Icma.az
close
up
RU
Ukrayna Ordusu süni intellekt vasitələrindən necə istifadə edir? KONKRET

Ukrayna Ordusu süni intellekt vasitələrindən necə istifadə edir? KONKRET

Konkret.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Süni intellekt (Aİ) son illərdə həyatımızın ayrılmaz hissəsinə çevrilib. Yeni nəsil texnoloji yeniliklər günümüzdə demək olar ki, bütün sahələri əvəz etmək iqtidarındadır. Səhiyyə, sənaye, media və s.

Hazırda davam edən Rusiya – Ukrayna müharibəsində də süni intellektdən istifadə edilir. Bu barədə “Forbes” məqalə dərc edir. Həmin yazını təqdim edirik.

Hayişə çıxaraq onu da vurğulamaq yerinə düşər ki, Vətən müharibəsi zamanı da dolayısı ilə Ordumuz da süni intellektdən istifadə edərək Ermənistana zərbələr endirib.

Məlum olduğu kimi, Rusiya – Ukrayna müharibəsi 3 ilə yaxındır ki, davam edir. Tərəflər bütün mümkün vasitələrdən istifadə edir ki, cəbhə xəttində uğur qazansın. Düzdür, rəsmi Moskva Ukrayna ərazilərin işğal etməyi bacarsa da, müasir texnologiyalara görə, Kiyevin arsenalı daha üstündür.

“Forbes” qeyd edir ki, 2022-ci qədər Ukrayna texnologiya sektorunda 300 minə qədər işçi çalışıb və müharibə başladıqdan sonra bir çox strataplar orduya cəlb olunub:

“Ukrayna hakimiyyət orqanları şirkətlərə, investorlara müdafiə texnologiyaları məhsullarını təklif etmək imkanı vermək üçün “Brave1” maliyyə platformasını yaradıb. Onun minlərlə müraciət aldığı bildirilir. Avtonom dronların istifadəsini Ukraynada istifadə edilən əsas texnoloji nailiyyətlərdən biri adlandırır. Son on ildə bir çox münaqişələrdə pilotsuz uçan aparatlardan istifadə olunsa da, onlar adətən insanlar tərəfindən uzaqdan idarə olunur. Bu gün Ukraynanın insan müdaxiləsi olmadan düşməni izləyə və hədəfə ala bilən dronlardan, başqa sözlə, əsl qatil robotlarından istifadə etdiyi bildirilir. Bundan başqa, Britaniyanın “Alliance” şirkəti tərəfindən hazırlanmış itəbənzər avtonom robot istifadə olunur, o, döyüş zonalarında gizli şəkildə hərəkət edir, termal görmə qabiliyyətindən istifadə edərək düşmən mövqelərini, eləcə də mina sahələrini aşkar edir. O, həm də döyüş sursatı daşıya bilər, əsgərləri tədarük etmə bacarığına malikdir”.

Ukrayna hərbçiləri həmçinin hərəkət edən düşməni aşkar edib məhv etmə qabiliyyətinə malik olar süni intellekt dəstəkli pulemyotlardan da istifadə edir:

“Ukraynada istifadə edilən bütün süni intellekt sistemləri hərbi məqsədlər üçün istifadə olunmur. Məsələn, Aİ qaçqınların və məcburi köçkünlərin köçürülməsini asanlaşdırmaq üçün istifadə olunur. O, yolların və infrastrukturun vəziyyətinə nəzarət edir, həmçinin ərzaq və zəruri ləvazimatların çatdırılması üçün optimal marşrutları hesablayır. Ukrayna bu gün dünyanın ən çox minalanmış ölkəsinə çevrildiyinə görə, süni intellekt minaların təmizlənməsinə kömək edə biləcək həllər tapmaq üçün məlumatları təhlil etmək gücünə malikdir. Süni intellekt qoşunların hərəkəti ilə bağlı peyk məlumatlarına bağlı materiallar toplayır. Bundan əlavə, Amerikanın “Clearview” şirkəti tərəfindən təqdim edilən sifətin tanınması texnologiyasının istifadəsi sınaqdan keçirilir. Daha əvvəl məlumat bildirilirdi ki, Amerikanın məlumat analizi şirkəti “Palantir” hərbi proqramlar hazırlayır. “The Times”ın məlumatına görə, şirkət Ukrayna tərəfindən müxtəlif məlumat mənbələrinin süni intellektlə emalından istifadə etməklə kəşfiyyat məlumatları toplamaq üçün istifadə edir”.

Həmçinin sonda vurğulanır ki, nə qədər süni intellekt müharibədə tərəflərin köməyinə çatsa da, unutmaq lazım deyil ki, döyüşlərdə əsas qüvvə insandır.

Məlik Məlikov,
KONKRET.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:177
embedMənbə:https://konkret.az
archiveBu xəbər 04 Noyabr 2024 17:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see280

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see272

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see266

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see255

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see253

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see244

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see230

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see229

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see220

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see216

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see216

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see210

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see205

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see201

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see201

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see199

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see186

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see186

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see184

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri