ABŞ da hərbçilərin öldürülməsindən sonra Suriya ərazisindəki qoşunların çıxarılması tələb edilib
Bizimyol saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Bizimyol.info xəbər verir ki, o, bu barədə müvafiq bəyanatını "X" sosial şəbəkəsində yayımlayıb.
"Hazırda sual vermək vaxtıdır: biz orada nə üçünik? Keçən həftə Suriyadakı xarici hərbi qruplaşmaların maliyyələşdirilməsinin dayandırılması barədə düzəliş təqdim etdim", - deyə o bildirib.
Masi, həmçinin 2001-ci il tarixli Hərbi Güc İstifadəsi Qətnaməsinin ləğvi ilə bağlı Konqresə qanun layihəsi təqdim edəcəyini açıqlayıb. Bu qətnamə, ABŞ prezidentinə 11 sentyabr 2001-ci il tarixli terror hücumlarına görə məsuliyyət daşıyan və onlara dəstək verən təşkilatlara qarşı silahlı qüvvələrdən istifadə etmək səlahiyyəti verib.
Qeyd edək ki, İŞİD terrorçusunun qurduğu pusudan sonra Palmira şəhərində iki amerikalı əsgər və bir mülki tərcüməçi həlak olub. Terrorçunun özü isə öldürülüb.
Suriya Daxili İşlər Nazirliyinin ilkin məlumatına görə, hücumu həyata keçirən şəxs Suriya təhlükəsizlik qüvvələrinin üzvü olub və İŞİD-ə dəstək verib.
Suriya hakimiyyəti, hücumla bağlı beş nəfərin daha həbs edildiyini açıqlayıb. ABŞ Prezidenti Donald Tramp isə hücuma qarşı cavab tədbirlərinin alınacağına söz verib
Qadir, Bizimyol.info
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:75
Bu xəbər 15 Dekabr 2025 10:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















