Icma.az
close
up
RU
Ukrayna danışıqları və böyük güclərin diplomatik oyunu

Ukrayna danışıqları və böyük güclərin diplomatik oyunu

Bakivaxti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Ukrayna müharibəsi ətrafında aparılan danışıqlar hərbi cəbhədən daha çox diplomatik müstəvidə kəskinləşir.

Moskva real döyüş meydanında məhdud irəliləyişlərə baxmayaraq, danışıqlar masasında vaxt udan, tərəfləri bir-biri ilə üz-üzə qoyan taktika yürüdür. Təhlükəsizlik zəmanətləri, Qərbin daxili uyğunsuzluğu və tarixi təcrübələr bu prosesdə xüsusi yer tutur.

Mövzuyla bağlı Bakıvaxtı.az-a danışan politoloq Züriyə Qarayeva bildirib ki, hazırda Moskvanın əsas taktikası cəbhə ilə danışıqlar masası arasında tarazlığı öz xeyrinə qurmaqdır. O, Ukraynanın bəzi ərazilərdən çıxarılması məsələsini gündəmdə saxlayaraq Kiyevlə Vaşinqton arasında fikir ayrılığı yaradır.

Politoloq deyib ki, bu ziddiyyətlər fonunda Rusiya özü üçün daha rahat hərbi manevr imkanları əldə edir:

“Yəni diplomatiya burada birbaşa ordunun maraqlarına xidmət edir. Moskva vaxt udur və qarşı tərəfin daxili koordinasiya problemlərindən yararlanır. Bu da danışıqları Rusiya üçün faydalı prosesə çevirir”.

“Ukrayna üçün müzakirə olunan “xarici təhlükəsizlik zəmanətləri” nə dərəcədə realdır” sualını cavablandıran Z.Qarayevanın dediyinə görə, bu mövzu nəzəri cəhətdən cazibədar səslənsə də, praktik baxımdan olduqca problemlidir. Avropa tarixində təhlükəsizlik zəmanətlərinin necə fəlakətli nəticələr doğurduğuna dair kifayət qədər nümunə var:

“Birinci Dünya Müharibəsi bunun ən bariz sübutudur. Bu səbəbdən belə zəmanətlərin verilməsi müttəfiqlərin özləri üçün də risk yaradır. Moskva da məhz bu tarixi arqumentləri önə çəkərək mövzunu dalana salır. Nəticədə “zəmanət” anlayışı real mexanizmdən çox siyasi şüara çevrilir”.

Züriyə Qarayeva: Moskva vaxt udur və qarşı tərəfin daxili koordinasiya problemlərindən yararlanır

Qərbin bu prosesdə zəif görünməsinin əsas səbəbinə gəlincə, həmsöhbətimiz bildirib ki, burada əsas problem Qərbin vahid siyasi iradə ortaya qoya bilməməsidir. Onun sözlərinə görə, ABŞ və Avropa ölkələri arasında prioritetlər tam üst-üstə düşmür:

“Üstəlik, bəzi liderlərin səbrsizliyi və qısa müddətli nəticə istəyi Moskvanın işinə yarayır. Rusiya isə klassik diplomatik məktəbin təcrübəsindən istifadə edərək bu boşluqları dərinləşdirir. Qərb bəzən real nəticəsi olmayan müzakirələrlə məşğul olur. Bu isə Rusiyaya əlavə manevr sahəsi açır”.

Politoloq bildirib ki, müasir dünyada təhlükəsizlik bir sənədlə və ya bəyanatla təmin edilmir. Bu, uzunmüddətli və çoxşaxəli prosesdir. “Ukraynanın təhlükəsizliyi ilk növbədə öz daxili siyasi dayanıqlığına və diplomatik çevikliyinə bağlıdır. Xarici dəstək vacibdir, amma həlledici deyil. Tarix göstərir ki, böyük güclərin zəmanətləri dəyişkən ola bilər. Ona görə də əsas məsuliyyət yenə də ölkənin öz üzərində qalır”, - Züriyə Qarayeva əlavə edib.

Zülfü Məmmədov

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:148
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 18 Dekabr 2025 12:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see298

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see262

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see248

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see248

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see240

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see238

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see234

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see224

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see222

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see221

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see218

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see215

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see207

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see206

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see204

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see201

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see198

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri