbindən Rusiya qazının ölkənin qaz ötürmə sistemi vasitəsilə Avropaya tranziti 1 yanvar 2025-ci ildə tamamilə dayandırıldıqdan sonra yaranıb. Tranzitin dayandırılması Ukraynanın boru kəmərindəki təzyiqi saxlamaq üçün sənaye qazına olan tələbatını artırıb. Nəticədə, Kiyev Avropa bazarında yüksək qiymətlərlə yanacaq almağa məcbur olub. Ötən ilin yanvar ayının sonundan etibarən Ukraynanın "Naftoqaz" şirkəti alış həcmini davamlı olaraq artıraraq qaz idxalına başlayıb.
Anar
Bu mövzuda digər xəbərlər:KİV: Ukrayna anbarlarda kritik azalmaya görə qaz idxalına başlayıb
31 Yanvar 2025 21:45
Almaniya Ukrayna üçün süni intellektli dronların kütləvi istehsalına başlayıb
02 Dekabr 2024 16:52
Almaniya və Ukrayna saziş imzaladı
29 May 2025 00:34
ABŞ və Almaniya Ukrayna üçün 5000 kamikadze dronunun istehsalına başlayıb
03 Sentyabr 2026 21:35
Almaniya Kanslerindən Ukrayna üçün ümidverici açıqlama
29 May 2025 12:14
Baxış sayı:161
Bu xəbər 23 Fevral 2026 22:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















