Icma.az
close
up
RU
Ukrayna müharibəsində süni intellekt dəstəkli dronlardan istifadə olunur

Ukrayna müharibəsində süni intellekt dəstəkli dronlardan istifadə olunur

Sherg.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Rusiyanın mövqelərinə edilən hücumların dəqiq vaxtına artıq “özləri” qərar verirlər


Ukrayna müharibəsi dron texnologiyasının müasir dövrdə müharibə formasını necə dəyişdirə biləcəyini göstərməyə davam edir.


Sherg.az xəbər verir ki, FPV kamikadze dronlardan əlavə, dənizdə də pilotsuz su vasitələri (PSV) və avtonom sistemlərin istifadəsi mühüm yenilik yaratdığı halda, ABŞ mətbuatı dronların artıq süni intellektlə dəstəkləndiyini bildirib.

"Wall Street Journal"ın (WSJ) məlumatına görə, Ukrayna tərəfindən istifadə olunan süni intellekt dəstəkli dronlar son günlərdə Rusiyanın mövqelərinə edilən hücumların dəqiq vaxtına artıq “özləri” qərar veriblər.

Çoxsaylı istifadə olunduqda “sürü” formasında hədəfə yönələ biləcəkləri, həmçinin bir-birləri ilə əlaqə qura bildikləri və operatorlardan asılı olmayaraq qərar qəbul etdikləri vurğulanır.

Ukraynanın Swarmer şirkətinin rəhbəri Serhii Kupriienko bildirib ki, hədəf müəyyənləşdirildikdən sonra qalan bütün prosesi dronlar idarə edir və bir operator təkbaşına çox sayda dronu nəzarətdə saxlaya bilir.

Lakin süni intellektin etik baxımdan yarada biləcəyi problemlər döyüş meydanı üçün də keçərlidir.

Dronların mülki şəxslərin və hərbçilərin həyatları üzərində tamamilə həlledici hala gəlməsi, etik cəhətdən olduqca mürəkkəb görünür.

ABŞ-ın Pilotsuz Donanma Layihəsi

"Reuters"in xəbərinə görə, ABŞ Hərbi Dəniz Qüvvələri dronlardan ibarət bir dəniz donanması yaradır.

ABŞ tərəfindən hazırlanmaqda olan avtonom su vasitələrinin sınaqlarında baş verən qəzaları önə çəkən "Reuters", ABŞ hərbi rəsmilərinin Çini çəkindirmək üçün avtonom sistemlərə investisiya etməyə başladığını yazıb.

Pentaqon 2023-cü ildə Replicator proqramı çərçivəsində dron və avtonom sistemlərin inkişafı üçün 1 milyard dollar ayırmışdı.

Dəniz əməliyyatları rəhbəri Cim Kilbi “pilotsuz” sistemlərin əhəmiyyətini vurğulayaraq belə demişdi:

“Bu sistemlər donanmanın fəaliyyət radiusunu, situasiya barədə məlumatlılığını artıraraq və döyüş qabiliyyətini yüksəldərək gələcəkdə dəniz müharibələrində böyük rol oynayacaq.”

ABŞ Prezidenti Donald Tramp da ABŞ Hərbi Akademiyası West Pointin buraxılış mərasimində çıxış edərək, dron sistemlərinin müasir müharibələrdə çox mühüm olduğunu bildirib və belə deyib:

“Bu gün başqa bir müharibə forması var. Dronları ortaya çıxardılar. Dron bir az fərqlidir...”

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:159
embedMənbə:https://sherg.az
archiveBu xəbər 03 Sentyabr 2025 02:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see292

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see258

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see243

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see242

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see231

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see229

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see228

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see219

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see216

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see216

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see213

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see211

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see202

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see199

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see196

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see191

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see190

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see190

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see189

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri