Ukrayna millisinin baş məşqçisi: Azərbaycandan daha zəif çıxış etdiyimizi düşünmürəm
Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Bakı, 9 sentyabr, AZƏRTAC
“Azərbaycan millisindən daha zəif çıxış etdiyimizi düşünmürəm. Sadəcə hücumlarda nöqsanlarımız oldu”.
AZƏRTAC xəbər verir ki, bu sözləri Ukrayna millisinin baş məşqçisi Sergey Rebrov DÇ-2026-nın seçmə mərhələsində Azərbaycan yığması ilə 1:1 hesablı heç-heçə etdikləri oyundan sonra təşkil olunmuş mətbuat konfransında deyib.
O, tribunadan komandasına dəstək verən azarkeşlərə təşəkkür edib: “Biz heç bir komandaya yuxarıdan aşağı baxmırıq. Bu gün meydança ilə bağlı müəyyən problemlərlə qarşılaşdıq və bu səbəbdən bizim üçün çətin oldu. Azarkeşlərdən üzr istəyirəm. Hazırda heyətdə zədəli futbolçularımız var. Çətin günlərdən keçirik. Nəticədən asılı olmayaraq, komandamıza dəstək olmalıyıq. Nəzərə almalıyıq ki, Azərbaycan seçməsinin heyətindəki futbolçuların əksəriyyəti avrokuboklarda çıxış edirlər”.
Qeyd edək ki, millimiz seçmə mərhələnin ilk matçında İslandiyaya 0:5 hesabı ilə uduzub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:35
Bu xəbər 09 Sentyabr 2025 22:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















