Ukrayna dronları ilin əvvəlindən 167 min rus hərbçisini öldürüb və ya ağır yaralayıb
Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Kiyev, 22 iyun, AZƏRTAC
İlin əvvəlindən bəri Ukraynanın Müdafiə Qüvvələrinin pilotsuz sistem bölmələri 800 mindən çox təsdiqlənmiş düşmən hədəfini vurub və təxminən 167 min rus hərbçisini öldürüb və ya ağır yaralayıb.
AZƏRTAC-ın məlumatına görə, bunu Ukraynanın müdafiə naziri Mixayıl Fedorov "Telegram"da açıqlayıb.
"Müdafiə Qüvvələri düşmənin hərbi potensialını sistematik şəkildə zəiflədir - logistikanı pozur və düşmən xətlərinin arxasındakı vacib hədəflərə zərbələr endirir", - deyə nazir qeyd edib.
O, həmçinin may ayının Müdafiə Qüvvələri üçün ən məhsuldar ay olduğunu qeyd edib. Xüsusilə, ay ərzində 181 mindən çox hədəf məhv edilib, 31 min 530 işğalçı isə öldürülüb və ya ağır yaralanıb.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:194
Bu xəbər 22 İyun 2026 22:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















