Ombudsman səhiyyə müəssisələrində süründürməçilik hallarının aradan qaldırılması üçün təklif verdi
Icma.az bildirir, Qaynarinfo portalına istinadən.
Səhiyyə müəssisələri tərəfindən əlilliyin qiymətləndirilməsi məqsədilə müvafiq göndərişlərin düzgün rəsmiləşdirilməsi və bununla da süründürməçilik hallarının aradan qaldırılması üçün tibb işçilərinin peşəkarlığının artırılması və onların lazımi qaydada təlimatlandırılması, mürəkkəb və detallı sənədləşmə prosesinin sadələşdirilməsi, habelə tibb müəssisələri ilə tibbi sosial ekspert komissiyalarının fəaliyyətinin daha effektiv əlaqələndirilməsi zəruridir.
Qaynarinfo xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında ombudsman Səbinə Əliyeva deyib.
Səbinə Əliyeva həmçinin vurğulayıb ki, internet səhifələrində və sosial şəbəkələrdə yayımlanan çoxsaylı tibbi əsaslandırılmamış məlumatların, internet platformalar üzərindən satılan və keyfiyyəti şübhə doğuran dərman preparatlarının insan sağlamlığına göstərə biləcəyi neqativ təsirləri nəzərə alaraq, bu sahəyə nəzarətin gücləndirilməsi, davamlı monitorinqlərin aparılması və problemlərin qanunvericilik səviyyəsində həlli də vacib məsələlərdəndir.
Qafqaz Rafiqoğlu
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:78
Bu xəbər 07 Mart 2025 11:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















