Icma.az
close
up
RU
Ukrayna ilə müharibədə Rusiyanın məğlubiyyəti imperiya xəyallarının sonu olacaq və ölkə parçalanacaq

Ukrayna ilə müharibədə Rusiyanın məğlubiyyəti imperiya xəyallarının sonu olacaq və ölkə parçalanacaq

Bizimyol saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Paşinyan komandası hakimiyyətə gələndən Ermənistan Rusiyadan uzaqlaşmaq, Rusiya ilə əlaqələri kəsmək istəyib və buna da qismən artıq nail olub. 2024-cü ildə Paşinyan hakimiyyəti Zvartnosdakı rus sərhədçilərini çıxarmağa nail oldu. Eyni zamanda Ermənistan-Türkiyə və Ermənistan-İran sərhəd nəzarət buraxılış məntəqələrinə nəzarət edən rus sərhədçilərini oradan çıxarılaraq, erməni sərhədçiləri yerləşdirildi. Paşinyanın nəyə imkanı çatırsa, onu da edir”.

Bu barədə Bizimyol.info xəbər portalına politoloq Elşad Həsənov danışıb. Politoloq qeyd edib ki, Gümrüdəki 102-ci hərbi bazanın fəaliyyəti Ermənistanla Rusiya arasında bağlanmış müqaviləyə əsasən 2044-cü ilə qədər davam edəcək. Politoloqun fikrincə, 102 ci bazanın çıxarılması siyasi vəziyyətin yetişməsindən asılıdır ki, bu baza çıxarılsın.

Elşad Həsənov

“Dörd ildir ki, Rusiya-Ukrayna müharibəsi gedir. Rusiya Ukraynanın bir çox torpaqlarını işğal edib. Ancaq son zamanlar görürük ki, Rusiyada iqtisadiyyat çökmək üzrədir, Rusiyanın daxilində yanacaq çatışmır. Yanacağın qiyməti 40 faiz dən artıq qalxıb. Çünki Ukrayna Rusiyanın neftayırma zavodlarının mütəmadi olaraq onları PUA-ları darmadağın edir. Volqaqradda bu günlərdə verdiyi vurduqları neftayırma zavodunu artıq altıncı gündür ki, söndürə bilmirlər. Yəni bütün bu məsələlər öz təsirini nəticə olaraq, göstərəcək.

Əgər Ukrayna müharibəsindən Rusiya qalib çıxsa, bu zaman Ermənistandakı 102-ci bazanın çıxarılması çətin olacaq. Ukrayna öz torpaqlarını azad edə bilsə və rus qoşunlarını öz torpaqlarından çıxara bilsə, Rusiya uduzmuş hesab olunacaq. O zaman Rusiya daxilində mərkəzdənqaçma güclənəcək. Yeni-yeni ölkələr yaranacaq, Rusiya dağılacaq və parçalanacaq”-deyə Elşad Həsənov bildirib.

Politoloqun fikrincə, ümumiyyətlə, imperiyaların hamısının sonu belə olub.

“Bundan qaçmaq mümkün deyil. Putin də bunu saxlaya bilməyəcək. Rus imperiyası da yaxın onilliklərdə tarixin arxivinə veriləcək. Yəni Rusiyada Tatarıstan, Başqırdıstan, Altay və digər Çeçenistan, İnquşetiya, Dağıstan və digər milli respublikalar yaranacaq. Bundan qaçmaq artıq çətindir. Artıq bu məsələlər, sosial şəbəkələrdə ciddi müzakirə olunur. Belə olan halda o zaman Gümrüdəki 102-ci hərbi baza da çıxarıla bilər”-deyə politoloq qeyd edib.

Elşad Həsənov maraqlı bir xatırlatma edib: “Azərbaycan 44 günlük müharibədə qələbə çalandan sonra üçtərəfli müqavilə bağlanan zaman Rusiya sülhməramlıları Azərbaycanla Ermənistan sərhədinə yerləşdirildi. Onların o ərazilərdən çıxarılması 2025-ci ilin noyabr ayı üçün nəzərədə tutulmuşdu. Ancaq Azərbaycanın prezidentinin apardığı uğurlu siyasət nəticəsində biz onları vaxtından öncə burdan çıxarmağa nail olduq. Bu, çox böyük nailiyyətdir. İndi biz dərk edirik ki, bu nə qədər doğrudan da doğru aparılmış siyasət bu gün bizi bir çox bəlalardan xilas edir. Əgər həmin qüvvələr burda olsaydı, hesab edirəm ki, Ermənistanla Azərbaycan arasında yenidən nifaq salınmışdı, yenidən müharibə başlanmışdı və Rusiya da bundan istifadə edərək öz maraqlarını qorumaq üçün bura qoşun yeritmişdi.

Biz bu gün doğru bir siyasət apardıq. Azərbaycanın milli marağına, dövlət marağına xidmət edən siyasət apardıq və rus qoşunlarının buradan çıxarılmasına nail olduq”.

Elşad Həsənov hesab edir ki, bu gün Ermənistan üçün Gümrüdəki bazanın boşaldılması doğrudan da çətindir, çünki ortada müqavilə var: “Ermənistanda xalqın təkidli tələbi və etirazları nəticəsində bu məsələni qaldırılsa, nəyəsə nail olmaq olar. Çünki Rusiya da artıq əvvəlki güclü rus dövləti deyil. Hazırda müəyyən mənada müharibədə ciddi itkilər verib, milyondan artıq əhali itkisinə məruz qalıb və bu mənada həm də beynəlxalq təzyiqlər nəticəsində Rusiya Gümrüdəki qoşunlarını çıxarda bilər. Ancaq hələ ki, Rusiya Ermənistanda Paşinyan hakimiyyətini devirmək üçün həmin bazanı daha da gücləndirir. Ermənistandakı Rusiyaya bağlı adamları maliyyələşdirilir, onların sayəsində Ermənistanda dövlət çevrilişi etməyə və hakimiyyəti ələ keçirməyə hazırlıq görülür. Ancaq aparılan, tədqiqatlar onu göstərir ki, Ermənistanda yaşayan əhalinin böyük əksəriyyəti Paşinyan hakimiyyətini dəstəkləyirlər. Çünki Paşinyan artıq erməniləri başa salıb ki, "biz miflərlə yaşamalı deyilik. Biz real Ermənistanı qurmuşuq və real da onu gələcəyə aparmalıyıq, inkişaf etdirməliyik. Bu inkişaf da Rusiyadan yox, Avropa və qonşularla xoş qonşuluq münasibətlərində yaşamaqdan keçir və buna görə də o, artıq real addımlar atır". Eyni zamanda Ermənistanın konstitusiyasına dəyişikliklərin edilməsi ilə bağlı məsələ gündəmdədir”.

Politoloqun fikrincə, regionda geosiyasi maraqlar dəyişir və bu kontekstdə də Rusiya zəif bənd olaraq geri çəkilməyə məcburdur.

“İran əvvəllər "qırmızı xəttimiz" deyə bağırırdı. Artıq onlar da buna razılıqlarını bu yol dəhlizinin açılmasına razılıqlarını verirlər. Gələcəkdə Ermənistana Rusiya tərəfindən təzyiqlər artacaq. Xüsusilə, gələn ilin iyun ayında keçiriləcək parlament seçkilərinə onlar, yəni rus yönümlülər beşinci kolonun üzvləri ciddi hazırlaşırlar. Paşinyan hakimiyyəti partiyası bu dəfə də qələbə çalacaq, Ermənistanı bəlalardan qurtarmağa çalışacaq və Rusiyanın təsirini nisbətən azaldacaq. Onlara bu yöndə həm Avropa, həm də Amerika  dəstək olacaq”-deyə Elşad Həsənov bildirib.

İradə Cəlil, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:124
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 26 Avqust 2025 17:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see208

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see193

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see189

Bazel III standartlarına uyğunlaşdırmaq

09 Yanvar 2026 11:34see189

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see188

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see188

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see184

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see177

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see166

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see153

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see150

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see149

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see143

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see138

Qəza, əzab, xəstəlik qaraçılar nasistlərə lənət yağdırıblar və bəziləri ona düçar olub

09 Yanvar 2026 09:20see137

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see136

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see134

Bir sıra TV və radioların yayımı dayandırılacaq RƏSMİ

09 Yanvar 2026 13:59see132

“Mən neftin qiymətini aşağı saldım, bu, hər kəs üçün əladır” Trampdan Venesuela etirafı

09 Yanvar 2026 09:21see131

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri