Ukrayna dairəsində SIXLIĞIN aradan qaldırılması üçün nə təklif olunur?
Oxu.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Bir müddət əvvəl inşaat işləri aparılan "Ukrayna dairəsi''ndə hərəkətin təşkilində edilmiş dəyişiklik effektiv alınmayıb. Bu dəyişiklik qəzaların sayını azaltsa da, ciddi sıxlığa səbəb olub.
Oxu.Az XəzərTV-yə istinadən xəbər verir ki, burada yol-nəqliyyat hadisələri tez-tez olduğundan dairə ətrafında aidiyyəti qurumlar tərəfindən dəyişiklik edilib.
Yolda bir neçə yerdə təhlükəsizlik adacıqları yaradılmaqla, yol nişanları da qoyulub.
Sürücülər deyirlər ki, bu dairə ətrafında zolaqların sayının azalması günün pik saatlarında sıxılığın yaranmasına səbəb olub.
Sürücülər onu da əlavə ediblər ki, yeni layihənin dairə ətrafında təhlükəsizliyin artmasında böyük rolu var. Sürücülər hesab edirlər ki, ərazidə böyük tıxacları yalnız işıqforlar vasitəsi ilə tənzimləmək olar.
Yol hərəkəti qaydaları üzrə ekspertlər hesab edirlər ki, Məhəmməd Hadi, Neapol və Aşıq Ələsgər küçələrindən dairəyə birləşən nöqtələrdə işıqfor qoymaq olar. Amma bundan əvvəl orada yenidən təhlillər aparılmalıdır.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) isə "Xəzər Xəbər"ə bildirilib ki, ərazidə işlər hələ tam yekunlaşmayıb.
Ətraflı süjetdə:
"Ukrayna dairəsi''ndə SIXLIĞIN aradan qaldırılması üçün nə təklif olunur?
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:163
Bu xəbər 14 Yanvar 2025 02:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















