Ukrayna ilə İran arasında kritik TELEFON DANIŞIĞI
Avtosfer saytına istinadən Icma.az xəbər verir.
Mən İranın xarici işlər naziri Abbas Arakçı ilə səmimi söhbət üçün zəng etdim. Diplomatiya, hətta çətin olsa belə, birbaşa dialoq deməkdir. Avtosfer.az Axar.az-a istinadən xəbər verir ki, bu sözləri Ukrayna xarici işlər naziri Andrey Sibiqa sosial şəbəkə hesabında yazıb. “Məqsədimizin lazımsız eskalasiyanın qarşısını almaq olduğunu vurğuladım. Təsdiqlədim ki, bütün Ukrayna hərəkətləri yalnız ölkəmizi Rusiyanın təcavüzündən qorumağa yönəlib və heç vaxt mülki gəmilərə və ya insanlara qarşı deyil. Bu, İranın son hadisədə hədəfə alınan mülki gəmi ilə bağlı açıqlamalarına da aiddir. Məqsədimiz bütün hadisələrin əsas səbəbi olan Rusiya təcavüzünə qarşı çıxmaqdır və bütün təxribatlar və itkilərə görə Rusiya tam məsuliyyət daşıyır. Eskalasiyaya doğru hər hansı bir addımdan çəkinməyin və Rusiyanın Ukraynaya qarşı müharibəsinə bütün dəstəyi dayandırmağın vacibliyini vurğuladım. Bu müharibə qanunsuzdur və bitməlidir. Bizim mövqeyimiz dəyişməz olaraq qalır: Avropa və Yaxın Şərq sabitliyə, təhlükəsizliyə və sülhə layiqdir”, - Sibiqa bildirib.
Qeyd edək ki, Ukrayna Rusiya və İran arasında silah daşınması ilə məşğul olan İran yük gəmisini Xəzər dənizində vurub. Nəticədə bir nəfər öıüb, 2 nəfər yaralanıb. İran buna kəskin etiraz edib və nəticəsi ilə bağlı Ukrraynanı hədələyib. Bəzi mənbələr İranın Ukraynaya zərbəyə hazırlaşdığı haqda iddia da səsləndirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:84
Bu xəbər 28 İyul 2026 22:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















