Ukrayna müharibəni Liviya ərazisinə yaymaq niyyətində deyil
Xalq qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Ukrayna Rusiya ilə müharibəni Liviya və ya başqa bir ölkə ərazisinə yaymaq niyyətində deyil. Ukrayna Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, bu barədə XİN başçısı Andrey Sibiqa Liviyanın xarici işlər və beynəlxalq əməkdaşlıq naziri vəzifəsini icra edən Tager Salem əl-Baur ilə telefon danışığı zamanı bildirib.
Məlumatı “Anadolu” verib.
Tərəflər Liviya sahillərində və Benqazi limanında baş verən son hadisələri müzakirə ediblər.
Sibiqa həmsöhbətinə izah edib ki, Ukraynanın heç bir hərəkəti Liviyaya və ya Liviya xalqına qarşı deyil, yalnız Rusiya hərbi obyektlərinə qarşı yönəlib və onun sözlərinə görə, “Rusiya Ukraynaya qarşı müharibədə birbaşa istifadə edir”.
Ukrayna diplomatiyasının rəhbəri hadisənin gözlənilməz nəticələrindən təəssüfləndiyini bildirib və Liviya xalqına dərin hüznlə başsağlığı verib.
P.ƏMİRCANOV
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:95
Bu xəbər 27 Noyabr 2026 10:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















