Ağ Evdə Netanyahu böhranı: Trampın müşavirləri narazıdır
Turkstan.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
ABŞ Prezidenti Donald Tramp İsraildə keçiriləcək ümumi seçkilərdən əvvəl Baş nazir Benyamin Netanyahunu bir daha dəstəklədiyini bəyan edib.
Turkustan.az xəbər verir ki, lakin Ağ Ev daxilində Netanyahunun regional siyasəti və Yaxın Şərq planları ilə bağlı ciddi fikir ayrılıqlarının olduğu bildirilir.
"Axios" xəbər platformasına danışan ABŞ rəsmilərinin sözlərinə görə, Trampın bəzi müşavirləri Yaxın Şərq üzrə planların Netanyahunun rəhbərlik etmədiyi fərqli bir hökumətlə daha rahat və effektiv şəkildə həyata keçirilə biləcəyini müdafiə edirlər. Rəsmilər Netanyahunun regional addımlarının İsraildəki seçki prosesi ilə sıx bağlı olduğunu vurğulayırlar.
Buna baxmayaraq, Prezident Donald Tramp sosial media hesabında paylaşım edərək İsrail seçicilərinə müraciət edib və Netanyahunun Baş nazir postunda qalmasını dəstəklədiyini bəyan edib.
Aytən Yaşar/ Turkustan.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:44
Bu xəbər 26 Oktyabr 2026 16:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















