Icma.az
close
up
RU
Ağ evdə Ukrayna məsələsi ilə bağlı fikir ayrılığı

Ağ evdə Ukrayna məsələsi ilə bağlı fikir ayrılığı

Icma.az, Xalqcebhesi portalına istinadən məlumat verir.

Trampın əks hücum taktikası işə düşəcək

ABŞ dövlət katibi Marko Rubio ilə Prezidentin xüsusi nümayəndəsi Stiv Uitkoff arasında Rusiya və Ukrayna ilə bağlı danışıqlar mövzusunda ciddi fikir ayrılıqları yaranıb.

"NBC Nyus" xəbər verir ki, bu barədə diplomatik və siyasi dairələrdəki mənbələr bildiriblər. Qeyd olunur ki, ABŞ Prezidenti Donald Trampın administrasiyasının iki yüksək vəzifəli rəsmisi Rusiya–Ukrayna müharibəsinin uğurlu nəticəsini fərqli şəkildə görürlər. Rubio hesab edir ki, sülhə nail olmaq üçün Rusiyaya hərbi və iqtisadi təzyiqi artırmaq lazımdır, Uitkoff isə daha çox Ukraynanın güzəştlərə getməsini dəstəkləyir.

Mənbələrə əsasən, Rubio Cenevrədə Ukrayna nümayəndələri ilə görüşdə iştirak etməyi planlaşdırırdı, lakin Uitkoff dövlət katibindən əvvəl ora gedərək onun iştirakı olmadan danışıqları aparmağa çalışıb. Buna baxmayaraq, Rubio vaxtında Cenevrəyə çataraq danışıqlarda iştirak edib. Oxşar vəziyyət apreldə Fransa Prezidenti Emmanuel Makronla görüş zamanı da yaşanıb.

Eyni komanda daxilində yaranmış fikir ayrılıqları fonunda Rusiya – Ukrayna münaqişəsinin həllinin optimal yolu varmı?

Mövzu ilə bağlı qəzetimizə danışan politoloq Bakir Həsənbəyli bildirdi ki, Qərb və Avropa Rusiya ilə bağlı düşündükləri proje hələ ki, başa çatmayıb. Buna əsas səbəb münaqişənin siyasi katalizatoru olan Qərbin və Avropanın Ukraynaya verdikləri vədlərə əməl etməməsi ilə paralel Tramp admnistrasiyasının münaqişə fonunda gəlir əldə etmək maraqlarıdır. Bu admnistrasiya atəşkəslə paralel qazanc əldə etmə istəyində olduqca münaqişənin yaxın gələcəkdə başa çatması bir o, qədər mümkün görünmür. Bundan əlavə AB ölkələri əgər müharibənin ilk aylarında nə qədər Ukraynanın qələbəsi üçün prinsipiallıq nümayiş etdirirdilərsə artıq daha çox Ukraynanın güzəştə getməsi çağrışlarını edirlər: “Bu da təsadüfi deyil. AB ölkələri Ukraynada 100 minlərlə inasının ölümünə, ölkənin az qala tamamilə darmadağın olmasına, minlərlə insanın məcburi köçkün vəziyyətinə düşməsinə rəğmən hələ də öz komfortunu pozmaq istəməmləridir. ABŞ rəsmiləri arasındakı fikir ayrılıqlarına gəldikdə isə bir neçə gün əvvəl Prezidentin xüsusi nümayəndəsi Stiv Uitkoffun danışıqlarda iştirakının məhz Putinin seçimi ilə olması haqqında məlumatların getməsi təsadüfi hadisə deyil. Son vaxtlar ABŞ preizdentinin də Putinə isti münasibətinin olması ilə bağlı bu tip məlumatlar dolaşırdı. Və nəzərə alsaq ki, Uitkof D.Trampın biznes ortağıdır və o, zaman bu regionla bağlı biznes maraqlarının da olması göz ardı edilməməlidir. Rubio isə ABŞ-ın münaqişənin əvvəlindən müəyyən edilmiş Rusiyanın çöküşü projesinə sadiq qalmağa çalışır. Düşünmürəm ki, bu fikir ayrılıqları uzun müddətli və ya kəskin xarakter daşıyacaq. Hər şey Putinin yaxın gələcəkdə verdiyi qərarlardan aslı olacaq. Əgər Putin maksimalist istəklərini davam etdirsə o, zaman Trampın əks hücum taktikası işə düşəcək”.

Politoloq onu da qeyd edib ki, artıq dörd ilə yaxındır ki, Rusiya-Ukrayna müharibəsi davam edir. Əgər müharibənin ilk aylarında Türkiyənin təklif etdiyi “İstanbul masası”nda tərəflər nə qədər sülhə yaxın idilərsə bu gün iddia edilənlərin əksinə bir o, qədər uzaqdırlar. Əvvəla ötən müddət ərzində hər iki tərəfdən insan itkiləri, infrastruktur dağıntıları, ərazi itkiləri və s. vəziyyəti daha da, çıxılması çətin labirintə salıb.

Politoloq bildirdi ki, hər iki ölkə artıq müharibə yorğunluğu mərhələsindədir. Bu amil münaqişələrin dayandırılmasında həlledici amillərdəndir. Bundan əlavə hər iki tərfdə insan və hərbi resurs problemləri də var. Rusiya etiraf etməsə belə bu onda daha qabarıq şəkildə özünü göstərir. Belə oln təqdirdə müharibənin uzanmasının heç bir anlamı qalmır. Lakin münaqişənin bu günə qədər uzanmasında Putinin hikkəsi də əhəmiyyətli rol oynayır: “Bu hikkənin maksimalist pilləyə qalxmasındaisə nə qədər qəribə səslənsə də, ABŞ prezidentinin xüsusi rolu var. Tramp Rusiya-Ukrayna müharibəsinin həllinə mane olur. Sual oluna bilər ki, buna səbəb nədir? Trampın hər işdən xeyir götürmək istəyi sülhü tormozlayan amildir. Bu adam hakimiyyətə gəldiyi ilk gündən bu siyasətini yürütməyə çalışır. Bir müddət öncə Ukraynanın mineral torpaq elementlərinin birgə istifadəsi ilə bağlı sazişə məcbur etməsidə bu siyasətin tərkib hissəsi idi. Bu gün də eyni siyasət yürüdülür. Tramp ölkəsinin trilyonlarla olan dövlət borcunu bu cür münaqişələrin həlli ilə qaparmağı hədəfləyib. Bu isə döyüşən tərəflər üçün sülh yaratmır. Çünki bəzən münaqişə tərəflərinin istəkləri ilə ABŞ prezidentinin istəkləri tərs mütənasib olur. Bu Rusiya-Ukrayna müharibəsindəki sülhyaratma prosesində də belədir. Təsadüfi deyil ki, Tramp bu görüşlərdə kürəkinin iştirakının təmin olunması üçün hər cür varinatlardan istifadə edir. Bu vəziyyət həm də ailə biznesi üçün əlavə imkanların əldə edilməsinə işarədir. Çox təəssüf ki, Trampın hakimiyyətə gəlişi öncəsi “mən sülh prezidentiyəm” iddiası artıq tarixə çevrilir”.

Bu arada Ukrayna prezidenti Zülünskinin Polşaya səfəri də Rusiyanın narazılığına səbəb olub. Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyi 1992-2002-ci illər arasında Avropanın bir neçə ölkəsi ilə imzaladığı 10 hərbi əməkdaşlıq müqaviləsini və müvafiq memorandumu ləğv etmək üçün hökumətdən təsdiq alıb. Rusiya Müdafiə Nazirliyinin ləğv etdiyi müqavilələrin siyahısına Almaniya, Polşa, Rumıniya, Danimarka, Norveç, Niderland, Xorvatiya, Belçika və Çexiya ilə bağlanmış "hərbi əməkdaşlıq" müqavilələri, eləcə də Rusiya Federasiyası ilə Britaniya müdafiə nazirlikləri arasında imzalanmış memorandum daxildir. Rusiya bundan əvvəl Almaniya ilə hərbi-texniki əməkdaşlığı dayandırmışdı.

Xatırladaq ki, dekabrın 20-də Polşa Prezidenti Karol Navrotski Ukrayna lideri Vladimir Zelenskiyə Varşavaya səfəri zamanı iki cildlik "Volın qırğınının sənədləri" kitabını hədiyyə edib.

RBK xəbər verir ki, Polşa Milli Xatirə İnstitutu tərəfindən nəşr olunmuş kitabın iki cildlik nəşrində Ukrayna millətçiləri tərəfindən polyakların məhv edilməsi ilə bağlı şahid ifadələri yer alır.

Baş nazir Donald Tusk Zelenski ilə keçirdiyi mətbuat konfransında bildirib ki, Polşa Ukraynanı dəstəkləməyə davam edir, lakin Varşava bəzən bu səylərin həmişə lazımi səviyyədə qiymətləndirilmədiyini hiss edir.

Ukrayna lideri öz növbəsində xüsusi əməliyyatın əvvəlindən bəri Polşaya göstərdiyi dəstəyə görə təşəkkür edib.

Ukraynanın 2025-ci ildə qurbanların cəsədlərinin çıxarılması üçün icazə verməsinə baxmayaraq, Volın qırğını ilə bağlı fikir ayrılıqları Kiyev və Varşava arasında gərginliyin əsas səbəbi olaraq qalır.

Xatırladaq ki, Volın qırğını 1942-1943-cü illərdə Qərbi Ukraynada baş verib. Hımin vaxt Ukrayna Millətçiləri Təşkilatının - Ukrayna Üsyançı Ordusunun yerli şöbələri bölgədə yaşayan etnik polyakların kütləvi qətliamını reallaşdırıblar. Müxtəlif hesablamalara görə, Polşa tərəfindən qurbanların sayı 50.000 ilə 100.000 arasında dəyişir. 2016-cı ildə Polşa Seymi bu hadisələri soyqırım kimi qiymətləndirib. 11 iyul tarixini Volın qırğını qurbanlarının xatirə günü kimi təsis edilib.

Polşa Prezidenti Karol Navrotski deyib ki, Ukrayna Prezidenti Vladimir Zelenskinin Polşaya səfəri Varşava və Kiyevin strateji sahələrdə, xüsusən də təhlükəsizlik məsələlərində birləşdiyinin sübutudur. O bildirib ki, Rusiya təhlükəsi 2022-ci ildən çox əvvəl başlayıb: “Polşada Qroznı və Gürcüstanı, eləcə də Polşanın sabiq prezidenti Kaçinskinin sözlərini xatırlayırlar: "Rusiya öz hərəkətləri ilə beynəlxalq nizamı məhv edir və beynəlxalq hüquq prinsiplərini tapdalayır”.

Intermarium İnstitutunun direktoru, politoloq Valentin Qayday qəzetimizə deyib ki, Zelenski ilk dəfə Polşanın yeni prezidenti Navrotski ilə görüşüb. Bu həm yaxşı, həm də pisdir. Yaxşı haldır ki, Polşa müəyyən anlaşılmazlıqlara baxmayaraq, bizim strateji tərəfdaşımız, dostumuz və qonşumuzdur.

Pisdir, çünki ilk görüş Polşa tərəfində olub və müəyyən anlaşılmazlıqlara görə ilk görüşün neytral tərəfdə, daha da yaxşısı - bizim tərəfdə baş tutması arzuolunan olardı. Ona görə də bu, diplomatiyamızın səhv hesablanmasıdır. Baxmayaraq ki, bu çox əhəmiyyətli deyil.

"Ancaq daha bir nüans, əslində, Navrotski nə qədər qəribə görünsə də, Ukraynaya sərfəlidir. Bəli, o, Ukraynaya komplimentlərlə səxavətli deyil, lakin onun elektoratı əsasən Ukrayna əleyhinədir və biz “Volın qırğını” haqqında daha çox eşidəcəyik, amma digər tərəfdən, əgər belə desəm, bizə “qamçı” vermək lazımdır. Navrotskinin bu qamçılanması isə bizə fayda verəcək" - politoloq deyib.

Söhbət hansı “qırğıdan” gedir? Birincisi, bizimkilər Polşada qala bilməz, hətta işləyənlər belə: "Biz onların güzəştlərini tədricən ləğv etməliyik. Üstəlik, bizi orada görmək istəmirlər və ukraynalılara qarşı hücumlar getdikcə artır.

İkincisi, Polşa Aİ-nin üzvü və ən yaxın tərəfdaşımız kimi nə qədər qəribə səslənsə də, bizə demokratiyanı öyrətməlidir. Və buna görə də Ukraynanı tənqid edən Navrotski və yuxarıda qeyd olunan proseslərdə hərəkətverici qüvvəyə çevrilə bilən polyak millətçiləridir”.

Yeri gəlmişkən, dünən Polşa Müdafiə Naziliyi məlumat yayıb ki, Polşa və müttəfiq ölkələrin hərbi təyyarələri Rusiya tərəfindən Ukraynanın qərbinə endirilən hava zərbələrindən sonra havaya qaldırılıb.

Məlumata görə, nazirlik qırıcı təyyarələrin döyüş hazırlığına gətirildiyini və hava hücumundan müdafiə sistemlərinin gücləndirildiyini açıqlayıb.

Cavid

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:271
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 24 Dekabr 2025 23:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see379

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see310

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see309

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see269

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see253

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see205

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see198

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see185

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see184

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see183

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see175

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see172

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see171

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see170

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see169

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see168

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see167

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see167

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see167

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri