Icma.az
close
up
RU
Ukrayna daha bir raketlə Rusiyanı vura biləcək RAZILIQ VERİLDİ

Ukrayna daha bir raketlə Rusiyanı vura biləcək RAZILIQ VERİLDİ

Icma.az, Sfera.az saytına istinadən bildirir.

ABŞ Rusiyanın dərinliklərinə zərbələr endirmək üçün “Storm Shadow” raketlərinin istifadəsinə etirazını geri götürüb. Bu barədə “The Times” qəzeti rəsmi dövlət mənbələrinə istinadən yazır.

Sfera.az nəşrə istinadən xəbər verir ki, Böyük Britaniyanın baş naziri Keir Starmerin “Storm Shadow” raketlərinin istifadəsi ilə bağlı mövqeyi son günlər dəyişib. Baş nazirin davranışları bu raketlərdən istifadəyə etiraz etməyəcəklərini göstərir.

Nəşr xatırladır ki, 2024-cü ilin sentyabrında Böyük Britaniya baş naziri belə bir qərarı istisna etmişdi, G20 sammitindən əvvəl isə bununla bağlı suala cavab vermək istəmədi. “The Times” qəzetinin yazdığına görə, ABŞ raket zərbələrinə etirazını dayandırdıqdan sonra Starmerin fikirləri dəyişib. Fransanın “Le Figaro” nəşri isə noyabrın 17-də hökumətdəki mənbələrə istinad etmədən yazıb ki, Britaniya və Fransa Rusiyaya hücum etmək üçün Ukraynaya “Storm Shadow” və onun fransız analoqu SCALP-dən istifadə etməyə icazə verib.

Bundan əvvəl “The New York Times”da Baydenin ATACMS-dən istifadəsinə qoyulan məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı bir xəbər yayıldı. Lakin bir gün sonra “Le Figaro” bu məlumatı sildi və Fransa Xarici İşlər Nazirliyi Parisin mövqeyini dəyişmədiyini bildirdi.

Bir gün əvvəl Fransanın “Le Monde” nəşri mənbələrə istinadən yazıb ki, Fransanın Ukraynaya tədarük edə biləcəyi məhdud sayda SCALP raketləri var. Bununla belə, qəzetin yazdığına görə, Londonun ixtiyarında daha çox bu raketlər olduğundan Paris indi Britaniya ilə Kiyevə uzaqmənzilli raketlərin verilməsini müzakirə edir.

Rusiya Müdafiə Nazirliyi dünən Ukrayna Silahlı Qüvvələrinin Rusiyadakı obyektdə Amerika istehsalı olan ATACMS raketlərindən istifadə etdiyini açıqladı. Nazirlik Bryansk vilayətində beş ədəd belə raketin vurulduğunu, birincin isə zədələndiyini açıqlamışdı. Xarici işlər naziri Sergey Lavrov bunu “eskalasiya siqnalı” adlandırıb.

Beləliklə, Ukrayna üç ölkənin uzaqmənzilli raketlərindən istifadə hüququnu əldə edib. Bu raketlər 300-500 km dərinlikdə Rusiyanın mövqelərinə zərbə endirməyə imkan yaradacaq. “Storm Shadow” və SCALP-EG, 2001-ci ildən istifadə edilən uzun mənzilli havadan atılan qanadlı raketdir.

Belə raketlər 1000 km/saatdan çox sürətə malikdir və təxminən 500 km məsafədəki hədəfləri vurmaq iqtidarındadır. Böyük Britaniya və Fransa bu cür raketləri 2023-cü ildən Ukraynaya verir. ABŞ-nin verdiyi ATACMS-lar isə maksimum 300 km mənzilli yer-yer tipli idarə olunan raketlərdir. ATACMS-in Ukraynaya köçürülməsi ilk dəfə 2023-cü ilin oktyabrında ABŞ tərəfindən rəsmi olaraq elan edildi.

Vasif

Sfera.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:180
embedMənbə:https://sfera.az
archiveBu xəbər 20 Noyabr 2024 16:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see323

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see269

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see255

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see249

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see248

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see243

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see228

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see224

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see219

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see215

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see213

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see210

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see205

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see205

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see199

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see190

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see186

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see182

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see180

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri