Icma.az
close
up
RU
Ukrayna üçün Azərbaycan təcrübəsi...

Ukrayna üçün Azərbaycan təcrübəsi...

Bizim media saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Postsovet, türk, müsəlman ölkələri zamanla böyük güclərin poliqonu olub. Yaxın Şərq, İraq, İran, Suriya, Liviya, Əfqanıstan, Gürcüstan, Ukrayna, Belarus, Qazaxıstan, Qırğızıstan.
Bir qədər uzaq tarixlərdə Türkiyə-Fransa, Türkiyə-Rusiya münasibətləri də nümunə gətirilə bilər.
Bu siyahıda Cənubi Qafqazın ev sahibi, postsovet ölkəsi, müsəlman-türk əhalisi çoxluğu ilə, Azərbaycan həmişə həm hədəf olub, həm də təhlükə hesab edilib.
Məhz bu səbəbdən dünya Azərbaycanı nə birmənalı qəbul edə, nə də kəsib ata bilib.
Odur ki, regionun liderinə çevrilməsinə də ciddi şəkildə maneələr yaradılıb. Bunun üçün Azərbaycanın tarixi torpaqlarında kütləvi qırğınlar törətmək, deportasiyalar təşkil etməklə, Ermənistan adlı xırda dövlət belə qurublar. Tarixin müxtəlif mərhələrində dünyada onlarla terror təşkilatını belə ermənilərlə yaradıblar. Böyük güclərin maraqlarına uyğun olaraq Azərbaycanla və ya Azərbaycanda müharibələr törədiblər. Otuz ildən çox Azərbaycan ərazisi olan Qarabağın işğalda saxlanması, həmin faciələrin sonuncusu idi ki, qarşısı 2020-ci ildə, İlham Əliyevin Ali Baş Komandanlığı altında, 44 günlük vətən savaşı ilə birmənalı alındı...
İndi dünya bugünkü Azərbaycanla hesablaşmaq məcburiyyətindədir. Çünki dünya üçün önəmli bir çox hava, quru və su yolları, habelə, iki əsrdən çoxdur qapadılmış böyük İpək Yolu, dünyanın enerji, qaz və yanacaq təminatının böyük bir hiasəsinə sahib Azərbaycan, bu savaşla, həm də öz ərazi bütövlüyünü, suverenliyini bərpa etdi.
Böyük qələbəyə gətirən yolun təməli isə 1994-cü ildə nə qədər ağır qərar olsa da, ümummilli lider Heydər Əliyevin imzaladığı atəşkəs müqaviləsi ilə başladı. O, dəqiq görüb və hesablaya bilmişdi ki, nə iqtisadi, nə siyasi, nə beynəlxalq, nə də hərbi durum Azərbaycan üçün əlverişli deyil. Bu situasiya Azərbaycan üçün bilərəkdən yaradılıb. Hədəf dövlıti tamamilə sıradan çıxarmaqdır. Və bəzi məqamlarda, tamamilə sıradan çıxarılacağına əmin olduğun döyüşlərdən çəkilmək, dövlət varlığını, xalq bütövlüyünü qorumaq üçün ağrılı da olsa mühim qərarlar almaq şərtdir. Bu əslində tarix, dövlət və xalq qarşısında bir liderin həm də vətəndaş xidmətidir. 1994-cü ildə Heydər Əliyev məhz bu addımı atdı, Azərbaycanı və öz xalqını birmənalı mıhvdən qorudu...
1994-2020. Bu illərdə Azərbaycan düşmənlərinin və regionda hegemonluğunu əldən verməyən güclərin iradəsinin əksinə, sürətlə gücləndi. 2020-ci ildə iqtisadi, siyasi, dipıomatik və hərbi güc sərgiləyib, ərazi bütövlüyünü, dövlət suverenliyini bərpa etdi. Hazırda Qarabağa böyük qayıdış layihələrinə paralel, regionda mədəni, ictimai və beynəlxalq tədbirlərin ev sahibidir. Üstəlik Qarabağın sürətli, köklü inşası prosesinə start verib. 2024-cü ilin iyulunda, Prezident İlham Əliyev Şuşa Media Forumundakı çıxışında, ümummili lider Heydər Əliyevin 1994-cü ildə verdiyi atəşkəs üərarını xatırlatdı:
-Elə bir dövr var idi ki, biz atəşkəsə razı olmalı olduq.
Bu, çox çətin qərar idi... mənim atam Azərbaycanı məndən az sevmirdi və ya hər hansı bir azərbaycanlıdan az sevmirdi. Ancaq o, məcburən 1994-cü ildə bu atəşkəsə razı oldu, çünki ölkəni xilas etməli idi... insan bəzən çətin qərarlar verməli olur...
İndi buna həm də siyasətdə Azərbaycan təcrübəsi demək olar. Və bu nümunə dünyada oxşar xarakterli münaqişəyə cəlb edilən dövlətlər üçün yaxşı nümunədir. Məsələn, bu gün Rusiya-Ukrayna savaşı üçün də bu, yaxşı örnəkdir...
İndi Ukrayna yolayrıcındadır.
Daha dəqiqi ağır siyasi-iqtisadi durumdadır, üstəlik diplomatik basqı altındadır. Əraziləri işğal olunur, itkiləri artır, tarixi şəhərləri viran olur. Nə qədər çətin olsa da, Ukrayna siyasi rəhbəri qərar verməlidir. Üzü məhvə gedən yolda, atəş(i) kəs də deyə bilər. Vaxtilə Azərbaycanın dediyi kimi. Yəni uduzacağı, hətta məhv olacağın savaşı yox, inkişaf edəcəyi illəri qazana, xalqını və dövlətini qoruya biləcək komandanı vermək zamanıdır.
Bu canlı və günahsiz itkilərin, daxildə daha böyük xaosun qarşısını alar, daha böyük təlafatların yolunu kəsər, güc toplamağa zaman qazandırar. Ən vacibi Ukraynanın dövlət varlığını qoruyar. Ancaq bunu etmək üçün də böyük iradə, lider qətiyyəti lazımdır.
Bu mənada Ukraynanın hazırki siyasi rəhbərliyi dünyada hər kəsin diqqət mərkəzindədir.
Maraqlıdır, heç kimin çətiri altına girmədən, Ukrayna da, Azərbaycan kimi davrana biləcəkmi, bunu zaman göstərəcək?!.
Jalə Mütəllimova

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:202
embedMənbə:https://bizim.media
archiveBu xəbər 05 Mart 2025 14:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Fariz İsmayılzadə: İqtisadi artımın təməli məhz İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu kimi platformalarda qoyulur

28 Sentyabr 2026 11:17see263

Ceyhun Bayramov Nyu Yorkda 37 ikitərəfli görüş keçirib, 17 sənəd imzalanıb

27 Sentyabr 2026 00:00see242

Klopp Adeyemini müdafiə etdi: “Onun oyununu bəyənirəm”

27 Sentyabr 2026 01:04see241

Dünyada nadir rast gəlinir: “Vampir xəstəliyi” nədir?

27 Sentyabr 2026 02:04see238

5 yaşlı qız uşağı dişinin müalicəsindən sonra vəziyyəti pisləşərək ölüb

27 Sentyabr 2026 08:13see236

“Təzə ata olmuşdu, qucağımda şəhid oldu” VİDEO

27 Sentyabr 2026 01:31see233

Barselona onun üçün 80 milyon avro ödəyəcək?

26 Sentyabr 2026 23:57see231

İspaniya millisi rekord vurdu məğlubiyyətsizlik seriyasını 39 matça çatdırdı

27 Sentyabr 2026 01:20see231

Ebru Gündeşin 10 milyonluq əməliyyatın nəticəsi Son halı (Foto)

27 Sentyabr 2026 16:08see215

Müctəba Xameneinin müalicə olunduğu xəstəxana bombalanıb Yeni təfərrüat

27 Sentyabr 2026 10:08see210

Pul əldə etdikdə dəyişən 4 BÜRC

26 Sentyabr 2026 23:10see206

“Onun çiyinlərində görmək istədiyimiz o poqonlara inşallah, mən çataram” Videomüsahibə

26 Sentyabr 2026 23:04see197

Rəqsanənin filtrsiz görüntüsü diqqət çəkdi (Foto)

27 Sentyabr 2026 15:17see197

Heç vaxt müflis olmayacaq BÜRCLƏR

27 Sentyabr 2026 03:44see197

Vətən müharibəsinin başlamasından altı il keçir Azərbaycanda Anım Günüdür!

27 Sentyabr 2026 01:05see197

Heç bir estetik və botoksum yoxdur (Video)

27 Sentyabr 2026 13:48see196

Britaniyada beş nəfər terrorçuluq ittihamı ilə həbs edilib

27 Sentyabr 2026 19:59see193

Fransada insident: Sürücü avtomobili kütlənin üzərinə sürdü

27 Sentyabr 2026 03:26see190

Son 5 mövsümdə “Kəpəz”in ən uğurlu startı

27 Sentyabr 2026 00:35see189

Bülent İnal 13 kilo arıqladı: sirrini açıqladı

28 Sentyabr 2026 02:28see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri