İlin əvvəlindən Ukrayna dronları Rusiyanın 240 dan çox obyektini vurub
Bizimyol saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Bizimyol.info xəbər verir ki, Pilotsuz Sistemlər Qüvvələrinin (PSQ) 17 fevral tarixli məlumatına görə, ilin ilk 48 günü ərzində düşmənin dərin arxa cəbhəsində 240-dan çox hədəf məhv edilib.
Qurumdan bildirilib ki, gündəlik döyüş tapşırıqlarına neft emalı və müdafiə-sənaye infrastrukturunun, zenit-raket komplekslərinin, radiolokasiya stansiyalarının və digər mühüm obyektlərin vurulması daxildir. Döyüş əməliyyatlarının yüksək intensivliyi səbəbindən həyata keçirilən əməliyyatların əhəmiyyətli hissəsi operativ şəkildə ictimaiyyətə açıqlanmır.
Xüsusilə, PSQ-nin 1-ci Ayrı Mərkəzi, 414-cü briqadanın “Kayrosс” dərin zərbə batalyonu, 412-ci “Nemesis” briqadası, 413-cü “Reyd” bölməsi və “Qraf” qrupu Rusiya ərazisində bir sıra həssas hərbi obyektləri hədəfə alıb. Bəzi hücumlar Ukraynanın digər müdafiə qüvvələri ilə koordinasiyalı şəkildə həyata keçirilib.
PSQ komandanı mayor Robert “Madjar” Brovdi qeyd edib ki, sosial şəbəkələrdə paylaşımların azalması bölmələrin əsas diqqətini təmas xəttinə yönəltməsi və mart ayından etibarən gözlənilən mümkün yay hücumuna hazırlıqla bağlıdır.
1–17 fevral tarixləri arasında PSQ bölmələri minlərlə düşmən hədəfini məhv edib və statistika real vaxt rejimində yenilənir. Brovdi fevralın əvvəlində bildirib ki, yanvar ayında Rusiya genişmiqyaslı müharibənin başlanmasından bəri ikinci dəfə itkilər baxımından səfərbər etdiyi şəxslərin sayından daha çox hərbçi itirib və məhv edilən hər üç işğalçıdan biri məhz Ukrayna dron bölmələrinin payına düşür.
Qadir, Bizimyol.info
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:172
Bu xəbər 18 Fevral 2026 16:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















