Icma.az
close
up
RU
FED çətin seçim qarşısında

FED çətin seçim qarşısında

Icma.az, Yeniazerbaycan saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Uçot dərəcəsinin aşağı salınması ilə bağlı qütbləşmə davam edir

ABŞ-ın Mərkəzi Bankı kimi fəaliyyət göstərən Federal Ehtiyat Sisteminin (FED) sentyabrın 17-də keçiriləcək növbəti toplantısında faiz dərəcəsini endirmək ehtimalı gözlənilir. Bubarədə bazar treyderlərinin proqnozlarında müxtəlif arqumentləröz əksini tapıb. Belə ki, bazar iştirakçılarının böyük əksəriyyətiFED-in hazırda 4,25-4,5 faiz təşkil edən əsas uçot dərəcəsini 4-4,25 faizə qədər endirəcəyini gözləyir. 

Qeyd edək ki, FED uçot dərəcəsi üzrə hədəf diapazonunu2025-ci il yanvarından sonra 4,25 faiz - 4,5 faiz səviyyəsindəsaxlamaqla bağlı qərarlar verib. Qurum ölkədəki fondlarındərəcəsi üçün hədəf diapazonuna əlavə düzəlişlərin ölçüsünü vəvaxtını nəzərə alaraq, daxil olan məlumatları, dəyişənperspektivlər və risklər balansı diqqətlə qiymətləndirərək buqənaətə gəlib. Bu qərarlardan sonra ABŞ-da Trampadministrasiyası ABŞ-ın əmək bazarından alınan müsbətməlumatlar fonunda FED-in uçot dərəcəsini azaltmamaqsiyasətini bir neçə dəfə tənqid edib və fond bazarının vəziyyətininəzərə alaraq yumşaq faiz dəhlizinin vacibliyini diqqətə çatdırıb. Tramp qeyd edib ki, uçot dərəcəsini əsassız olaraq yüksəksaxlamaqla ABŞ hökumətinə, vətəndaşlarına zərər vurmaqdaittiham edir. Tramp bildirir ki, yüksək faiz dərəcələri iqtisadifəallığın daha sürətlə artmasının qarşısını alır, biznesinvətəndaşların xərclərini artırır. 

Mərkəzi Bank rəhbərliyi faizlərin endirilməsi fikri ilə razılaşmır

FED rəhbərliyi isə irəli sürülən arqumentlərlə razılaşmır, yeni administrasiyanın tarif siyasətinin iqtisadiyyata təsirlərinin tam dəqiqləşmədiyini əsas gətirərək uçot dərəcəsini indiki qeyri-müəyyənlik fonunda aşağı salmağın təhdidlər formalaşdırabiləcəyini vurğulayır. ABŞ Mərkəzi Bankı hesab edir ki, uçotdərəcələri ötən il əhəmiyyətli dərəcədə azaldılıb və hazırkı kursnormaldır. Qeyd edək ki, Federal Ehtiyatlar Sistemi 2024-cü ilinsentyabr ayının sonlarında qəbul etdiyi qərarla ABŞ-ın pulsiyasətində kəskin dəyişiklik edərək 2020-ci ildən sonra ilk dəfəbaza uçot dərəcəsini 0,5 faiz azaldılaraq 5,25 - 5,5 faizdən 4,75 dərəcəsinə endirilib. FED-in bu addımı atmaqda əsas məqsədiaşağı inflyasiya mühitində iqtisadiyyatda müşahidə ediləngeriləməni aradan qaldırmaq və maliyyə-bank sistemini dahaaşağı uçot dəhlizi çərçivəsində iqtisadiyyata böyük pulaxınlarını, investisiyaları təmin etməkdən ibarət olub. ABŞ-da 2024-cü ildə iqtisadiyyatda inkişaf templəri azalmağabaşladığından iqtisadi strukturların aktivliyi, biznesin fəallığı daaşağı düşüb, bank və sığorta, investisiya şirkətlərinin realiqtisadiyyata maliyyə ayırmaları da azalıb. 

FED bunun ardınca ötən ilin sonunda faiz dəhlizini 4,5 bəndə qədər endirib. Ona görə də, Mərkəzi Bank şurası 2025-ciildə hazırkı dəhlizin saxlanmasını zəruri hesab edir, yeniyumşaq faiz qərarını qəbul etmir. İrəli sürülən makroiqtisadiəsasların sırasında ABŞ-ın hələ də yetərli iqtisadi artıma nail olabilmədiyi vurğulanır. Belə ki, nikbin inkişaf proqnozlarınaəsasən, ölkədə iqtisadi artımın 2 faizdən çox olmayacağı fərzedilir. Bu isə ölkənin məşğulluq göstəricilərinə də təsir edir, işsizlik üzrə gözləntilər 4,5 faiz həddində gözlənilir. Bu isəəvvəlki ilə nisbətən daha 0,3 faiz-bənd artım deməkdir.

Administrasiya qərarlıdır

Tramp administrasiyası isə 2025-ci ilin ilk yarısında ABŞ-da iqtisadi artımın normal olduğunu və investisiya və fond bazarlarının hərarətləndiyini, eyni zamanda inflyasiyanın xeyliazaldığını əsas gətirərək bütün bunların müqabilində FED-inuçot dərəcələrini aşağı salmasında qərarlı olduğunu sərgiləyir. Administrasiyanın iqtisadi komandası bu qənaətdədir ki, ABŞMərkəzi Bankı aşağı faiz dərəcəsi stavkasını dəstəkləməklə ölkənin maliyyə-bank sektorunda daha sərfəli və ucuz kreditmühitini təmin edə, maliyyə qurumlarını əlverişli faiz dəhliziçərçivəsində iqtisadiyyata böyük həcmli pul buraxmasını stimullaşdıra bilər. Son aylarda ABŞ-da inflyasiyanın davamlıazalması, yeni iş yerlərinin artım dinamikasının yüksəlməsi kimiamillər uçot dərəcəsinin azaldılması üçün əsas hesab olunur. Eləcə də maliyyə sektoru və investorlar bazara çoxlu pul və qiymətli kağızlar emissiya etməklə iqtisadi canlanmanı, alıcılıqvə istehlak dövriyyəsini artıra bilər ki, bu da yığımlarınböyüməsinə imkan verə bilər. 

Yeri gəlmişkən, bəzi maliyyəçilər aşağı faiz dəhlzininsiyasi məna kəsb etdiyini də gizlətmirlər. Lakin Trampadministrasiyası üçün bu məsələ həm də 2026-cı ildə gözlənilənKonqresə ara seçkiləri baxımından əhəmiyyətlidir. Belə ki, dərəcələrin endirilməsi iqtisadi aktivliyi artırmaqla Trampasiyasi dvidendlər gətirə bilər.

FED-in yumşaq siyasəti dolları ucuzlaşdırır, qızılı bahalaşdırır

Yeri gəlmişkən, ABŞ-da maliyyə mütəxəssisləri hesabedirlər ki, FED-in aşağı dərəcəli faiz stavkası qlobal bazarlaramüəyyən təsirlərini də göstərə bilər. Dünya birjalarında maliyyəvə investisiya alətlərinin, əsas əmtəə və qiymətli metallarınqiymətlərində dəyişikliklərin baş verməsi gözləniləndir. Bu, həm də dolların və aparıcı investisiya alətlərinin, səhmlərinucuzlaşması fonunda qızılın bahalaşmasına da stimul verir. Xatırladaq ki, son aylarda qızılın qiyməti müxtəlif periodlarlaenmə-yüksəlmə tsikli üzrə rekord satış səviyyəsini saxlaya bilib. Əmtəə bazarlarında qızılın bir unsiyası (31,1 qram) üzrəfyuçerslərin qiyməti 3425 dollara bərabərdir. Əgər  FED faizdərəcəsini aşağı salsa, qızılın qiymətinin yenidən bahalaşacağı istisna deyil. 

Ümumiyyətlə, ABŞ-ı uçot siyasəti investisiya bazarlarındavə birjalarında ənənəvi sindrom kimi maliyyə və investisiyaalətlərinə ciddi təsirlərini göstərir. Ona görə də, qarşıdakımərhələlərdə Mərkəzi Bankın faiz dərəcələri ilə bağlı qərarlarıtəkcə bu ölkənin səhm və investisiya sektorlarına deyil, qlobalbazarlara da təsirsiz ötüşməyəcək. Qlobal səhmdarlar pul vəblokçeynlər, qiymətli kağız və səhmlərdən daha çox qızılainvestisiya qoymağı daha məqsəduyğun sayacaq, eləcə dədünyanın iri şirkətləri, suveren fondları öz yığımlarını dollar vəavro ilə nisbətdə qızıl portfelinə yerləşdirməyi faydalı hesabedəcəklər.

Qlobal iqtisadiyyat üçün gözləntilər...

Dünyanın bir saylı iqtisadiyyatına və ehtiyat valyutasına sahib olan ABŞ-da uçot dərəcəsindəki dəyişik bütövlükdə qlobaliqtisadiyyat üçün mühüm əhəmiyyət kəsb edir. FED-in qərarlarıyalnız ABŞ iqtisadiyyatı üçün deyil, bütün dünya üçünistiqamətverici rol oynayır. Xüsusilə dollarla ticarət edənölkələrdə, inkişaf edən iqtisadiyyatlarda və enerji ixracatçısıolan dövlətlərdə bu qərarlar birbaşa iqtisadi gedişata təsirgöstərir. 

ABŞ-da uçot dərəcəsinin azalması, dolların məzənnəsinin zəifləməsinin Azərbaycana təsiri iki yöndənqiymətləndirilməlidir. Birincisi, neftin bahalaşması fonundaölkənin əldə etdiyi gəlirlər artır. İkincisi isə idxalı stimullaşdırmaqla inflyasiya təzyiqini artırır. Bu isə inflyasiyayaqarşı mübarizə aparan Mərkəzi Bankın əlavə alətlərdən istifadəetməsi, anti-inflyasiya tədbirlərində digər dövlət qurumları iləkoordinasiyalı fəaliyətini artırmasına səbəb ola bilər. Birməqamı da nəzərə almaq lazımdır ki, uçot dərəcəsininazaldılması inkişaf etməkdə olan ölkələrə investisiya axınınıgücləndirməklə Azərbaycanın da bu sərmayə fürsətlərindənfaydalanmasına motivasiya vermiş olur. 

E.CƏFƏRLİ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:168
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 09 Avqust 2025 10:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ADY də milyardlıq zərər: problem maliyyədədir, yoxsa idarəetmədə?

22 Avqust 2026 04:17see339

Hər gün bir milyon dollarlıq fırıldaq: Azərbaycanlıların da olduğu şəbəkə ifşa edildi

22 Avqust 2026 04:56see245

Almaniya uzaqmənzilli silahlara təxminən 12 milyard avro xərcləmək istəyir

22 Avqust 2026 01:47see240

AFFA nın Hesabat Konfransı keçiriləcək

21 Avqust 2026 16:47see219

İxtisas seçiminin nəticələri bu gün elan olunacaq? RƏSMİ AÇIQLAMA

22 Avqust 2026 12:41see218

“Çelsi” “Aston Villa”dan 65 milyon istəyir

22 Avqust 2026 01:56see216

Aqrar inkişafın yeni mərhələsi və ADAU nun tarixi missiyası

21 Avqust 2026 23:22see200

Sosial şəbəkədə nalayiq ifadələr səsləndirən şəxs həbs edildi

22 Avqust 2026 01:55see197

Ankarada mədəndə uçqun: yaralı sayı artdı

21 Avqust 2026 23:24see173

“Kişilər güclü, hər şeyi bilən qadınları sevmirlər“

22 Avqust 2026 12:32see172

Günün fotosu: “Yabanı giləmeyvələr”in qara və yoğun tüstüsü

22 Avqust 2026 01:05see163

Əməliyyatdan sonra iflic olan Nigar vəfat etdi

22 Avqust 2026 06:00see163

Paşinyan masaların altında gəzəndə... İş adamından açıqlama

22 Avqust 2026 01:44see161

Donald Tramp: Məqsədimiz raketlər deyil, Ukraynada sülhün təmin edilməsidir

22 Avqust 2026 01:43see159

Beyləqan sakini bank əməkdaşı tərəfindən dələduzluğa məruz qaldığını iddia edir VİDEO

22 Avqust 2026 23:59see159

Ramil Şeydayev Rusiya klubunda

23 Avqust 2026 01:44see155

Bərdədə zəncirvari qəza 4 nəfər xəsarət aldı+Fotolar

22 Avqust 2026 22:11see155

Zelenski Azərbaycan əsilli hərbçiləri təltif etdi

23 Avqust 2026 01:51see150

İran ABŞ ın sanksiyalarına qoşulacaq ölkələrin neft ixracı marşrutlarını hədəfə ala biləcəyini açıqlayıb

23 Avqust 2026 01:52see150

Matviyenko Ermənistanın yeni spikerini belə təhdid edib: Əgər...

23 Avqust 2026 03:07see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri