Çin Ukrayna böhranının aradan qaldırılması cəhdlərini alqışlayır
Yeniazerbaycan saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Çin Rusiyanın və müvafiq tərəflərin Ukrayna böhranını həll etmək üçün müsbət səylər göstərdiyini görməkdən məmnundur.
AZƏRTAC xəbər verir ki, bu fikri Çin Xalq Respublikasının Sədri Si Cinpin fevralın 24-də Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı zamanı deyib. Çin lideri tarixin və reallıqların Çin ilə Rusiyanın yaxın qonşu və səmimi dost olduğunu sübut etdiyini, tərəflərin bir-birini daim dəstəklədiyini vurğulayıb.
O əlavə edib ki, nadir strateji dəyərə malik olan Çin-Rusiya əlaqələri heç bir 3-cü qüvvəyə qarşı yönəlməyib və heç bir kənar qüvvə tərəfindən təsirlənə bilməz.
Qeyd edək ki, bu, ABŞ və Rusiya arasında Ukrayna müharibəsi ilə bağlı danışıqların başlamasından sonra Si Cinpin ilə Vladimir Putinin ilk ünsiyyətidir. Dövlət başçılarının sonuncu ünsiyyəti Donald Trampın ABŞ-da prezident vəzifəsinin icrasına başlamasından bir gün sonra olub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:63
Bu xəbər 24 Fevral 2025 20:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















