Icma.az
close
up
RU

Ukrayna dairəsində nizamlanmayan mürəkkəb yol kəsişməsində yeni yanaşma tətbiq edilir

Bakivaxti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən "Ukrayna dairəsi”ndə yol hərəkətinin təkmilləşdirilməsi məqsədilə yeni layihə hazırlanıb.
AYNA tərəfindən ərazidə yol infrastrukturu, küçə-yol şəbəkəsi və nəqliyyat axını təhlil edilib. Həmin kəsişmə üçün ən optimal həll üsulu kimi turbo tipli dairənin inşası nəzərdə tutulub. Təklif layihəsi Nəqliyyatı Əlaqələndirmə Şurasında müvafiq qaydada təsdiq edilib.
Təklif edilən turbo tipli dairə ölkəmiz üçün nizamlanmayan mürəkkəb yol kəsişmələrində yeni bir yanaşma, müasir həll yolu hesab edilir.
Hazırda dairənin standartlara uyğun olmaması burada bir sıra nəqliyyat problemlərinə səbəb olur. Belə ki, dairənin giriş-çıxış saylarının 2 və ya 3 hərəkət zolağından ibarət olmasına baxmayaraq, dairənin daxilində bu, 6, 7 bəzi hallarda isə 8 zolaqdan ibarətdir. Bu da dairədə tıxac hallarından daha çox təhlükəsizlik səviyyəsinin aşağı düşməsinə səbəb olur.
Yeni layihəyə əsasən, Məhəmməd Hadi küçəsindən Vunq Tau küçəsinə, həmçinin Neapol və Aşıq Ələsgər küçələrindən Məhəmməd Hadi küçəsinə dairəyə daxil olmadan birbaşa sağa hərəkət etmək olacaq. Dairədə hərəkət 3 zolağa bölünəcək. Həmçinin yol kəsişmələrində piyada təhlükəsizliyinin təmin olunması üçün səki sahələri və eynisəviyyəli piyada keçidləri təşkil ediləcək.
Layihə həyata keçirildikdən sonra:
̶ münaqişəli nöqtələr minimuma endirilərək təhlükəsizlik təmin olunacaq;
̶ dairənin buraxılış qabiliyyəti artırılacaq;
̶ hesabi hərəkət şiddəti və sürəti optimallaşacaq;
̶ piyadaların təhlükəsizliyi və rahatlığı təmin ediləcək.
Bundan başqa, layihə çərçivəsində təhlükəsizliyin təmin edilməsi məqsədilə hərəkətin kanallaşdırılması, zəruri olan yol nişanları və nişanlanma xətlərinin təşkili də nəzərdə tutulub.
Qeyd edək ki, bu tip dairələr nəqliyyat sahəsində inkişaf etmiş bir çox Avropa ölkələrində, xüsusilə Almaniya, Norveç, Niderland kimi ölkələrdə də geniş istifadə olunur.
Layihə simulyasiya edilib. Simulyasiyanı təqdim edirik: 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:94
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 22 Noyabr 2024 12:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yeni mərhələyə qədəm qoyan Azərbaycan Çin münasibətləri miqrasiya mübadiləsini intensivləşdirəcək

22 Aprel 2025 16:36see158

Uşaqlarla əlaqə qurmağın ən yaxşı 5 YOLU

22 Aprel 2025 19:47see154

Region Liqası: 1/8 finalın cütləri

22 Aprel 2025 17:21see140

Vardanyanın məhkəməsi keçirilib

22 Aprel 2025 19:32see138

Coca Cola , yoxsa Pepsi ?

23 Aprel 2025 00:23see136

İlham Əliyev xanımı ilə birlikdə Çinə getdi

22 Aprel 2025 16:00see126

Ərəb Dövlətləri Liqasının sammiti Moskvada keçiriləcək

22 Aprel 2025 19:23see124

Lənkəranda sahilboyu ərazilər tullantılardan təmizlənib

23 Aprel 2025 14:44see124

Kart məlumatlarımızı öz əllərimizlə dələduzlara necə təhvil veririk? AÇIQLAMA FOTO

22 Aprel 2025 19:03see124

Gecə səmasında gülümsəyən üz görünəcək: Bu nadir halı nə vaxt izləmək olar?

23 Aprel 2025 00:14see121

Ukrayna ilə sosial təminat və reabilitasiya sahələrində gələcək əməkdaşlığa dair fikir mübadiləsi aparılıb

22 Aprel 2025 15:13see118

Şükür Həmidovun oğlu yüksək bal topladı: Atamın arzusunu reallaşdıracam

22 Aprel 2025 17:30see118

UEFA Polşa klubunu cəzalandırdı

22 Aprel 2025 23:01see116

Əqli Mülkiyyət Agentliyinin və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə konfrans keçirilir YENİLƏNİB

22 Aprel 2025 14:41see116

Dayə kiçik uşağı vəhşicəsinə döydü

22 Aprel 2025 15:27see115

Yatıb ayılmayan qızı belə xilas etdilər

22 Aprel 2025 16:05see114

Ömər Bolat Yaponiyaya gedəcək

22 Aprel 2025 16:01see109

“Barselona” liderliyini davam etdirir

23 Aprel 2025 01:37see109

Vaşinqtonun Suriyadan 8 tələbi: Dəməşq İranı və İŞİD i... SENSASİON VƏ AĞIR ŞƏRTLƏR

22 Aprel 2025 18:09see109

Arif Əsədov: “Bu, onlar üçün son şansdır”

22 Aprel 2025 19:26see109
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri