Ukrayna gələn il pilotsuz təyyarələr dəstəsindən istifadə edəcək Reuters
Icma.az, Sfera.az saytına istinadən bildirir.
Ukrayna 2025-ci ildə ilk dəfə pilotsuz təyyarələr dəstəsindən istifadə edəcək.
Sfera.az bildirir ki, bu barədə Amerikanın “Reuters” nəşri yüksək rütbəli hökumət nazirinə istinadən yazıb.
“Gələn il Ukraynanın hərbi əməliyyatları dəstəkləmək üçün əhəmiyyətli dərəcədə daha çox pilotsuz təyyarələrə ehtiyacı olacaq”, - səlahiyyətli şəxs deyib.
O əlavə edib ki, bu avadanlıqlar səngərlərə sursat və ləvazimatların daşınması, həmçinin yaralı əsgərlərin təxliyəsi üçün istifadə olunacaq.
Ukraynanın rəqəmsal transformasiya naziri Mixail Fedorovun sözlərinə görə isə bunlar Ukrayna Silahlı Qüvvələrini cəbhənin yaxınlığında əməliyyatlardan xilas edəcək: “Bu il Ukrayna bir neçə min belə yerüstü platforma alıb və gələn il onların sayını xeyli artırmağı planlaşdırır”.
Günay
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:75
Bu xəbər 02 Dekabr 2024 17:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















