Icma.az
close
up
RU
Ukrayna böhranı artıq ABŞ a da sıçradı : Ağ Evdə dəhliz savaşı biabırçılıq törətdi

Ukrayna böhranı artıq ABŞ a da sıçradı : Ağ Evdə dəhliz savaşı biabırçılıq törətdi

Olke.az saytına istinadən Icma.az xəbər verir.

Belə anlaşılır ki, prezident Donald Trampın "sülh elçisi" rolunu oynamağa çalışdığı Ukrayna savaşı indi ABŞ sərhədləri daxilinə keçməyə başlayıb... ABŞ daxilində nəzarətdən çıxma ehtimalı inandırıcı görüntülər almağa başlayan kütləvi iğtişaşların dayandırılması üçün də beynəlxalq vasitəçilik missiyasına ehtiyac yarana bilər...

Ukrayna savaşının dayandırılması ilə bağlı proses artıq iflasa uğramış kimi görünür. Bundan isə ilk növbədə Tramp adminstrasiyası məyus olmalıdır. Çünki prezident Donald Tramp Ukrayna savaşını cəmisi bir gün ərzində dayandıracağını vəd etmişdi. Ancaq Ağ Ev sahibi bu vədini yerinə yetirməyi bacarmadı. Üstəlik, ABŞ kimi nəhəng dünya superdövlətinin siyasi-diplomatik nüfuzu sarsıdıcı zərbələr almağa başladı. Və bu səbəbdən də, prezident Donald Tramp ABŞ-ın Ukrayna savaşının dayandırılması üzrə prosesdə vasitəçilik missiyasından geri çəkildiyini bəyanlamaq məcburiyyətində qaldı.

Onu da qeyd etmək lazımdır ki, prezident Donald Tramp hələ də "Ukrayna savaşını dayandıran dünya lideri" statusuna olan ümidlərini itirməyib. Ağ Ev sahibi prezident Vladimir Putin ilə telefon ünsiyyətini davam etdirir. Hətta son telefon danışığından sonra Kremlin sözçüsü rolunda çıxış etməkdən də özünü saxlaya bilməyib. Və Ukraynanın "Pautina" əməliyyatına cavab olaraq, Rusiyanın mütləq intiqam alacağını bildirib.

Məsələ ondadır ki, Ağ Ev sahibi Rusiyanın intiqam üçün bəhanə qazandığını düşünür və kifayət qədər əks zərbə resurslarına malik olduğuni vurğulayıb. Onun fikrincə, Kreml ən yaxın vaxtlarda bu barədə qərar verə bilər. Ukraynanın isə cavab zərbələrinə tab gətirməsi çox çətin olacaq. Və belə təsəvvür yaranır ki, prezident Donald Tramp istənilən halda, Kremlin ona pozitiv münasibətini qoruyub, saxlamasında maraqlıdır.

Maraqlıdır ki, rəsmi Kiyev də Rusiyanın tezliklə Ukraynaya dəhşətli hücum planı reallaşdıra biləcəyinə əmindir. Üstəlik, rəsmi Kiyev Ukraynanın bu hücumdan qorxmadığını və onu dəf etməyə hazır olduğunu da vurğulayır. Əslində, Rusiyanın Ukraynaya planlaşdırılan hücumu barədə təxminlər oxşar olda da, onun təqdim olunma üslubunda kifayət qədər ciddi fərqlər də mövcuddur. Və Ukrayna bunu savaşın reallığı kimi qəbul edir.

Prezident Donald Trampın açıqlaması isə daha çox onun Kreml sahibi Vladimir Putin qarşısında aciz duruma düşdüyünü biruzə verir. Belə ki, Ağ Ev sahibi yalnız Rusiyanın Ukraynadan intiqam alacağı barədə xəbərdarlıq edir. Ancaq Kremlin gözlənilən aqressiyasına qarşı hər hansı sərt reaksiyaya həvəs göstərmir. Yəni, prezident Donald Tramp Rusiyanı Ukraynaya qarşı aqressiyadan çəkindirəcək mövqedən çox-çox uzaq qalır. Və bu, ABŞ-ın beynəlxalq nüfuzuna növbəti sarsıdıcı zərbə hesab oluna bilər.

Onu da qeyd etmək lazımdır ki, rəsmi Kiyev ABŞ prezidentinin xəbərdarlıq mesajına paralel olaraq, Rusiyanın dağıdıcı hücumuna hazır olduğunu qabardır. Belə ki, Ukrayna Ordusu Komandanlığının Kommunikasiya İdarəsinin rəisi Yuri İqnat Rusiyanın 1000-ə yaxın PUA ilə hücum edəcəyindən xəbərdar olduqlarını bildirib. Onun sözlərinə görə, həmin PUA-ların növü hələ məlum deyil. Və o, bildirib ki, Ukrayna Rusiyanın hücumlarda PUA-ların sayını artırmasından çəkinmir, buna hazırdır.

Ukrayna prezidenti Volodimir Zelenski isə Rusiyanı bütün sülh təşəbbüslərini rədd etməkdə suçlayıb. Onun fikrincə, Kremldə olanlar heç nəyi bəyənmirlər, onlar ancaq xarabalıqları və qətlləri sevirlər və buna görə mütləq cavab verməlidirlər. Ukrayna orezidenti bildirib ki, o, Rusiyanın nəhayət ki, cilovlanması üçün Ağ Ev sahibi Donald Tramp ilə məsləhətləşmələr aparmaq niyyətindədir. Bu məqsədlə 15-17 iyun tarixlərində Kanadada keçiriləcək G7 sammitində ABŞ prezidenti Donald Trampla görüşməyi planlaşdırır. Və bu görüşlə bağlı tərəflər arasında ilkin razılaşmanın olduğu da bildirilir.

Göründüyü kimi, prezident Donald Tramp Ukrayna savaşı ilə bağlı öhdəsindən gələ bilmədiyi vasitəçilik missiyası üzrə siyasi-diplomatik fəaliyyəti davam etdirmək məcburiyyətindədir. Halbuki, hazırda onun ölkəsinin dünyanın digər regionlarda da kifayət qədər ciddi problemləri mövcuddur. Prezident Donald Tramp hətta ABŞ daxilində də narahatlıq doğuran proseslərlə üzləşməyə başlayıb. Belə ki, ABŞ cəmiyyətində Tramp adminstrasiyasının daxili siyasətindən narazılıq dalğası genişlənməkdə davam edir. Və ölkənin bir çox ştatlarında kütləvi etiraz aksiyaları keçirilir.

Digər tərəfdən, Tramp adminstrasiyasının başlatdığı "mühacir ovu" indi ABŞ-da yeni ictimai-siyasi böhranın təməlini artmaqdadır. Düzdür, ABŞ məhkəmələri Ağ Ev sahibinin mühacirlərlə və xarici ölkələrdən olan tələbələr ilə bağlı bəzi qərarlarını ləğv edib. Ancaq buna baxmayaraq, Tramp adminstrasiyasının qeyri-qanuni mühacirlərə qarşı reydlərin təşkil olunmasını sanksiyalaşdırması ABŞ-ın bəzi ştatlarında iğtişaşlara yol açıb. Və prezident Donald Trampın qərarı ilə məhz küçə iğtişaşlarını yatırmaq üçün Kaliforniya ştatına 2 min Milli Qvardiya əsgəri göndərilib.

Məsələ ondadır ki, son günlər Los-Ancelesdə əsasən Latın Amerikasından olan mühacirlərin yaşadığı məhəllələrdə sakinlərlə İmmiqrasiya və Gömrük Mühafizəsi Xidmətinin (ICE) federal agentləri arasında küçə toqquşmaları təhlükəli həddə çatıb. Polis qüvvələri Paramount bölgəsindəki iğtişaşları nəzarət altına almaq üçün gözyaşardıcı qazdan istifadə ediblər və müxtəlif zorakı addımlar atıblar. Və bu küçə toqquşmalarının daha da genişlənmə təhlükəsi Ağ Evdə ciddi narahatlıq doğurmağa başlayıb.

Halbuki, yalnız ABŞ-ın bəzi ştatları deyil, elə Ağ Evin divarlarının içərisində də gərginlik "karidor toqquşma"ları həddinə çatıb. Belə ki, seçki ərəfəsində və hakimiyyətin ilk aylarında prezident Donald Trampın ən yaxın dəstəkçisi olan İlon Mask ilə "mənafe savaşları" başlayıb. Vaxtilə Tramp-Mask müttəfiqliyinin uzun müddət davam etməyəcəyi ilə bağlı proqnozlar artıq reallığa çevrilib. prezident Donald Tramp müttəfiqini tutduğu postdan kənarlaşdırıb. Və İlon Mask da hazırda prezident Donald Trampı ifşaedici faktlarla şantaj edir.

Maraqlıdır ki, Ağ Ev sahibi İlon Maskın öz davranışlarına görə peşman olacağını bildirib. Prezident Donald Tramp ona demokratların siyasi layihələrini maliyyələşdirmək niyyətinə düşəcəyi təqdirdə, çox sərt reaksiya ilə üzləşəcəyi barədə xəbərdarlıq da edib. Çünki Ağ Evdən qovulan milyarder İlon Mask son vaxtlar prezident Donald Trampa qarşı impicment tətbiqi ilə bağlı prosesi dəstəklədiyini qətiyyən gizlətmir. Bu səbəbdən də Ağ Evdə ona hücum edildiyi də bildirilir. Belə ki, ABŞ-ın maliyyə naziri Bessentin Ağ Evdə İlon Maskı yumruqladığı iddia olunur. Və bu, Ağ Evin divarları daxilində belə, gərginliyin pik həddə çatdığını göstərir.

Belə anlaşılır ki, prezident Donald Trampın "sülh elçisi" rolunu oynamağa çalışdığı Ukrayna savaşı ABŞ sərhədləri daxilinə sıçramağa başlayıb. Üstəlik, Ağ Evin dəhlizlərində də Tramp adminstrasiyasının təmsilçiləri arasında açıq toqquşmalar baş verməkdədir. Və belə davam edərsə, ABŞ daxilində nəzarətdən çıxma ehtimalı inandırıcı görüntülər almağa başlayan kütləvi iğtişaşların dayandırılması üçün də beynəlxalq vasitəçilik missiyasına ehtiyac yarana bilər.(musavat.com)

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:185
embedMənbə:https://olke.az
archiveBu xəbər 08 İyun 2025 21:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see323

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see269

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see255

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see249

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see248

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see243

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see228

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see224

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see219

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see215

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see213

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see210

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see205

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see205

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see199

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see190

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see186

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see182

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see180

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri