Icma.az
close
up
RU
BMT çətin seçim qarşısında

BMT çətin seçim qarşısında

Yeniazerbaycan saytına istinadən Icma.az xəbər verir.

Beynəlxalq hüquq, yoxsa “cəngəllik qanunları”?

Bir vaxtlar dünyanın ümid yeri sayılan bir qurum kimi araya-ərsəyə gələn Birləşmiş Millətlər Təşkilatının (BMT) özü bu gün beynəlxalq birliyin diqqət və qayğısına möhtac qalıb. Bəli, hazırda nüfuzu və funksionallığı hədsiz dərəcədə zəifləyən təşkilatın möhkəmləndirilməsinə, bu məqsədlə zəruri islahatların aparılmasına  ciddi ehtiyac duyulur.

Son vaxtlarda BMT-də islahatların aparılması müxtəlif səviyyələrdə tez-tez gündəmə gəlir. Yaranmış vəziyyətlə bağlı növbəti narahatlığı isə qurumun Baş katibi Antonio Quterreşin özü dilə gətirirb. Baş katib bu barədə yanvar ayında BMT Təhlükəsizlik Şurasına sədrlik edən Somali tərəfindən çağırılan yüksəksəviyyəli açıq müzakirələrdə danışıb.

Bu gün “SOS” siqnalı çalınmasa, sabah gec olacaq

Hazırda dünyada kədərli proseslər izlənilir. Müzakirələrdə vurğulandığı kimi, beynəlxalq ictimaiyyət bir-biri ilə əlaqəli çoxsaylı ciddi böhranlarla üz-üzə qalıb. Açıq etiraf olunmalıdır ki, bu böhranlar müasir dünyada çoxtərəfli sistemə ciddi təzyiq göstərir. Acı reallıqdır ki, beynəlxalq birliyin nizamı pozulub. Hüquq, konvensiyalar işləmir, bir sıra hallarda güc amili önə çıxır.Eyni məzmunlu hadisələrə fərqli yanaşmalar sərgilənir. Bəzi hallarda hansısa bir ölkənin başqa bir dövlətə hücumu qətiyyətlə pislənir, ona qarşı vaxt itirilmədən iqtisadi sanksiyalar, hərbi müdaxilələr də daxil olmaqla sərt tədbirlər görülür, müxtəlif başqa cəza mexanizmləri işə salınır. Digər hallarda isə təcəvüzkar siyasət aparan və yaxud beynəlxalq hüququ, BMT qərarlarını pozan dövlətlərə qarşı belə operativ cəza tədirlərinin görülməsi heç yada da düşmür. Əksinə, bir sıra hallarda güc mərkəzləri təcəvüzkar dövlətlərin yanında olur, onların BMT qərarlarını yerinə yetirməmələrinə şərait yaradırlar.

Təbii ki, izlənilən bu kimi proseslər ciddi narahatlıq doğurur. Bu gün “SOS” siqnalı çalınmasa, sabah gec olacaq. Bəhs olunan tədbirdə də müzakirələrin mövzuları münaqişələrin çoxalması, qlobal gərginliyin artması və beynəlxalq qurumlara və qaydalara inamın azalması ilə əlaqədar olub. Diqqətə çatdırılıb ki, bu gərginliklər hətta BMT müharibələrin qarşısını almaq və əzabları azaltmaq üçün nəzərdə tutulmuş prinsipləri müəyyən edən təsis Nizamnaməsinin qəbul edilməsinin 80 illiyini qeyd etdiyi bir vaxtda baş verir.

Tədbirdə çıxış edən BMT-nin Baş katibi beynəlxalq hüququn “cəngəllik qanunları” ilə əvəzlənməsi təhlükəsi barədə xəbərdarlıq edib və dünya güclərini sülhün, ədalətin, çoxtərəfli əməkdaşlığın təməli kimi beynəlxalq hüquqa yenidən sadiq qalmağa çağırıb.

Quterreş BMT Nizamnaməsini beynəlxalq nizamın “döyünən ürəyi” adlandırıb və bildirib ki, qanunun aliliyi qlobal sülhün və təhlükəsizliyin təməl daşıdır.

Onun sözlərinə görə, Nizamnamə səksən ildir ki, Ümumdünya İnsan Hüquqları Bəyannaməsi, Cenevrə Konvensiyaları və digər əsas hüquqi sənədlərlə birlikdə bəşəriyyətə başqa bir dünya müharibəsindən qaçmağa və saysız-hesabsız münaqişələrin qurbanlarını azaltmağa kömək edib. Bununla belə, Baş katib beynəlxalq hüquqla bağlı öhdəliklərin getdikcə daha çox qulaqardına vurulduğunu qeyd edib.

Azərbaycan beynəlxalq hüququ və tarixi ədaləti özü təmin edən ölkədir

A.Quterreş, həmçinin diqqəti BMT Nizamnaməsinin və beynəlxalq hüququn kobud şəkildə pozulması kimi təsvir etdiyi hərəkətlərə, o cümlədən qanunsuz güc tətbiqi, mülki infrastruktura hücumlar, insan hüquqlarının pozulması və həyat qurtaran humanitar yardımın rədd edilməsinə çəkib. BMT-nin rəhbəri xəbərdarlıq edib ki, bu cür pozuntular təhlükəli presedentlər yaradır, cəzasızlığı təşviq edir və millətlər arasında etimadı sarsıdır.

Baş katibin dilə gətirdiyi həqiqətlər Azərbaycana yaxşı tanışdır. Belə ədalətsizliyin və ikili standartların mənfi fəsadları ilə  ötən əsrin doxsanıncı illərinin əvvəllərində Erməmnistanın işğalçılıq siyasətinə məruz qalan respublikamız da üzləşib. Ortada BMT-nin Ermənistanın silahlı qüvvələrinin Azərbaycan ərazilərindən qeyd-şərtsiz çıxarılmasını özündə ehtiva edən dörd qətnnaməsi olsa da, işğalçılıq siyasəti düz otuz il davam etdi. Bu, bir tərəfdən beynəlxalq hüququn işləmədiyinin, digər tərəfdən isə BMT-nin gücsüzlüyünün göstəricisi idi. Nəticə etibarı ilə, Azərbaycan tarixi ədaləti və BMT-nin qətnamələrinin icrasını özü təmin etdi. Halbuki, BMT real təsir imkanlarına malik olan güvənli bir təşkilat kimi fəaliyyət göstərməlidir və onun qəbul etdiyi sənədlərin icrası mütləq qaydada təmin olunmalıdır. Azərbaycan davamlı olaraq multilateralizmin qorunmasının, BMT-nin mərkəzi rolunun  gücləndirilməsinin, beynəlxalq hüquqa sadiqliyin zəruriliyini vurğulayır və BMT nizamnaməsinin məqsəd və prinsiplərinin universallığının əhəmiyyətini ön plana çəkir. Ölkəmiz o mövqedən çıxış edir ki, BMT nizamnaməsinin və beynəlxalq hüququn yanlış şərhlərinin qarşısının alınması üçün daha çox səylər göstərilməli, beynəlxalq öhdəliklər onların qəbul edildiyi mahiyyət və məzmunda icra olunmalıdır. Azərbaycan həmçinin öz nümunəsi ilə multilateralizm ideyalarının ardıcıl şəkildə təşviqinə davamlı töhfələr verir. Ölkənin 29-cu İqlim Dəyişikliyi Konfransına ev sahibliyi etməsi, Qoşulmama Hərəkatında, Türk Dövlətləri Təşkilatında, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirədə və digər beynəlxalq platformalarda sədrliyi və fəal iştirakı bunun əyani təsdiqidir.

Azərbaycanın israr etdiyi digər bir vacib məsələ BMT TŞ-nin genişlənməsi ilə bağlıdır. BMT-nin sıralarında 193 ölkə birləşir. Ancaq təşkilatda bu qədr ölkənin təmsilçiliyi, əslində, formal səciyyə daşıyır. Çünki, qurumda TŞ-nın 5 daimi üzvünün mövqeyi həlledicidir. Buna görə də beynəlxalq ictimaiyyətdə belə bir rəy formalaşıb ki, BMT, əslində, beş böyük dövlətin maraqlarına xidmət edir. Bəs yerdə qalan 188 dövlət nə üçün 5 ölkənin diqtəsi ilə oturub-durmalıdır? TŞ-də 5 daimi üzv dövlətin bir sıra hallarda sərgilədiyi obyektivlikdən uzaq mövqe dünyada ciddi narazılıqla qarşılanır. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan obrazlı şəkildə bildirib ki, dünya beşdən böyükdür.  Azərbaycan da BMT-də islahatların aparılmasının tərəfdarıdır. Elə bir mexanizm yaradılmalıdır ki, qurumun qəbul etdiyi sənədlərin icrası mütləq qaydada təmin edilsin. Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə bildirib ki, BMT TŞ-nin tərkibi yenilənməlidir. Bu gün artıq körfəz ölkələrinin, İslam dünyasının, Qoşulmama Hərəkatının təmsilçiləri də TŞ-də yer almalıdırlar. Yalnız bu halda BMT-nin nüfuzunu artırmaq və ədalətli dünya nizamına nail olmaq mümkündür. 

Mübariz ABDULLAYEV

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:168
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 31 Yanvar 2026 09:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see1400

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see690

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see540

Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi Foto

06 Oktyabr 2026 06:25see529

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see477

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see452

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see441

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see440

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see430

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see404

Məhəmməd Bədəlbəyliyə töhmət verildi

06 Oktyabr 2026 16:23see361

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see347

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

06 Oktyabr 2026 19:04see344

Antonio Konte Mançester Yunayted və Yuventus un maraq dairəsindədir

06 Oktyabr 2026 00:59see342

Rusiyada ölümcül epidemiya: Vəziyyət nə yerdədir?

06 Oktyabr 2026 01:50see313

Yamal Golden Boy 2026 namizədləri arasında yoxdur

06 Oktyabr 2026 02:14see312

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

07 Oktyabr 2026 13:22see291

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see290

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

07 Oktyabr 2026 15:59see285

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see284
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri