Icma.az
close
up
RU
Ukrayna çətin seçim qarşısında qalıb

Ukrayna çətin seçim qarşısında qalıb

Reyting.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.


Ukrayna tammiqyaslı müharibə dövründə ən mürəkkəb qərarlardan biri ilə üz-üzədir. Prezident Vladimir Zelenski xəbərdarlıq edib ki, ölkə ya öz ləyaqətini və azadlığını itirmək, ya da Vaşinqtonun dəstəyindən məhrum olmaq riski ilə qarşılaşa bilər - əgər ABŞ-ın təqdim etdiyi sülh planını rədd edərsə.
Reyting.az
-ın məlumatına görə, “Reuters” yazır ki, Vaşinqtonun sülh planı faktiki olaraq Rusiyanın əsas tələblərini rəsmiləşdirir.
Tramp sürətli qərar tələb edir
ABŞ prezidenti Donald Tramp “Fox News”a açıqlamasında bildirib ki, Kiyev planı bu həftə qəbul etməlidir. Daha sonra o, jurnalistlərə deyib:
"Bu (plan) ona (Zelenskiyə) xoş gəlməlidir. Əgər gəlməsə... onda onlar sadəcə döyüşü davam etdirməlidirlər, yəqin ki."
Tramp əlavə edib ki, Zelenski "əvvəllər qəbul etmədiyi şeyləri qəbul etməyə məcbur olacaq" və Ağ Evdə keçirilən görüşü xatırladaraq deyib:
"Mən dedim: sizin bunun üçün kartlarınız yoxdur."
28 bəndlik sənəd Ukraynadan tələb edir:
* ərazilərin bir hissəsindən imtina etmək: Rusiya Luqansk, Donetsk və Krım üzərində faktiki nəzarət əldə edir;
* Xerson və Zaporojye istiqamətində cəbhə xəttini dondurmaq;
* demilitarizasiya zonası yaratmaq;
* NATO-ya üzvlükdən tam şəkildə imtina etmək;
* ordunun sayını 600 min hərbçi ilə məhdudlaşdırmaq;
* Rusiyaya qarşı sanksiyaların mərhələli şəkildə aradan qaldırılmasına və Moskvanın G8-ə qaytarılmasına razılıq vermək;
* dondurulmuş Rusiya aktivlərinin investisiya fonduna yönəldilməsinə və bu fondun gəlirinin bir hissəsinin Vaşinqtona çatmasına razılaşmaq.
“Reuters”in mənbələri iddia edir ki, razılaşma imzalanmasa, ABŞ Ukraynaya silah tədarükünü və kəşfiyyat məlumatlarının paylaşılmasını dayandırmaqla hədələyib. Vaşinqton rəsmiləri isə bu məlumatları təkzib edir.
Kiyevin reaksiyası: ləyaqət alver mövzusu deyil
Zelenski xalqa müraciətində Ukraynanın maraqlarını heç vaxt təslim etməyəcəyini vurğulayıb:
"Biz çox çətin seçimlə üzləşə bilərik - ya ləyaqəti itirmək, ya da mühüm tərəfdaşı itirmək riski ilə qarşılaşmaq… Mən ləyaqət və ukraynalıların azadlığı kimi iki mühüm dəyərin qorunması üçün mübarizə aparacağam".
O, həmçinin ABŞ-a göstərilən səylərə görə təşəkkür edib və Ukraynaya “gerçək və ləyaqətli sülhün lazım olduğunu” bildirib.
Moskva - dəstəkləyir, Avropa - qarşı çıxır
Rusiya prezidenti Vladimir Putin ABŞ planını sülhün mümkün əsaslarından biri adlandırıb, lakin Ukraynanın guya "reallığı anlamadığını" iddia edib.
Avropa liderləri isə Zelenski ilə cümə günü apardıqları danışıqlarda məcburi güzəştlərin qəti əleyhinə olduqlarını bildiriblər.
Avropa İttifaqının diplomatiya rəhbəri Kaja Kallas xəbərdarlıq edib:
"Bu, çox təhlükəli məqamdır. Rusiya hücum etdiyi ölkədən güzəşt tələb etmək hüququna malik deyil".
Vaşinqtonun mövqeyi ziddiyyətlidir
ABŞ rəsmiləri bildiriblər ki, plan “Ukraynanın Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rustem Umerovla məsləhətləşmələr” nəticəsində hazırlanıb. Umerov isə bunu təkzib edərək yalnız texniki dəstək göstərdiyini deyib.
Analitiklər xəbərdarlıq edir ki, Kiyevin sənədi imzalaması ölkə daxilində ciddi destabilizasiyaya səbəb ola bilər.
“Chatham House” eksperti Tim Eş qeyd edib:
"Rusiya istədiyi hər şeyi əldə edir, Ukrayna isə demək olar ki, heç nə almır".
Ukraynanın cavab planı
Ukrayna Böyük Britaniya, Fransa və Almaniya ilə birlikdə öz sülh planını hazırlayır. ABŞ sənədinin hazırlanması zamanı avropalılarla məsləhətləşilməyiblər və Avropa artıq Kiyevə açıq şəkildə sərt dəstək ifadə edib.
Mövzu, Trampın sammitə qatılmaqdan imtina etməsinə baxmayaraq, Yohannesburqda keçiriləcək G20 toplantısının əsas gündəm maddələrindən biri olacaq.
Mənbələrin məlumatına görə, Kiyev təhlükəsizlik zəmanətlərinin hüquqi cəhətdən məcburi və NATO-nun 5-ci maddəsinə bərabər səviyyədə olmasında israr edir. Əks halda, Ukrayna hesab edir ki, Rusiyanın yeni hücumu sadəcə vaxt məsələsi olacaq.
E. KAMAL

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:199
embedMənbə:https://reyting.az
archiveBu xəbər 22 Noyabr 2025 11:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see321

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see304

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see289

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see244

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see243

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see240

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see235

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see224

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see222

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see209

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see207

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see203

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see203

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see200

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see191

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see175

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see173

“PƏLƏNG OT YESƏ, SAĞLAM QALA BİLƏR?”

18 Oktyabr 2026 01:29see171

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see168

Rusiya dizeli ilə yüklənmiş ilk tanker yola düşdü

18 Oktyabr 2026 00:00see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri