Icma.az
close
up
RU
Ukrayna faciəsi və Azərbaycan modeli

Ukrayna faciəsi və Azərbaycan modeli

Icma.az, Bizimyol saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycandan və Türkiyədən yazmaq istəyirəm. Ancaq bu yazıya ABŞ-la Ukrayna arasında imzalanmış sazişdən başlayacam. Sual doğacaq: nə əlaqəsi var?

Deyəcəm, nə əlaqəsi var.

Bilirsiniz, Azərbaycan torpaqları da 30 ilə yaxın işğal altında idi. Qarabağ müharibəsinin birincinaqişə fazası 1994-cü il m 12-də atəşkəs sazişi ilə dayandırıldı. Sentyabrın 20-də isə "Əsrin müqaviləsi" imzalandı. Bu sazişin Azərbaycan üçün strateji, iqtisadi, siyasi əhəmiyyəti var idi. Bu, bizim üçün, doğrudan da, Əsrin müqabiləsi idi. Ancaq bu kontraktdan birbaşa gözləntimiz böyük ölkələrin, o cümlədən, ATƏT-in Minsk Qrupunun həmsədri olan dövlətlərin Ermənistanı işğaldan çəkindirməsi, münaqişənin adil bir formada, sülh sazişi ilə bitirilməsi idi. Bu gözləntimiz, bu ümid doğruldumu? Xeyr! Doğrulmadı. Əksinə həmin böyük dövlətlər, xüsusilə, problemin həlli ilə məşğul olmuş ABŞ, Rusiya və Fransa işğala məruz qalan Azərbaycanı deyil, işğalçı Ermənistanı dəstəkləyirdilər. Biri çoxlu pul, biri çoxlu, biri siyasi dəstək verirdi. Üstəlik öz torpaqlarını azad etməyə çalışanda Azərbaycanı sanksiyalarla cəzalandırdılar. ABŞ Konqresinin 907-ci düzəlişini misal gətirmək istərdim.

Bəs eyni şey Ukrayna ilə olmayacaq ki? Eyni hal Ukraynaya münasibətdə də olacaqsa, çox pis. Fərqli münasibət olacaqsa, deməli, Qərbin ikili standartları haqda Azərbaycanın dedikləri özünü doğruldur.

Bəli, ABŞ və Ukrayna faydalı qazıntılar haqda çoxdan gözlənilən sazişi imzalayıb. Söhbət iki ölkə arasında ABŞ üçün Ukraynanın qiymətli nadir minerallarına çıxış imkanı verən sazişdən gedir. Şərt qoyulmuşdu: Ukrayna nadir minerallara çıxış imkanı versə, ona silah veriləcək, dəstək veriləcək , imkan verməsə, yox. Söhbət silah satmaqdan gedir. Hərbi-texniki tərəfdaşlıqdan gedir. Üstəlik Ukraynadan tələb olunur ki, bəzi əraziləri Rusiyaya güzəştə getsin. Bəziləri Azərbaycandan da tələb etmişdi ki, ərazilərini Ermənistana güzəştə getsin. Prezident İlham Əliyev buna getmədi.

Yazının əvvəlinə - Azərbaycan və Türkiyə məsələsinə dönək. Azərbaycan öz torpaqlarını azad edərkən Türkiyədən misilsiz siyasi və mənəvi dəstək aldı. Eləcə də, Azərbaycan Türkiyə üçün həssas məsələlərdə, taleyüklü məqamlarda qardaş ölkənin yanındadır. O cümlədən, Şimali Kipr Türk Respublikası ilə bağlı məsələdə. Ancaq heç bir tərəf o birinə şərt qoymadı ki, əvvəl strateji xammal ehtiyatına çıxış imkanı verilsin, sonra dəstək gəlsin. Azərbaycan başqa müttəfiqlərlə də eyni cür davranır: kimsə dara düşəndə, ona kömək əli uzatmazdan əvvəl hansısa iqtisadi saziş uzatmır. Şərt qoymur. Yenə deyirəm, dara düşənləri divara dirəmir. Kimsənin ağır vəziyyətə düşməsindən fayda ummur.

Elə həmin Ukraynaya Azərbaycan lap müharibənin başladığı günlərdən indiyədək humanitar yardım göstərir. Bunun qarşılığında hansısa ağır, aşağılayıcı şərt qoymur. Hər iki tərəfə faydalı, qarşılıqlı razılıq əsasında iqtisadi tərəfdaşlıq, ticarət həmişə və hamıda olur, o başqa məsələ.

Bunları yazmaqda məqsədim onu vurğulamaqdır ki, Azərbaycanın xarici siyasətində də bir insani başlanğıc, insaflı yanaşma var. Başqaları necə davranır, onu özləri bilər. Amma Azərbaycanın siyasətində yıxılana əl uzatmaq var. Həm Azərbaycanın, həm Türkiyənin davranışı belədir. Biz tez-tez yeni dünya düzənindən danışırıq. Çox dağa-daşa düşməyə ehtiyac da yoxdur: Azərbaycanın, eləcə də, Türkiyənin yanaşmaları, Azərbaycan-Türkiyə münasibətləri dünya üçün hazır modeldir. Sadəcə, bunu hamı götürüb, öyrənib tətbiq edə bilər. Heç bir şişirtməsiz deyirəm: bundan daha gözəl bir model yoxdur.

Bahəddin Həzi, bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:106
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 01 May 2025 16:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see370

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see358

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see279

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see269

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see258

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see246

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see239

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see234

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see229

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see222

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see213

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see212

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see204

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see192

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see191

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see186

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see183

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see175

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see172

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri